"Azərbaycan XXI əsrdə - uğurun strategiyası"

 

Ba­kı­da bu möv­zu­da bey­nəl­xalq təd­bir ke­çi­ri­lib

No­yab­rın 20-də "Av­ro­pa" meh­man­xa­na­sı­nın konf­rans sa­lo­nun­da Ru­si­ya­nın "Av­ra­si­ya Təd­qi­qat­la­rı İns­ti­tu­tu" İn­ki­şaf Fon­du qey­ri-kom­mer­si­ya təş­ki­la­tı­nın tə­şəb­bü­sü ilə "Azər­bay­can XXI əsr­də - uğu­run stra­te­gi­ya­sı" möv­zu­sun­da bey­nəl­xalq "də­yir­mi ma­sa" açı­lıb.

 Təd­bir­də Qa­ra də­niz-Xə­zər də­ni­zi re­gio­nu döv­lət­lə­ri­nin 60-dan çox nü­ma­yən­də­si - Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti İc­ra Apa­ra­tı­nın, Ru­si­ya Fe­de­ra­si­ya­sı Pre­zi­den­ti Ad­mi­nist­ra­si­ya­sı­nın əmək­daş­la­rı, Azər­bay­can Mil­li Məc­li­si­nin Ru­si­ya Döv­lət Du­ma­sı­nın de­pu­tat­la­rı, re­gi­on öl­kə­lə­ri­nin ic­ti­mai si­ya­si xa­dim­lə­ri iş­ti­rak edib­lər.

Gö­rü­şü gi­riş sö­zü ilə "Av­ra­si­ya Təd­qi­qat­la­rı İns­ti­tu­tu" İn­ki­şaf Fon­du­nun pre­zi­den­ti V.Tur­su­nov aça­raq, qo­naq­pər­vər­li­yə "də­yir­mi ma­sa"nın Ba­kı­da ke­çi­ril­mə­si üçün ya­ra­dı­lan im­ka­na gö­rə Azər­bay­can rəh­bər­li­yi­nə tə­şək­kü­rü­nü bil­di­rib. O de­yib ki, bir sı­ra mə­sə­lə­lə­rə da­ir fi­kir mü­ba­di­lə­si­nin apa­rı­la­ca­ğı təd­bir həm möv­qe­lə­rin ya­xın­laş­dı­rıl­ma­sı­na, təc­rü­bə mü­ba­di­lə­si­nə kö­mək edə­cək­dir.

Ru­si­ya Pre­zi­den­ti­nin Xa­ri­ci öl­kə­lər­lə re­gi­on­la­ra­ra­sı və mə­də­ni əla­qə­lər İda­rə­si­nin rəi­si S.Vi­no­ku­rov çı­xı­şın­da de­miş­dir ki, konf­ran­sın möv­zu­su Azər­bay­can­da­kı möv­cud me­yil­lə­ri əks et­di­rir. Azər­bay­can iq­ti­sa­diy­ya­tın­da sa­bit in­ki­şaf sü­rə­ti var, nəq­liy­yat və kom­mu­ni­ka­si­ya inf­rast­ruk­tu­ru fə­al in­ki­şaf et­di­ri­lir. Bu in­ki­şa­fın əsa­sı­nı Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin müd­rik si­ya­sə­ti təş­kil edir. Azər­bay­can Pre­zi­den­ti­nin seç­ki­lər­də inam­lı qə­lə­bə­si xal­qın ona eti­ma­dı­nın sə­viy­yə­sin­dən xə­bər ve­rir. S.Vi­no­ku­rov vur­ğu­la­yıb ki, iki öl­kə ara­sın­da mü­na­si­bət­lər uğur­la in­ki­şaf edir və Ru­si­ya-Azər­bay­can əmək­daş­lı­ğı nü­mu­nə­vi xa­rak­ter da­şı­yır.

Azər­bay­can Pre­zi­den­ti­nin İc­ra Apa­ra­tı­nın Si­ya­si təh­lil və in­for­ma­si­ya tə­mi­na­tı şö­bə­si­nin mü­di­ri El­nur As­la­nov çı­xı­şın­da bil­di­rib ki, son il­lər Azər­bay­can iki söz­lə - uğur və di­na­mik in­ki­şaf söz­lə­ri ilə sə­ciy­yə­lən­di­ri­lən yol keç­miş­dir. Azər­bay­can Qərb və Şərq mə­də­niy­yə­ti­ni və si­vi­li­za­si­ya­sı­nı bir­ləş­di­rən kör­pü­dür. El­nur As­la­no­vun fik­rin­cə, Azər­bay­can tək­cə ener­ji eh­ti­yat­la­rı­nın nəq­li mər­kə­zi de­yil, həm də öl­kə­lər ara­sın­da qar­şı­lıq­lı mü­ba­di­lə­nin apa­rıl­dı­ğı mey­dan­dır. Ru­si­ya Fe­de­ra­si­ya­sı ilə dis­kus­si­ya­nın va­cib­li­yi­ni xa­tır­la­dan E.As­la­nov vur­ğu­la­yıb ki, Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev çı­xı­şın­da de­miş­dir ki, Azər­bay­can ilə Ru­si­ya ara­sın­da qar­şı­lıq­lı mü­na­si­bət­lər stra­te­ji tə­rəf­daş­lıq xa­rak­te­ri da­şı­yır.

Son­ra "Azər­bay­can və Av­ra­si­ya mə­ka­nı: sa­bit­lik və in­ki­şaf" möv­zu­sun­da bi­rin­ci ses­si­ya baş­la­nıb. RF Döv­lət Du­ma­sı­nın MDB iş­lə­ri və həm­və­tən­lər­lə iş ko­mi­tə­si­nin səd­ri A.Ost­rovs­ki çı­xış edə­rək de­yib ki, da­hi Hey­dər Əli­ye­vin müd­rik qə­rar­la­rı sa­yə­sin­də Ru­si­ya ilə Azər­bay­can ara­sın­da qar­şı­lıq­lı mü­na­si­bət­lə­rin mo­de­li­ni ya­rat­maq və əmək­daş­lı­ğın tə­mə­li­ni qoy­maq müm­kün olub. A.Ost­rovs­ki ümid­var ol­du­ğu­nu bil­di­rib ki, İl­ham Əli­ye­vin növ­bə­ti müd­də­tə Pre­zi­dent se­çil­mə­si ilə bu si­ya­sət da­vam et­di­ri­lə­cək. Azər­bay­can­da ke­çi­ri­lən pre­zi­dent seç­ki­lə­rin­də öl­kə əha­li­si­nin ək­sər his­sə­si Pre­zi­dent İl­ham Əli­ye­vin si­ya­sə­ti­ni dəs­tək­lə­yib. Azər­bay­can ilə Ru­si­ya ara­sın­da mü­na­si­bət­lər key­fiy­yət­cə ye­ni sə­viy­yə­yə qal­xıb, Azər­bay­can Ru­si­ya­nın ən mü­hüm tə­rəf­da­şı ol­muş­dur və ola­raq qa­lır.

Ko­mi­tə səd­ri de­yib ki, Azər­bay­ca­nın xa­ri­ci ti­ca­rət döv­riy­yə­sin­də Ru­si­ya­nın xü­su­si çə­ki­si za­ma­nın tə­lə­bi­nə ca­vab ve­rir, an­caq onun ar­tı­rıl­ma­sı üçün bö­yük im­kan­lar var. O, ümid­var ol­du­ğu­nu bil­di­rib ki, Azər­bay­can ilə Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın re­gi­on­la­rı ara­sın­da əmək­daş­lıq möh­kəm­lə­nə­cək­dir. Azər­bay­can­da­kı rus ic­ma­sı yük­sək sta­tu­sa ma­lik­dir və bu, rus di­li və mə­də­niy­yə­ti­nə olan mü­na­si­bə­ti gös­tə­rir.

Son­ra Azər­bay­can Pre­zi­den­ti ya­nın­da Stra­te­ji Araş­dır­ma­lar Mər­kə­zi­nin di­rek­to­ru El­xan Nu­ri­yev çı­xış edib. O de­yib ki, Av­ra­si­ya mə­ka­nı­nın mü­hüm əla­qə­lən­di­ri­ci və­si­lə­si sa­yı­lan Azər­bay­can son 10 il­də müx­tə­lif is­ti­qa­mət­lər­də sa­bit da­vam­lı in­ki­şaf edə­rək iq­ti­sa­diy­yat­da, so­si­al si­ya­sət­də hu­ma­ni­tar sa­hə­də nə­zə­rə­çar­pa­caq uğur­lar qa­zan­mış­dır. Öl­kə rəh­bər­li­yi­nin əzəl­dən baş­lı­ca məq­sə­di uzun­müd­dət­li pers­pek­tiv­də mil­li iq­ti­sa­diy­ya­tın rə­qa­bə­tə da­vam­lı­lı­ğı­nı ar­tır­maq dün­ya tə­sər­rü­fat sis­te­mi­nə sə­mə­rə­li in­teq­ra­si­ya­sı yo­lu ilə so­si­al-iq­ti­sa­di in­ki­şa­fı tə­min et­mək­dir.

Azər­bay­ca­nın li­de­ri İl­ham Əli­yev pre­zi­dent­li­yi­nin bi­rin­ci döv­rün­də öl­kə­nin cöğ­ra­fi-iq­ti­sa­di ami­li­nə tə­kan ver­mək üçün əsas iş­lə­ri gö­rüb. Bu, onu gös­tə­rir ki, İl­ham Əli­ye­vin ko­man­da­sı bü­tün iq­ti­sa­di, si­ya­si in­tel­lek­tu­al re­surs­la­ra ma­lik­dir ha­di­sə­lə­rin in­ki­şa­fı­nı əv­vəl­cə­dən proq­noz­laş­dır­ma­ğı ba­ca­rır. Ye­ni pa­ra­diq­ma qu­ran Azər­bay­can sa­bit iq­ti­sa­diy­yat­dan de­mok­ra­ti­ya­nın in­ki­şa­fı­na doğ­ru irə­li­lə­mək niy­yə­tin­də­dir. Öl­kə­miz hə­qi­qə­tən müs­tə­qil si­ya­sət ye­ri­dir bun­dan son­ra da ye­ri­də­cək­dir. Azər­bay­can dün­ya­nın müx­tə­lif­li­yi­nin sax­lan­ma­sı­na, bey­nəl­xalq mü­na­si­bət­lə­rin de­mok­ra­tik­ləş­di­ril­mə­si­nə, in­ki­şaf mo­del­lə­ri­nin plü­ral­lı­ğı­na tə­rəf­dar­dır, tə­ca­vüz­kar se­pa­rat­çı­lıq ter­ro­rizm­lə mü­ba­ri­zə­də möv­qe­lə­ri­ni möh­kəm­lən­di­rir. E.Nu­ri­yev vur­ğu­la­yıb ki, XXI əsr­də Azər­bay­ca­nın uğur stra­te­gi­ya­sı məhz bun­dan iba­rət­dir.

"Azər­bay­can Ru­si­ya­nın Cə­nu­bi Qaf­qaz­da ma­raq­la­rı­nın ya­xın­laş­ma­sın­da ye­ni me­yil­lər" möv­zu­sun­da mə­ru­zə edən po­li­to­loq Ra­sim Mu­sa­bə­yov bil­di­rib ki, Azər­bay­can onun­la əmək­daş­lıq et­mək is­tə­yən­lər üçün açıq­dır, an­caq "ki­mə­sə qar­şı yö­nəl­miş dost­luq et­mək" te­zi­si Azər­bay­can üçün məq­bul de­yil­dir. Azər­bay­can iki­tə­rəf­li mü­na­si­bət­lə­rə üs­tün­lük ve­rir, an­caq ey­ni za­man­da, bu mü­na­si­bət­lər çox­vek­tor­lu­dur təz­yiq gös­tə­ril­mə­si­ni is­tis­na edir.

Son­ra "Av­ra­si­ya mə­ka­nın­da təh­lü­kə­siz­li­yin tə­min edil­mə­sin­də Azər­bay­ca­nın ro­lu" möv­zu­sun­da mə­ru­zə ilə çı­xış edən Ru­si­ya Si­ya­si Tex­no­lo­gi­ya­lar Mər­kə­zi­nin vit­se-pre­zi­den­ti Ser­gey Mi­xe­yev dün­ya­da təh­lü­kə­siz­lik prob­le­mi bu prob­le­min ara­dan qal­dı­rıl­ma­sı yol­la­rı ba­rə­də fi­kir­lə­ri­ni bö­lü­şüb. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­ca­nın coğ­ra­fi-si­ya­si üs­tün­lü­yü fay­da gə­tir­mək­lə ya­na­şı, prob­lem­lər ya­ra­dır, çün­ki bu­ra­da bir çox öl­kə­lə­rin ma­raq­la­rı toq­qu­şur.

Ru­si­ya De­moq­ra­fi­ya, Miq­ra­si­ya Re­gi­on­la­rın İn­ki­şa­fı İns­ti­tu­tu­nun mü­şa­hi­də şu­ra­sı­nın səd­ri Yu­ri Krup­no­vun "Bö­yük Ki­çik Qaf­qaz ara­sın­da - Tür­ki­yə, İran, Azər­bay­can, Er­mə­nis­tan Ru­si­ya­nın ümu­mi stra­te­gi­ya­sı­nın iş­lə­nib ha­zır­lan­ma­sı­na doğ­ru" möv­zu­sun­da çı­xı­şı­nın məğ­zi mə­ru­zə­nin adın­da ək­si­ni ta­pıb.

O, re­gi­on öl­kə­lə­ri­ni, o cüm­lə­dən Ru­si­ya Tür­ki­yə­ni va­hid qar­şı­lıq­lı fəa­liy­yət plat­for­ma­sı ya­rat­ma­ğa ça­ğı­rıb. Mə­ru­zə­çi de­yib ki, neft qaz vaxt­sa tü­kə­nə­cək, mə­də­niy­yət sa­hə­sin­də qar­şı­lıq­lı əla­qə isə gə­lə­cək mü­na­si­bət­lə­rin əsa­sı­dır, bu­na gö­rə geo­mə­də­ni mü­na­si­bət­lə­ri bər­pa et­mək çox va­cib­dir. İkin­ci mə­qam ba­zar­lar­dır bu­ra­da da əmək­daş­lıq üçün çox bö­yük im­kan­lar var.

Qa­za­xıs­ta­nın "Al­ter­na­ti­va" təd­qi­qat mər­kə­zi­nin di­rek­to­ru And­rey Çe­bo­tar­yov "Azər­bay­can ilə Qa­za­xıs­tan ara­sın­da mü­na­si­bət­lə­rin müa­sir mər­hə­lə­də əsas xü­su­siy­yət­lə­ri" möv­zu­sun­da mə­ru­zə­sin­də bil­dir­miş­dir ki, hər iki öl­kə çox­vek­tor­lu si­ya­sət ye­ri­dir. Onun fik­rin­cə, Azər­bay­can Qər­bə da­ha çox me­yil­li­dir. A.Çe­bo­tar­yov ener­ji sa­hə­sin­də əmək­daş­lı­ğa to­xu­na­raq bil­dir­miş­dir ki, Qa­za­xıs­tan Azər­bay­can öz mü­na­si­bət­lə­ri­ni ener­ji eh­ti­yat­la­rı­nın nəq­li ha­si­la­tı ət­ra­fın­da qu­rur. Azər­bay­can Ba­kı-Tbi­li­si-Cey­han la­yi­hə­si­nin əsas iş­ti­rak­çı­sı­dır, Qa­za­xıs­tan isə bu la­yi­hə­də iş­ti­rak et­mək qə­ra­rı­nı bu ya­xın­lar­da qə­bul et­miş­dir. Qa­za­xıs­tan Azər­bay­can üçün Or­ta Asi­ya Çi­nə dəh­liz ro­lu­nu oy­na­yır, Qa­za­xıs­tan isə öz növ­bə­sin­də, Azər­bay­can əra­zi­si va­si­tə­si­lə ener­ji eh­ti­yat­la­rı­nı Av­ro­pa­ya nəql edə bi­lər.

Bey­nəl­xalq Hü­quq­şü­nas­lar İt­ti­fa­qı səd­ri­nin müa­vi­ni, hü­quq elm­lə­ri dok­to­ru Ələs­gər Ta­ğı­yev çı­xı­şın­da bil­dir­miş­dir ki, Azər­bay­can­da qa­nun­ve­ri­ci­lik sis­te­mi, əsa­sən, Av­ro­pa hü­quq stan­dart­la­rı­na səmt­lən­miş­dir. O vur­ğu­la­mış­dır ki, Ru­si­ya ilə Azər­bay­can ara­sın­da iq­ti­sa­di hu­ma­ni­tar sa­hə­lər­də əmək­daş­lı­ğın in­ki­şa­fı hör­mət qar­şı­lıq­lı fay­da xa­rak­te­ri da­şı­yan fə­al si­ya­si dia­loq qar­şı­lıq­lı əla­qə ilə ahəng­dar su­rət­də ta­mam­la­nır. Son­ra ke­çi­ri­lən dis­kus­si­ya­lar­da Mil­li Məc­li­sin de­pu­ta­tı Asim Mol­la­za­də, İn­no­va­si­ya­lar Müa­sir Tex­no­lo­gi­ya­lar Mər­kə­zi­nin səd­ri Mü­ba­riz Əh­mə­doğ­lu çı­xış edib­lər.

 

Niftəliyev N.

 

Səs.- 2008.- 21 noyabr.- S.3.