Yeni Azərbaycan Partiyası: ölkənin aparıcı siyasi qüvvəsi
Yeni Azərbaycan Partiyası
keçən əsrin 80-ci illərinin sonu 90-cı illərin
əvvəllərində ölkəmizdə meydana
çıxan mürəkkəb siyasi situasiyanın daxili
məntiqindən, zamanının təxirəsalınmaz
tələbindən və Azərbaycan xalqının arzu
və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Belə bir siyasi qüvvənin yaranmasını tələb
edən tarixi zərurət mövcud zaman kəsiyində
ölkəmizin düşdüyü mürəkkəb,
fəlakətli, ümidsiz vəziyyətdən onu xilas
etmək kimi misilsiz tarixi vəzifənin yerinə yetirilməsi
arzusu və istəyi ilə əlaqədar idi.
Həmin illərdə
Azərbaycanın düşdüyü ağır vəziyyəti
tarixi yaddaşımızın süzgəcindən keçirsək
aşağıdakı mənzərə canlanar. 1988-ci
ildən başlanan iqtisadi, siyasi, xüsusilə,
dövlət hakimiyyəti böhranı, həmin illərdə
rəhbərliyə gətirilən səriştəsiz,
imperiya ağaları qarşısında əyilən,
milli maraqlarımızdan xəbərsiz olan dairələrin
gündən-günə güclənən erməni təcavüzünün
qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər
etmək, vətənin təhlükəsizliyini və əhalinin
rifahını təmin etmək əvəzinə, öz
hakimiyyətləri hayına qalmaları ölkəmizdə
vəziyyəti daha da gərginləşdirmişdi. Azərbaycanın
iqtisadiyyatı bərbad hala salınmış, onilliklər
ərzində yaradılmış iqtisadi potensial dağıdılmış,
respublika faktiki olaraq iqtisadi iflas vəziyyətinə
gəlib çıxmışdı. Ölkəni bürüyən
total böhran AXC-Müsavat liderlərinin bacarıqsızlığı,
səriştəsizliyi, naşılığı ucbatından
daha da dərinləşmişdi. Populist şüarlarla
hakimiyyətə gələn bu "siyasət dəllallarının"
bir illik iqtidarı dövründə Azərbaycanın
olduqca ağır, fəlakətli, anarxiya vəziyyətinə
düşdüyünü təəssüf hissi ilə
yadda saxlamalı və bu tarixdən dərs almalıyıq.
Azərbaycanın
düçar ola biləcəyi fəlakətlərin
qarşısını almaq məqsədilə xalqın
sağlam qüvvələrinin, geniş təbəqələrinin
böyük tarixi şəxsiyyət Heydər Əliyevə
müraciəti, oktyabrın 24-də ziyalıların
müraciətinə cavab məktubunda onun yaranmış
vəziyyəti dərindən təhlil etməsi və
çıxış yolunu göstərməsi noyabrın
21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının
təsis edilməsi zərurətini reallaşdırdı.
Məhz həmin illərdə xalqın böyük əksəriyyətinin
nicat yolu axtararaq öz nəzərlərini Naxçıvana,
Heydər Əliyev şəxsiyyətinə, böyük
inam və ümidlərlə yönəltməsi təsadüfi
deyildi. Cəmiyyətdə qəti bir inam, qənaət
yaranmışdı ki, ölkəni fəlakətli vəziyyətdən
yalnız Heydər Əliyev və onun ətrafında birləşən
qüvvə qurtara bilər. Xalqın Heydər Əliyev
şəxsiyyətinə olan bu inamı onun keçən
əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik
etdiyi zaman göstərdiyi xidmətlərin misilsizliyi,
gördüyü nəhəng işlərin miqyasının
daim qədirbilən xalqımız tərəfindən
xatırlanması, keçmiş SSRİ kimi böyük
bir dövlətin ali rəhbərliyinə yüksəlməklə
qazandığı nüfuz, blokada şəraitində
olan Naxçıvanda həyata keçirdiyi uğurlu tədbirlər
və fenomenal keyfiyyətləri ilə şərtlənirdi.
Məhz 1993 - cü ildə bu görkəmli şəxsiyyətin
böyük siyasətə möhtəşəm dönüşü,
üzərinə götürdüyü xilaskarlıq
missiyası Azərbaycanı bir dövlət kimi yaşatdı,
onun müstəqilliyinin dönməzliyini təmin etdi.
Yarandığı
gündən Yeni Azərbaycan Partiyasının Ümummilli
Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
və uğurla tətbiq edilən əsas proqram məramı
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
möhkəmləndirilməsindən, ərazi bütövlüyünün
təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi
cəmiyyət qurulmasından (1995-ci ilin noyabrında
ilk Konstitusiyanın qəbulu), əmin-amanlıq, ictimai-siyasi
sabitlik, milli həmrəylik, güclü və sosial
yönümlü iqtisadiyyat yaratmaqdan (1994-cü ilin
sentyabrında neft strategiyasının əsasını
qoyan "Əsrin müqaviləsi"nin imzalanması)
ibarət olmuş və bu on altı ildə öz proqram məqsədlərinə
(MÜSTƏQİLLİK DÖVLƏTÇİLİK
PRİNSİPİ, QANUNÇULUQ PRİNSİPİ, AZƏRBAYCANÇILIQ,
VƏTƏNÇİLİK PRİNSİPİ, VARİSLİK,
YARADICI TƏKAMÜL PRİNSİPİ, KONSTRUKTİV ƏMƏKDAŞLIQ,
VƏTƏNDAŞ HƏMRƏYLİYİ PRİNSİPİ,
SOSİAL ƏDALƏT PRİNSİPİ) sadiq fəaliyyət
göstərmişdir. Məhz buna görə də xalqın
partiyasına çevrilən, 465 mindən artıq
üzvü birləşdirən YAP bu müddət ərzində
ölkədə keçirilən bütün səviyyələrdə
- prezident, parlament və bələdiyyə seçkilərində
inamlı qələbələr qazana bilmişdir.
Ötən müddət ərzində YAP - ın keçirdiyi
Qurultaylarda (1999, 2001, 2005, 2008) aldığı tarixi qərarlar
ölkəmizin gələcək inkişaf perspektivlərinin
müəyyənləşdirilməsi baxımından
mühüm rol oynamışdır.
Yaxın tariximizə
mərhələli və təhlili şəkildə nəzər
salsaq, aydın şəkildə görərik ki, Ümummilli
Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycan böyük
inkişaf yoluna daxil olmuş, böhran və xaos mərhələsini
arxada qoymuşdur. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə
olduğu 1993-2003-cü illər ərzində Azərbaycan
öz dövlət müstəqilliyinin dönməzliyini
təmin etmiş, sosial-iqtisadi və beynəlxalq sahədə
mühüm nailiyyətlər qazanmışdır. Ermənistanın
Azərbaycana qarşı təcavüzünün qarşısı
alınmış, Dağlıq Qarabağ münaqişəsinin
həlli yolunda, diplomatik cəbhədə düşmən
üzərində üstünlük əldə edilmişdir.
Məlumdur ki, hər zamanın özünəməxsus
tələbi və vəzifələri vardır.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın
qarşısında duran vəzifələri dəqiq
göstərərək dövlətimizin söykəndiyi
təməl prinsipləri müəyyən etmişdir. Bu gün Azərbaycan,
məhz həmin prinsiplərə istinad edərək inkişaf
edir.
Ulu öndərin
müəyyən etdiyi təməl prinsiplərindən
biri siyasi varislikdir. Bu, hər şeydən əvvəl,
müstəqil dövlətimizin inkişafı
üçün başlanan siyasətin davamlı olmasıdır.
Məhz bu ali məqsədin reallaşması
naminə, Ümummilli liderimiz Heydər Əliyev böyük
çətinliklərlə qurduğu dövlətə,
misilsiz fədakarlıqlar hesabına yaşatdığı
xalqına rəhbərlik etmək üçün namizədini
elan etdi: "O, yüksək intellekti, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm
ki, İlham Əliyev bundan sonra da xalqımızın ən
layiqli övladlarını öz ətrafında
sıx birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram
və gələcəyinə böyük ümidlər
bəsləyirəm. "Bu fikirlərin
məntiqi nəticəsi cənab İlham Əliyevin
2003-cü ilin 15 oktyabrında xalqın mütləq əksəriyyətinin
etimadını qazanması oldu. Xalq liderinin
sözünə güvənərək öz tarixi seçimini etdi.
Cənab
İlham Əliyevin ötən dövr ərzində prezident
kimi fəaliyyəti ulu öndərimizin sözlərinin
doğrulduğu məqam kimi yaddaşlara və tarixə
həkk edildi.
Dövlət başçısının istər
daxili, istərsə də xarici siyasət sahəsində
qazandığı uğurlar xalqımızın öz
tarixi seçimində yanılmadığını
sübut etdi. Prezident İlham Əliyev
həm seçki kampaniyası dövründə, həm
də andiçmə mərasimində xalqımız
qarşısında verdiyi bütün sözləri yerinə
yetirmək istiqamətində mühüm addımlar
atdı və sözlə əməlin üzvi vəhdətinə
söykənən lider imici ilə həm də gələcək
nəsillər üçün mükəmməl nümunə
yaratdı. Əsil siyasətin məhz real iş və
konkret fəaliyyət olduğunu prioritet prinsip kimi qəbul
edən dövlət başçımız demişdir: " Bizdə bütün imkanlar - təbii
sərvətlər, insan potensialı və ən önəmlisi,
xalqın iradəsi vardır. Biz hamımız
birləşərək və bir nöqtəyə vuraraq
Azərbaycanı zəngin, qüdrətli dövlətə
çevirəcəyik. Əhalinin sosial
müdafiəsi yüksək səviyyədə təmin
olunacaq."
Daxili siyasət
sahəsində ötən dövr ərzində mühüm
addımlar atılmışdır. Azərbaycanda
sivil, demokratik, hüquqi dövlət quruluşu
möhkəmlənmiş, insan hüquq və azadlıqlarına
hörmət edən, dini - siyasi tolerantlığa əsaslanan
vətəndaş cəmiyyətinin bütün zəruri
atributların formalaşma prosesi sürətlənmişdir.
Ölkədə qanunvericilik sahəsindəki
islahatlar geniş vüsət almış, məhkəmə-hüquq
islahatları sayəsində bu səhədə mövcud
olan normativ aktlar tamamilə Avropa standartlarına uyğunlaşdırılmış,
bazar iqtisadiyyatının hüquqi bazası daha da
möhkəmləndirilmişdir. Heydər
Əliyev siyasətinin həyata keçirilməsi sayəsində
yaradılan makroiqtisadi durum və inkişafın yüksək
dinamikası sosial və iqtisadi tərəqqinin yeni
mərhələsini səciyələndirən mühüm
vəzifələrdən biri kimi regionların inkişafının
sürətləndirilməsini nəzərdə tutur.
İnkişafın start mərhələsinə xas olan
yüksək tempinin regionların qeyri - bərabərliyində
özünü büruzə verən nəticələri
müasir mərhələnin ciddi problemi olaraq qalırdı.
Prezidentin birbaşa təşəbbüsü
ilə qəbul edilən dövlət proqramları ilk
növbədə həmin problemlərin qısa vaxtda
aradan qaldırılması məqsədini güdür.
Beləliklə,
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası
böyük bir canlanma və dinamizm qazanaraq, keyfiyyətcə
yeni bir mərhələyə qədəm qoydu. İqtisadiyyatda müşahidə
olunan müsbət meyilləri möhkəmləndirmək
və daha da inkişaf etdirmək, sosial sahədə
qarşıda duran problemlərin həllini sürətlədirmək
məqsədi ilə Prezident İlham Əliyev "Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında" fərman imzalamışdır.
Bu sənəd qarşıdakı beş
il ərzində sosial-iqtisadi inkişaf istiqamətlərinin
əsas tezislərini əks etdirirdi. Bunun ardınca
dövlət başçısı "Azərbaycan Respublikası
regionlarının sosial - iqtisadi inkişafı
Dövlət Proqramı", " Yoxsuluğun azaldılması
və iqtisadi inkişaf üzrə Dövlət Proqramı",
"Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması
və məşqulluğun artırılması üzrə
Dövlət Proqramı" barədə müvafiq sərəncamlar
imzalamışdır. Adıçəkilən dövlət
proqramları iqtisadi və sosial islahatların növbəti
mərhələdə həyata keçirilməsinin
istiqamətlərini maliyyələşmə mənbələrini,
idarəçilik mexanizminin təkmilləşdirilməsini,
daxili bazarın qorunmasını, milli istehsalın reallaşması
üçün bazar axtarılmasını və s. problemləri
əhatə edən mükəmməl konsepsiyadır. Eyni fikirlər "Regionların sosial-iqtisadi
inkişafı haqqında" Dövlət Proqramına
da şamil edilə bilər.
Ölkədə
sahibkarlığın inkişafına dövlət qayğısı
artan templə davam edir. Xüsusilə, regionlarda
fəaliyyət göstərən sahibkarlara bir sıra
güzəştlər və imtiyazlar verilmişdir.
Sahibkarlığa qayğının məntiqi nəticəsidir
ki, Möhtərəm Prezidentimizin hələ prezident
seçkilərindən əvvəl vəd etdiyi 600 min
yeni iş yeri açılması istiqamətində
respublikamızda qızğın iş getmişdir. Bu
seçkiqabağı vəd artıq demək olar ki, artıqlamasıyla
yerinə yetirilmiş və 741 min yeni iş yeri
açılmışdır.
Prezident
İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin
siyasi kursunun bütün sahələrdə olduğu
kimi elm, mədəniyyət, incəsənət, ədəbiyyat
sferalarında, həmçinin, milli-mənəvi, dini
dəyərlərin qorunması və möhkəmləndirilməsi
istiqamətindədə davam etdirmişdir.
Dünya inteqrasiya
proseslərinin getdikcə daha geniş miqyas alması
və sürətlənməsi dövlətlərarası
əməkdaşlığı hər bir milli dövlətin
mövcudluğunun və inkişafının həlledici
şərtlərindən birinə çevirmişdir. Müasir
şəraitdə beynəlxalq birliyə inteqrasiya etmədən,
dünya birliyində layiqli yer tutmadan inkişafın
təmin edilməsi qeyri-mümkündür. İnkişaf olmadan isə milli dövlətçiliyin
mövcudluğunun özü şübhə altına
alına bilər. Hazırkı dünya
nizamının aydın görünən özəlliklərinə
söykənən Heydər Əliyev xarici siyasət konsepsiyası
ilə tam silahlanmış İlham Əliyevin onu uğurla
həyata keçirmək istəyinə, qətiyyətinə
və səriştəsinə malik olduğu xarici
ölkələrə rəsmi dövlət səfərləri
zamanı bir daha təsdiqlənmiş oldu. Nəticədə Heydər Əliyevin səyləri
sayəsində beynəlxalq aləmdə Azərbaycan
haqqında formalaşmış etibarlı tərəfdaş
imici nəinki qorunub saxlanıldı, hətta yeni impuls
qazandı.
Bu, ilk növbədə,
özünü ümumilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan və dəqiqliklə işlənib
hazırlanmış balanslaşdırılmış
xarici siyasət xəttinin uğurlu davamında biruzə
verir. Regionda baş verən proseslər (Rusiya -
Gürcüstan münaqişəsi) bir daha təsdiq etdi
ki, geopolitik baxımdan olduqca həssas bölgədə
yerləşən ölkəmiz, məhz balanslaşdırılmış
xarici siyasət kursu nəticəsində, nəinki
öz mənafelərini uğurla qoruya bilmiş, həmçinin,
regionun ən vacib ölkəsi halına gəlmişdir.
Azərbaycan həm MDB məkanında, həm
də Avratlantik məkanda əlverişli və etibarlı
partnyor imici qazanmış, ölkəmizin xarici siyasəti
öz prinsipiallığı və konseptuallığı
ilə fərqlənərək, daim beynəlxalq birliyin
və qlobal güc mərkəzlərinin diqqət mərkəzində
olmuşdur. Bu baxımdan, 14 noyabr 2008 - ci il tarixində Beynəlxalq Enerji Sammitinin
məhz Bakıda keçirilməsi mühüm siyasi məna
daşıyır.
Ötən
dövrdə cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın balanslaşdırılmış
xarici siyasətinə hücumçu taktika əlavə
olunmuş, bu isə onun effektivliyini daha da artırmışdır. Bu isə
özünü ölkəmizin ən ağır problemi
olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan
danışıqlarda qabarıq şəkildə
göstərmişdir. Belə ki, hücumçu
diplomatiya nəticəsində Dağlıq Qarabağ
məsələsi BMT səviyyəsində müzakirəyə
çıxarılmış, bu isə təcavüzkar
Ermənistanı və onun havadarlarını ciddi narahat
etmişdir. Bu gün artıq ölkənin
ərazi bütövlüyü, nəinki beynəlxalq
qurumlarda və dünyanın aparıcı dövlətləri
tərəfindən etiraf olunur, həmçinin, rəsmi
sənədlərlə təsdiq edilir.
Görülmüş
işlərin yekunu və məntiqi davamı ölkəmizin
ictimai - siyasi həyatında mühüm və aparıcı
yer tutan Yeni Azərbaycan Partiyasının IV Qurultayının
aldığı tarixi qərarda öz əksini tapdı. Qurultay yeni
mərhələdə partiyanın qarşısında
duran vəzifələri və prioritet istiqamətləri
müəyyən etdi, gələcək fəaliyyətlə
bağlı bir sıra mühüm qərarlar çıxardı.
Partiyanın ali forumu ölkəmizin
strateji inkişaf istiqamətinin ümummilli lider Heydər
Əliyev xəttinə sadiq olduğunu bir daha və
yüksək səviyyədə təsdiqləyərək
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri cənab İlham Əliyevin
prezidentliyə namizədliyinə yekdilliklə səs
verdi. Bununla da siyasi fəaliyyətinin kökündə
demokratik, hüquqi dövlətin dəyər və normaları
dayanan YAP, möhtərəm İlham Əliyevin hərtərəfli,
çoxşaxəli və nəticə etibarilə
uğurlu siyasətinin layiqincə həyata keçirilməsinin
və ardıcıl olaraq davam etdirilməsinin ölkəmiz
və xalqımız üçün tarixi zərurət
olduğunu bir daha vurğuladı. Cənab İlham Əliyevin
Qurultaydakı nitqində qeyd etdiyi kimi: "Yeni Azərbaycan
Partiyası xalq partiyası kimi yaranmışdır və
xalq partiyası kimi fəaliyyətini davam etdirir. Belə olan halda, bizim üçün birinci dərəcəli
vəzifə Azərbaycan vətəndaşlarının
yaxşı yaşamasıdır. Azərbaycan
xalqının təhlükəsiz, gözəl şəraitdə
və maddi cəhətdən yaxşı təmin olunmuş
şəkildə yaşaması bizim üçün
çox vacibdir."
IV Qurultayda qarşıya
qoyulan ən mühüm vəzifə 2008 - ci il 15 oktyabr
prezident seçkilərində Azərbaycan Respublikasının
prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab
İlham Əliyevin parlaq qələbəsini təmin
etmək və bu seçkiləri Heydər Əliyev ideyalarının
növbəti təntənəsinə çevirmək
oldu. Ölkəmizin mövcud ictimai - siyasi mühiti və
sosial - iqtisadi rifah səviyyəsi, imkan verdi
ki,
Beləliklə, Azərbaycanın
ən yeni tarixində mühüm siyasi kampaniya - 15 oktyabr
2008 - ci il Prezident seçkiləri uğurla başa
çatdı. Azərbaycan xalqı yekdilliklə (88.6%)
özünün layiqli liderinə səs verərək,
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi
ikinci dəfə prezident kürsüsündə görmək
istəyini ifadə etdi. İstər xarici, istərsə
də yerli müşahidəçilərin demokratik
meyarlar və dünya standartları baxımından
yüksək qiymətləndirdikləri seçki prosesi
"exit-poll"a real nəticələrin, demək olar
ki, üst - üstə düşdüyü fenomenal hadisələrdəndir.
Xalqın öz liderinə belə yüksək inam və
etimadı dünya praktikasında da az rast gəlinir.
Xalqımızın cənab İlham Əliyevə olan
böyük inam və etimadının arxasında bu
görkəmli şəxsiyyətin uzun illərdən bəri
Vətən və millət qarşısında göstərdiyi
tarixi xidmətlər, gərgin və şərəfli əmək
dayanır.
Yuxarıda sadalananlar
bir daha əyani şəkildə sübut edir ki, Prezident
İlham Əliyevin dövlət başçısı
kimi fəaliyyəti olduqca çoxşaxəli və hərtərəfli
xarakter daşıyır. Xalqımız əmindir ki, gələcəkdə
cənab İlham Əliyevin nəzərdə tutduğu,
dövlət quruculuğunun ən müxtəlif sahələrinə
yönələn irimiqyaslı layihələrin həyata
keçirilməsi Azərbaycanın zəngin və
qüdrətli dövlətə çevrilməsi, əhalinin
rifahının yaxşılaşdırılması və
ərazi bütövlüyümüzün təmin olunması
deməkdir. Azərbaycan xalqı qəti olaraq əmindir
ki, bu qlobal vəzifələri yerinə yetirə biləcək
yeganə namizəd Azərbaycan Respublikasının
Prezidenti, görkəmli dövlət xadimi İlham Əliyevdir.
Prezident olduğu son beş ildə Azərbaycanı qələbələrə
daşıyan, xarici və daxili siyasətdə əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
sabitliyi, inkişafı, yeniliyi qoruyan, ölkəmizin
işıqlı gələcəyinin yeganə qarantı
olan cənab İlham Əliyevin şanlı qələbəsi
məhz tarixi zərurət idi və hər bir Azərbaycan
vətəndaşının dövlətinə sevgisinin
göstəricisidir. Məhz bu sevgi və inam 15 oktyabr
günü seçki məntəqələrində Prezident
İlham Əliyevin qələbəsinin təminatçısına
çevrildi. Bu seçkilərdə YAP böyük fəallıq
nümayiş etdirməklə, ən yeni yeni seçki
texnologiyaları tətbiq etmiş, uğurlu qələbənin
təmin olunması naminə mövcud potensialını
tam səfərbər etmişdir.
Bu gün YAP ölkəmizdə
ən mütəşəkkil və kütləvi siyasi
təşkilatdır. Cəmiyyətin ən müxtəlif
sosial təbəqələrini sıralarında birləşdirən
partiyanın ictimai - siyasi proseslərə təsir imkanları
ildən ilə genişlənir, beynəlxalq nüfuzu
artır. Partiya üzvlərinin təxminən 40 faizinin
gənclərdən ibarət olması onun böyük siyasi
gələcəyindən və inkişaf potensialından
xəbər verir. YAP Azərbaycanın siyasi partiyaları
tarixində ilk dəfə beynəlxalq miqyasda konfranslar
keçirməklə ("Sivilizasiyaların dialoqunda
siyasi partiyaların rolu" - 27 sentyabr 2007 - ci il,
"Demokratiya və sabitlik naminə: əməkdaşlığın
yeni imkanları" - 7 may 2008 - ci il) yalnız ölkə
miqyasında deyil, regionun ən qüdrətli partiyası
olduğunu təsdiqləmişdir.
Partiya fəaliyyətinin
ən konkret və dərin məzmunlu yekununu möhtərəm
Prezidentimiz cənab İlham Əliyev dəyərləndirmiş
və YAP-ın 15 illik yubiley mərasimində gələcək
hədəfləri müəyyənləşdirərək
demişdir: "Bizim hakimiyyətin yeganə mənbəyi
xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək
bizi gücləndirir və bizim məsuliyyətimizi də
artırır. Biz bu məsuliyyətə hazırıq.
Bu məsuliyyəti öz üzərimizə götürmüşük.
Azərbaycan xalqı əsrlər boyu müstəqillik
həsrətində idi. Nəsillər gəlirdi, gedirdi,
ölkəmiz müstəqil deyildi. Başqa ölkələrin
tərkibində yaşayırdı. Böyük sərvətdir,
böyük xoşbəxtlikdir ki, biz, indiki nəsil bu
müstəqilliyi görürük. Azərbaycan xalqı
azaddır. Azərbaycan bayrağı bütün beynəlxalq
tədbirlərdə, beynəlxalq təşkilatlarda
dalğalanır. Biz azadıq, biz müstəqilik, biz
güclü Azərbaycan yaradırıq, güclü
dövlət qururuq. Mən bu dövlət quruculuğunda
Yeni Azərbaycan Partiyasının rolunu çox yüksək
qiymətləndirirəm. Əlbəttə ki, Yeni Azərbaycan
Partiyası Azərbaycan xalqının bir parçasıdır.
Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi
üçün bizim partiyamız əlindən gələni
əsirgəmir və biz bundan sonra da bunu edəcəyik.
İndi biz inkişaf yolundayıq. Bizim qarşımızda
bütün yollar açıqdır, səma aydındır,
üfüqlər açıqdır və biz irəli gedirik.
Bu yolda sizə, Yeni Azərbaycan Partiyasının fəallarına,
bütün üzvlərinə uğurlar arzu edirəm".
Əldə edilən bu
uğurlar qətiyyətlə deməyə imkan verir ki,
Ümummilli Liderimizin müstəqil Azərbaycana rəhbərliik
etdiyi illərdə ölkəmiz xaosdan sabitliyə,
inkişafa qədəm qoymuş və bu siyasəti
uğurla davam etdirən Prezidentimiz İlham Əliyev
Azərbaycanı bölgənin güclü, qüdrətli,
zəngin ölkəsinə çevirməklə rifaha
doğru inamla aparmaqdadır. Məhz bunun nəticəsidir
ki, bu gün hakimiyyətlə xalqın vəhdəti yaranmışdır
və YAP bu birliyin parlaq ifadəsidir.
Səs.- 2008.- 21 noyabr.- S.8-9.