Çağdaş tariximizin əvəzolunmaz fenomeni
YAP-ın yaranması
xalqın sosial sifarişi idi
Sözsüz
ki, 1992-ci ildə ölkəmizin müdrik və uzaqgörən
vətəndaşlarının təşəbbüsü ilə
ümummilli lider Heydər Əliyevin ideyalarından qaynaqlanan
siyasi partiyanın yaradılması xalqımızın öz
gələcək taleyini həll etmək niyyətinin ifadəsi
idi. Hər kəs dərk edirdi ki, həmin dövrdə
YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın
dünyada tanınmış, zəngin dövlətçilik
təcrübəsi olan liderə ehtiyacı vardı. Bu liderin
ulu öndər Heydər Əliyev olduğunu isə hamı
bütün varlığı ilə dərk edirdi...
Digər tərəfdən 1992-ci ildə ölkədə hakimiyyətdə olan siyasi qüvvələrin anormal idarəetmə metodu daxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına salmışdı. Qeyri-müəyyənlik və xaos dövrünün faciəli nəticələrini öz taleyində yaşamağa məhkum olmuş Azərbaycan xalqı vəziyyətdən çıxış yolunu aramağa başladı. Mövcud hakimiyyətin böhrandan çıxmağa gücünün çatmadığı hadisələrin fonunda aydın görünürdü. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını, tanınmış insanları da son dərəcə narahat edirdi. Belə bir çətin dövrdə ölkə vətəndaşları öz müraciətlərində ulu öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi xahiş edirdilər.
YAP müxalifət partiyası kimi yaransa da, indiki bəzi müxalifət partiyalarından fərqli olaraq, Azərbaycan dövlətçiliyinə, milli maraqlara qarşı müxalifətdə dayanmadı. Bütün təzyiqlərə baxmayaraq, tez bir zamanda ölkənin hər yerində yeni partiyanın təsis konfransına hazırlıq işlərinə başlanıldı. Əfsuslar olsun ki, həmin dövrdə Bakıda YAP-ın təsis konfransını keçirmək mümkün olmadı. AXC-Müsavat hakimiyyəti ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılacaq partiyadan qorxur və onun təsis olunmasına çox böyük maneələr törədirdi. Buna görə də, partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi.
Beləliklə, Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adlı möhtəşəm bir təşkilat daxil oldu. Konfransda Heydər Əliyev respublikanın ağır ictimai-siyasi vəziyyətinin obyektiv təhlilini verdi, onu bu durumdan qurtarmağın yollarını açıb göstərdi. Siyasi təşkilatın Yeni Azərbaycan Partiyası adlanması da təsadüfi deyildi. Başda ulu öndər Heydər Əliyev olmaqla partiyanı yaradanlar ölkəmizi müstəqil, qüdrətli, yeni Azərbaycan kimi görmək istəyirdilər. Zaman onların öz istək və arzularında haqlı olduqlarını sübut etdi. Çox az bir vaxtda partiyanın sıralarına Azərbaycanın çox ən qabaqcıl, sağlam düşüncəli vətəndaşları daxil oldular.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində Heydər Əliyevin rəhbərliyi altında həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası vətənin taleyinə biganə qalmayan insanların siyasi istinadgahına çevrildi. Yarandığı gündən partiya azərbaycançılıq və dövlətçilik mövqeyində duraraq öz proqram prinsiplərinə uyğun gənc Azərbaycan demokratiyası üçün yeni, ləyaqətli bir ənənənin əsasını qoydu. Güclü lideri, mükəmməl proqramı və siyasi platforması, qətiyyətli mövqeyi sayəsində bu partiya tezliklə əsil ümumxalq partiyasına çevrildi.
Etiraf etməliyik ki, xalqımız maddi və mənəvi sıxıntı məngənəsində boğulduğu, ölkə iqtisadi, siyasi, sosial, hərbi böhran keçirdiyi bütün vaxtlarda onun yeganə ümid yeri məhz ulu öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyev xalqın bu inamını respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, sonralar Moskvada çalışdığı dövrdə Azərbaycan üçün göstərdiyi xidmətlər sayəsində qazanmışdır. İttifaq rəhbərliyindən uzaqlaşdıqdan sonra da bu görkəmli siyasi xadim həmişə vətəni, xalqı ilə birlikdə olmuşdur. 1990-cı ilin qanlı yanvar günlərində o, heç bir təqib və təzyiqdən çəkinməyərək respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin Bakıda törətdiyi vəhşilikləri kəskin tənqid atəşinə tutmuş, bəyanatla çıxış etmişdir. Bu ağır günlərdə Heydər Əliyev xalqı ilə birlikdə olmaq istəyini gizlətmirdi. Bütün maneələrə baxmayaraq, həmin ilin yayında Heydər Əliyev Naxçıvana qayıtdı. Naxçıvan əhalisi vətənin sınanmış oğlunu böyük izdihamla qarşıladı.
Beləliklə, hər kəs dərk edir ki, ölkəmizin siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə belə əl atırdılar.
Müstəqilliyin ilk illərində respublikamız çoxsaylı problemlərlə üzləşmişdi. Ölkə vətəndaş müharibəsi təhlükəsi, suverenliyini, müstəqilliyini itirmək, bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükələri, Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Respublikada anarxiya, özbaşınalıq hökm sürürdü. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu bir vaxtda Yeni Azərbaycan Partiyasının siyasi arenaya çıxması müstəqillik tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu. Bu, sözün həqiqi mənasında, "olum, ya ölüm" dilemması qarşısında qalmış ölkəmizin həyatında möhtəşəm siyasi hadisə idi.
Qeyd etdiyimiz kimi, müxalifət partiyası kimi yaranmasına baxmayaraq,
Belə bir vaxtda 1993-cü il iyunun 4-də Gəncədə qardaş qanının axıdılması xalqın səbir kasasını daşırdı. O dövrkü hakimiyyət öz gücsüzlüyünü və acizliyini bir daha nümayiş etdirdi. Belə bir vaxtda, dövlətçiliyimizin müqəddəratının həll edildiyi məqamda müdrik siyasətçi Heydər Əliyev canından artıq sevdiyi xalqının səsini eşidib onun harayına gəldi və iyunun 15-də Ali Sovetə Sədr seçildi. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan onu gözləyən labüd fəlakətlərdən qurtuldu. Eyni zamanda, bu tarixi qayıdışla Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Xalqda gələcəyə ümid və inam yarandı.
1993-cü ilin oktyabr ayının 3-də isə
YAP-ın Sədri Heydər Əliyevin prezident seçilməsi ölkədəki xaos və anarxiyaya son qoymaqla yanaşı, bu təşkilatın inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Partiyanın statusu yeni
şəraitə uyğun olaraq dəyişdi, onun ölkənin
siyasi həyatında tutduğu mövqeyi möhkəmləndi,
kütləvi siyasi qüvvəyə çevrilərək
ictimai həyatın bütün sahələrində tərəqqiyə
nail olmaq məqsədilə yüksək fəallıq
nümayiş etdirdi. Partiyanın yaxından iştirakı ilə
həyata keçirilən bütün tədbirlər Azərbaycanın
milli maraqlarına tam cavab verən, onun dövlət müstəqilliyini,
milli təhlükəsizliyini təmin edən, əhalinin dinc
və firavan həyatına, ölkənin tərəqqisinə
xidmət edən işlər idi.
1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri oldu. Bununla YAP-a olan ümumxalq inamı bir
daha təsdiq edildi. 1998-ci ildə isə ümummilli liderin Azərbaycan
Prezidenti seçilməsi, 1999-cu ildə keçirilən bələdiyyə
seçkilərinin YAP-ın inamlı zəfəri ilə
başa çatması partiyanın nüfuzundan xəbər
verən ən obyektiv göstəricilər kimi tarixə
düşdü.
2004-cü ilin dekabr ayının 17-də
bələdiyyə, 2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə
seçkilərdə YAP yenidən qələbə
çalaraq həm yerli özünüidarəetmə
orqanlarında, həm də qanunvericilik orqanında daha
çox təmsil olunan partiya kimi növbəti uğurlara imza
atdı.
Çağdaş
dövrümüzdə də YAP Konstitusiya və qanunvericilik
çərçivəsində, özünün nizamnaməsi
və proqramı əsasında fəaliyyət göstərən,
öz sıralarında Azərbaycanda hüquqi dövlət,
sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş
cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları
birləşdirən siyasi partiyadır.
2003-cü il və 2008-ci il prezident
seçkilərində də Yeni Azərbaycan Partiyası
çox mühüm bir siyasi qələbə qazandı. Bu
seçkilərdə partiya Heydər Əliyev ideyalarına
sarsılmaz sədaqət nümunəsi, ən başlıcası
isə, qələbəyə haqqı olduğunu bütün
dünyaya nümayiş etdirdi. Partiyanın namizədi
İlham Əliyev növbəti dəfə ölkə
başçısı seçildi. Bu gün Heydər Əliyev
mənəvi-siyasi irsinin ən layiqli davamçısı,
dövlət başçısı İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı
səhifələri yazılır. İlham Əliyev
bütün sahələrdə Heydər Əliyev
ideyalarının layiqli davamçısı olduğunu hələ
Prezident seçilməmişdən əvvəl də ulu
öndərimizin müəllifi olduğu yeni neft
strategiyasının həyata keçirilməsinə, Milli Məclisin
deputatı və Azərbaycan parlamentinin AŞPA-dakı
nümayəndə heyətinin rəhbəri kimi beynəlxalq
təşkilatlarla əlaqələrimizin inkişafına, Azərbaycan
idmanının yüksəlişinə verdiyi töhfələrlə
sübuta yetirmişdir. İlham Əliyev ulu öndər Heydər
Əliyevin dövlətçilik irsinə sədaqət
andı içərək demişdir: "Azərbaycanı
qüdrətli dövlətə çevirmək
üçün ən başlıcası ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün
yüksək kürsüdən çıxış edərkən
mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm".
Bu gün YAP beynəlxalq
konfransların və simpoziumların keçirilməsinin təşəbbüskarı
və həm də fəal iştirakçısıdır.
Bu ilin sentyabrında YAP-ın təşəbbüsü ilə
Bakıda keçirilmiş "Sivilizasiyaların dialoqu: siyasi
partiyaların rolu" mövzusunda beynəlxalq konfrans bu fikri
bir daha təsdiqləyir. Belə ki, 30-a yaxın ölkənin
siyasi partiya nümayəndələrinin iştirak etdiyi
konfrans sübut etdi ki, partiya həm də sivilizasiyalararası
dialoqa böyük töhfələr verir. Ötən illər
ərzində partiyanın keçdiyi şərəfli yol, bu
gün sağlam qüvvələrin partiyaya axını belə
deməyə əsas verir ki, Heydər Əliyev ideyalarından
güc alan Yeni Azərbaycan Partiyası ölkə
qarşısında duran problemləri həll etməyə,
xalqımızı xoşbəxt gələcəyə
aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş
monolit bir partiyadır. Ümummilli lider Heydər Əliyevin
sözləri ilə desək: "Yeni Azərbaycan
Partiyası dünənin, bugünün və gələcəyin
partiyasıdır".
Səs.- 2008.- 20 noyabr.- S.5.