Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinə start verildi

 

Noyabrın 3- Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinə start verildi. Tədbirin nümunəvi təşkili azərbaycanlı qonaqların yüksək səviyyədə qarşılanması ilə əlaqədar Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sərəncam imzalayıb. Sərəncamda ölkələr arasında mədəni əlaqələrin inkişafında xalqların yaxınlaşmasında belə tədbirlərin əhəmiyyəti xüsusi vurğulanır. Qeyd edək ki, Türkmənistanda keçiriləcək mədəniyyət günlərində Azərbaycanı Naxçıvan Muxtar Respublikasının mədəniyyət incəsənət ustaları təmsil edəcək. Xatırladım ki, tədbir noyabrın 6-a qədər davam edəcək.

 

 

Zümrüd

 

Səs.- 2009.- 4 noyabr.- S. 12.