İsfar Sarabski
yaşadığımız əsrin cazına töhfəsini verməkdədir
Azərbaycan pianoçusu,
Montredə (İsveçrə)
keçirilmiş beynəlxalq
müsabiqənin qalibi
İsfar Sarabskinin Barnsdal Halleri (Barnsdall Gallery Theater) Hollivud teatrındakı çıxışı
Kaliforniya caz həvəskarları üçün
istedadın kəşfi
olmuşdur.
İsfar Sarabskinin ifa etdiyi Azərbaycan
cazı ABŞ mədəniyyət
paytaxtının bu musiqinin incəliklərinə
bələd olan dinləyicilərinin gözlədikləri
səviyyədən də
yüksək olmuşdur.
Elə buna görə də, onun ifa etdiyi
hər bir kompozisiyanı salona toplaşanlar ayaq üstə alqışlamışlar.
Azərbaycanın
Los-Ancelesdəki baş konsulluğunun himayəsi ilə
keçirilmiş konsert cazmenin ABŞ-da
tamaşaçılar ilə ilk görüşü idi. İsfar
Sarabski ilə birlikdə konsertdə yerli musiqiçilər
Erik Klass və Qreq Sviller çıxış etmişlər.
Konsertin təşkilatçıları prodüser Adrien Trip,
habelə, “Mələklər şəhərinin caz
festivalı” və “Modalar kafesi” şirkətləridir.
İsfar Sarabski
Kaliforniyaya səfəri çərçivəsində
“Vibrato” elit klubunda peşəkar musiqiçilərin və bu
sahə üzrə mütəxəssislərin məhdud dairəsi
üçün Azərbaycan cazı əsərlərini ifa
etmişdir. Xatırladaq ki, Kaliforniyanın ən məşhur
caz klublarından biri olan “Vibrato” elit klubu QREMMİ müsabiqəsinin
səkkiz dəfə qalibi olmuş Xerb Alpertə məxsusdur.
Amerikanın tanınmış
musiqi tənqidçilərindən biri olan Don Xekman Azərbaycanın
gənc pianoçusunun yaradıcılığı ilə
tanışlıqdan aldığı təəssüratını
bölüşərək, öz oxucularını İsfar
Sarabski adını yadda saxlamağa
çağırmışdır.
D.Xekman muğamın və
dahi cazmen Vaqif Mustafazadənin əsərlərinin Azərbaycanın
gənc musiqçisinin yaradıcılığına
böyük təsir göstərdiyini xüsusi
vurğulamış və bildirmişdir ki, İsfar Sarabski
artıq yaşadığımız əsr cazına öz
töhfəsini verməkdədir.
İsfar Sarabskinin
çıxışları Kaliforniya ictimaiyyətinə cari
ildə Azərbaycan musiqisinin unikal zənginliyi və gözəlliyi
ilə ikinci dəfə tanış olmaq imkanı
vermişdir. Bu ilin may ayında Azərbaycanın milli
bayramı - Respublika Günü münasibətilə Azərbaycan
skripkaçısı Səbinə Raxçeyeva Kaliforniyada
konsertlə çıxış etmişdir.
Zümrüd
Səs.- 2009.- 4 noyabr.- S. 12.