Təhsilin inkişafı dövlətin
diqqət mərkəzindədir
Vilayət Əliyev: “Prezident İlham Əliyev ölkə təhsilinin inkişafını
diqqət mərkəzində
saxlayır”
Müsahibimiz YAP Siyasi Şurasının üzvü,
professor Vilayət Əliyevdir
- Azərbaycan təhsilinin
inkişafına dövlətin diqqət və
qayğısını necə qiymətləndirirsiniz?
- Azərbaycan təhsili
bütün dövrlərdə dövlətin
qayğısını hiss edib. Xüsusilə, ölkəmiz
milli müstəqillik əldə etdikdən sonra ulu öndərimiz
Heydər Əliyevin dönəmində, digər sahələrə
olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət
yetirilmişdir. Təhsilimizin dünya təhsil sisteminə
inteqrasiyası üçün lazımi göstərişlər
verilmiş və lazımi şərait
yaradılmışıdır. Azərbaycan təhsilinin
inkişafını mən müsbət qiymətləndirirəm.
Bəziləri müxtəlif fikirlər səsləndirirlər
ki, bu gün təhsilin və müəllimlərin bilik səviyyəsi
aşağıdır. Amma qeyd edərdim ki, bunlar
hamısı bəhanədir. Nəzər yetirdikdə,
görürük ki, ölkəmizin təhsili MDB məkanında
ən irəlidə gedən təhsil sistemidir. Bu gün
dünya miqyasında Azərbaycan milli təhsilinin yetirdiyi
kadrlar öz potensialına görə, öndə gedir. Dövlətimizin
təhsilə olan diqqətindən danışırıqsa, o
zaman gərək biz təhsil sahəsinə ayrılan vəsaitə
diqqət yetirək. Bu gün Azərbaycan təhsilinə
ayrılan vəsaitin miqdarı hərbi sahədən sonra
ikinci yeri tutur. Bildiyimiz kimi, Heydər Əliyev Fondu var və
ona ləyaqətlə rəhbərlik edən YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva
şəxs var. Prezidentin siyasəti ilə Heydər Əliyev
Fondunun apardığı uğurli iş arasında fərq
yoxdur. Həm ölkə rəhbərliyi, həm də
ümummilli liderimizin adını daşıyan bu fond təhsilimizin
çiçəklənməsinə kömək edir. Bunun
bariz nümunəsi üçün onlarla orta məktəbin
tikilib, istifadəyə verilməsini qeyd edə bilərik. Bütün məktəblərimiz
kompüterləşdirilib, müasir standartlara
uyğunlaşdırılıb.
Bir neçə
gün öncə, Bakı Dövlət Unversitetinin 90 illik
yubileyi qeyd olundu. Dünyanın müxtəlif ölkələrindən
nüfuzlu, yüksək səviyyəli alimlər, unversitet
rektorları gəlmişdilər. Onlar
çıxışlarında bizim təhsilimizə yüksək
qiymət verdilər. Bundan əlavə, xaricə təhsil
almağa gedən ölkə gəncləri orada yüksək
bilik, təcrübə qazanaraq, ölkəmizə
qayıdırlar. Əgər bu gün Azərbaycan təhsilinin
uğurlarından danışırıqsa, Baloniya sistemi ilə
bağlı olaraq, tələbələrimiz istənilən
vaxt xarici ölkələrdə təhsil ala bilərlər. Ölkə
unversitetlərində əcnəbi dilləri öyrənənlərin
sayı nə qədər çox olursa, bir o qədər də
xaricdə təhsilini davam etdirə bilərlər.
- Yeni təhsil qanunu Azərbaycanda
təhsilin inkişafına nə kimi yeniliklər gətirəcək?
- Bildiyiniz kimi,
respublikamızın təhsil qanunu öz təsdiqini tapdı.
Bu qanunun təsdiq olunması mübahisə olan məsələlərə
son qoydu. Bu, bizə imkan verir ki, tələb olunan qanun çərçivəsində
həm təhsilimiz daha da uğurla həyata keçiriləcək,
həm də elmi kadrların yetişdirilməsində
mübahisəli məsələlərə son qoyulacaq. Bütün
bu uğurlara görə, ulu öndər Heydər Əliyev
siyasətini layiqincə davam etdirən cəsarətli
Prezidentimiz İlham Əliyevə minnətdaram. O, bütün
sahələrə öz diqqətini ayırır. Yəni
ölkəmiz hər sahədə uğurlar, nailiyyətlər
əldə etməkdədir. Həmçinin, Prezident İlham
Əliyev cənabları ölkə
təhsilinin inkişafını diqqət mərkəzində
saxlayır. Heç şübhəsiz
ki, bütün bu uğurlar
davamlı olacaq.
- Təhsil qanununda beynəlxalq
təhsil sistemi ilə ziddiyyət təşkil edən məqamların
olduğu bildirilir. Bu, nə qədər
məntiqə uyğundur?
- Biz bu sistemə yenicə keçən dövlətlərdən biriyik. Bəziləri düşünür ki, bütün məsələlər tezliklə həll edilməlidir. Biz uzun illər sovet təhsil sistemi ilə getmişik. O dövrdə kadrların hazırlanmasının başqa prinsipləri var. Yeni təhsil qanununa görə, aspirantura ləğv edilib. Əslində, bu, formal bir şeydir. Çünki aspirnaturanı dokturantura əvəz etdi. Bundan başqa, elmələr namizədi fəlsəfə doktoru ilə əvəz olundu. Yəni 3 pillə mövcuddur-bakalavr pilləsi, magisturatura, dokturantura pilləsi. Sovet təhsilini alan mənim kimi alimlər aspirantura və ondan sonra dokturantura yolunu seçmişik. Yəni elmlər namizədi alim kimi formalaşırdı. İndi mən deyə bilmərəm ki, dokturanturanın birinci mərhələsini keçən şəxs hansı səviyyədə formalaşacaq. Ancaq mən əminəm ki, istər AMEA sistemində olsun, istərsə də, unversitet sistemində olsun bu məsələlər nəzarətsiz qalmayacaq. Bir halda ki, biz Avropaya inteqrasiya edirik və diplomlarımızın xaricdə də tanınmasını istəyiriksə, həmin tələblərə uyğun da hərəkət etməliyik.
- Ümumiyyətlə, təhsil qanununda aspirantura pilləsinin ləğv edilməsi elmi dərəcə almaq istəyində olan mütəxəssislərin maraqlarına nə kimi cavab verir?
- Əslində, yeni təhsil qanunu elmi dərəcə almaq istəyən mütəxəssislərə müsbət təsir göstərəcək. Çünki bizim zamanımızda elmlər namizədi elmi dərəcəsi aldıqdan xeyli vaxt sonra, elmlər doktoru elmi dərəcəsi alırdıq. Lakin indiki mütəxəssislər belə problemlərlə üzləşməyəcək. Bu da, onlar üçün müsbət haldır. Bundan əlavə, Ali Attestasiya Komissiyası tərəfindən mütəxəssislər qarşısında müxtəlif şərtlər qoyulub ki, bütün bunlar da, bütövlükdə, təhsilimizin, elmimizin inkişafına yönələn addımlardır.
ANAR MƏCİDZADƏ
Səs.- 2009.- 5 noyabr.- S. 7.