XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA
TÖRƏDİLMİŞ TERROR AKTLARI
(Əvvəli ötən
sayımızda)
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış “Erməni terroru: sənədlər və faktlar” layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
131. 1992-ci ilin yanvar ayında erməni quldurlarının Kərgicahan qəsəbəsinə hücum nəticəsində 80 nəfər mülki şəxs qətlə yetirilmişdir.
132. 05 yanvar 1992-ci ildə Kərkicahan qəsəbəsində 2 nəfər qətlə yetirilmişdir.
133. 05 yanvar 1992-ci ildə Hadrut rayonun Axullu kəndində 1 nəfər qətlə yetirilmişdir.
134. 6 yanvar 1992-ci il tarixdə erməni quldurları İmarət-Qərvənd kəndinin Murovdağ yaylağında Humaylar adlanan çoban alaçığına hücum edərək iki azərbaycanlını yaralamışlar.
135. 06 yanvar 1992-ci ildə Goranboy rayonun Böyük və Kiçik Çanabazar adlanan ərazisində 1 nəfər qətlə yetirilmiş, 7 nəfər ağır yaralanmışdır.
136. 07 yanvar 1992-ci ildə Fizuli rayonun Yuxarı Veysəlli kəndində 1 nəfər qətlə yetirilmiş, 3 nəfər yaralanmışdır.
137. 08 yanvar 1992-ci ildə Xocavənd rayonun Qaradağlı kəndində 8 nəfər yaralanmışdır.
138. 09 yanvar 1992-ci ildə Fizuli rayonun Qaradağlı, Çuvarlı, Arış və Hadrut rayonunun Axurlu kəndində 2 nəfər milis işçisi və 3 nəfər yerli sakin qətlə yetirilmiş, 5 nəfər yaralanmışdır.
139. 10 yanvar 1992-ci ildə Kəlbəcər rayonun Ağdaban kəndində 1 nəfər qətlə yetirilmişdir.
140. 13 yanvar 1992-ci ildə Fizuli rayonunun Yuxarı Veysəlli, Arış, Ağbulaq kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
141. 13 yanvar 1992-ci ildə Kərkicahan qəsəbəsinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
142. 13 yanvar 1992-ci ildə Xocavənd rayonu Əmiranlılar kəndinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.
143. 17 yanvar 1992-ci ildə
144. 20 yanvar 1992-ci ildə Ağdam rayonunun Qərvəndə kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
145. 21 yanvar 1992-ci ildə Ağdam rayonunun Xıdırlı kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
146. 22 yanvar 1992-ci ildə Ağdam rayonunun Çinli kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
147. 25 yanvar 1992-ci ildə
148. 25 yanvar 1992-ci ildə Ağdam rayonu müxtəlif silahlardan atəşə tutulmuş nəticəsində 1 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.
149. 25 yanvar 1992-ci ildə Xocavənd rayonunun Əmirallılar kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər yaralanmışdır.
150. 26 yanvar 1992-ci ildə Goranboy rayonunun Şəfəq kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
151. 29 yanvar 1992-ci ildə Ağdam rayonunun Şelli və Əhmədavar kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuşdur.
152. 1 fevral 1992-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə silahlı basqın nəticəsində 3 nəfər qətlə yetirilmişdir.
153. 1 fevral 1992-ci ildə Xocalı rayonunun Fərrux kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
154. 7 fevral 1992-ci ildə Ağdam rayonunun Sırxavənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
155. 11 fevral 1992-ci ildə
156. 16 fevral 1992-ci ildə Xocalı rayonunun Qaradağlar kəndinə silahlı basqın nəticəsində 24 nəfər qətlə yetirilmişdir.
157. 17 fevral 1992-ci il tarixdə ermənilər 56 nəfər, onlardan 12 nəfəri uşaq olmaqla Qaradağlı kənd sakinlərini güllələmişlər.
Ardı var
Səs.- 2009.- 5 noyabr.- S. 11.