Şərq filologiyası məsələləri

 

Topluda ərəb, İran və türk filologiyasının aktual məsələlərinə dair məqalələr əksini tapıb

 

AMEA Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” toplusunun 4-cü buraxılışı çapdan çıxıb.

Topluda ərəb, İran türk filologiyasının aktual məsələlərinə dair məqalələr öz əksini tapıb. Ərəb filologiyası bölməsində ədəbiyyat sahəsindəMağarasimvolizminin dini-mifoloji çalarlarından (Aida Qasımova), cahiliyyət şeirinin fəlsəfi istiqamətlərindən (Ruhəngiz Cümşüdlü), tarixi hadisə şəxsiyyətlərinMin bir gecənağıllarında inikası səviyyəsindən (Lalə Bayramova), ərəb folklor nümunələrində Əbu-Nəvvas hazırcavablığından (Səbinə Səlimova), linqvistika sahəsində ərəbşünaslıqda köməkçi nitq hissələrinin öyrənilməsi məsələlərindən (Solmaz Hüseynova), keçmiş zaman fellərinin Qurani-Kərimdə işlənmə üslubundan (Nəsrulla Məmmədov) s. bəhs edən məqalələr dərc olunub.

İran filologiyası bölməsində ədəbiyyatla bağlı Nizaminin meracnamələrindən (Gülnarə Fətiyeva), Hafiz Nəsimi şeirlərindəCanCahananlayışlarının poetik-irfani dəyərlərindən (Səadət Şıxıyeva), İslam inqilabı ərəfəsində İran hekayəsindən (Nüşabə Əlizadə), “Təzkürətül-övliyaəsərinin konseptual məqamlarından (Aygün Əlizadə) s. söz açılır, Cami FüzulininHədisi ərbəinəsərlərinin müqayisəsi aparılır (Ataəmi Mirzəyev). Dilçiliklə bağlı mövzulardan müasir fars dili samit fonemlərinin distribusiyası (Əsmətxanım Məmmədova), Füzulinin farsca divanında köməkçi nitq hissələrinin üslubi xüsusiyyətləri (Şəfəq Əlibəyli) digər məsələlərə dair məqalələri qeyd etmək olar.

Türk filologiyası bölməsində türk aşıq ədəbiyyatının inkişaf tarixindən (Xalidə Quliyeva-Qafqazlı), satiranın nəzəri məsələlərindən (Aydın Abi Aydın), yeni türk hekayəçiliyinin formalaşmasından (Sədaqət Qasımlı), türkcədən Azərbaycan dilinə tərcümənin leksik-semantik problemlərindən (Əsgər Rəsulov), Nazim Hikmətin dramaturgiyası şərq folklor qaynaqlarından (Rəşid Quliyev) bəhs edən başqa maraqlı məqalələri oxumaq olar.

 

 

Zümrüd

 

Səs.- 2009.- 5 noyabr.- S. 12.