Qılman İlkin
ömrünün 96-cı
ilində əbədiyyətə
qovuşdu
Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qılman İlkin ömrünün 96-cı ilində dünyasını dəyişdi.
Qılman İlkin 1914-cü il aprel ayının 28-də Bakının Mərdəkan kəndində anadan olmuşdur. O, burada ilkin təhsilini başa vurduqdan sonra 1926-1929-cu illərdə şəhər pedaqoji texnikumunda oxumuş, 1932-1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi kimi başlamış, 1931-1932-ci illərdə “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi olmuş, 1938-ci ildən isə “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktor və direktor vəzifələrində işləmişdir. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Qılman İlkin ordu sıralarına çağırılmışdır. O, müharibə illərində keçmiş Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir olmuş, Təbrizdə çıxan “Vətən yolunda” adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır. Qılman İlkin müharibədən qayıtdıqdan sonra Nizami Gəncəvi yubileyi komitəsində elmi katib, Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrində çalışmışdır. O, bədii yaradıcılıqla yanaşı, uzun müddət mətbuat sahəsində fəaliyyət göstərərək, 1960-1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963-1967-ci illərdə “Azərbaycan” jurnalının baş redaktoru, 1967-1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində çalışmışdır.
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Qılman İlkin 1943-cü ildən etibarən ədəbi yaradıcılığa başlamışdır. O, altmış ildən artıq bir dövr ərzində nasir kimi zəngin fəaliyyət göstərmiş və ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının qələminin məhsulu kimi meydana çıxan çox sayda hekayə, povest və romanlarda tarixilik, vətənpərvərlik və tərbiyəvi mövzular aparıcı yer tutmuşdur. Bu əsərlər yaxın keçmişimizdə baş verən hadisələrlə və müasirlərimizin həyatından alınan bədii lövhələrlə zəngin nəsr nümunələridir.
Qılman İlkinin qədim Bakının tarixi yerləri və görkəmli şəxsiyyətləri
haqqında silsilə xatirələri oxucular tərəfindən maraqla
qarşılanmışdır. Yazıçının Qarabağ müharibəsindən
bəhs edən publisistik məqalələri
gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunması işində mühüm rol oynamışdır. Qılman
İlkin Azərbaycanın kino salnaməsinə daxil olmuş
bir neçə bədii filmin və televiziya
tamaşalarının ssenari müəllifi kimi də
tanınmışdır. Yazıçı
bir sıra xalqların dillərinə tərcümə
olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri
ilə nəsrimizi layiqincə təmsil etmişdir. Eyni
zamanda, onun tərcümələri sayəsində Azərbaycan
oxucusu dünya ədəbi fikrinin bəzi nümunələri
ilə
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi dövlət və hökumət nümayəndələrinin, elm, incəsənət, mədəniyyət xadimlərinin iştirakı ilə son mənzilə yola salındı. Onun cənazəsi ikinci Fəxri Xiyabana gətirilərək doğma torpağa tapşırıldı.
Allah rəhmət eləsin!
Zümrüd
Səs.- 2009.- 10 noyabr.- S. 12.