“40-cı qapı”
bədii filminin daha bir uğuru
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Ritm produktion” kino şirkətində çəkilmiş “40-cı qapı” bədii filmi Montenegro Beynəlxalq Kino Festivalında uğurla iştirak etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, film festivalın “Gümüş zeytun budağı” prizini qazanmışdır. Bundan əlavə, Elçin Musaoğlu “Ən yaxşı rejissor işi” və Əbdürrəhim Beşarat “Ən yaxşı operator işi” mükafatlarına layiq görülmüşlər.
Noyabr ayında “40-cı qapı” daha altı xarici festivalın müsabiqəsində Azərbaycan kinosunu təmsil edəcək: San-Paulo Beynəlxalq Kino Festivalı (Braziliya), Qotbus BKF (Almaniya), Bursa BKF (Türkiyə), “Qara gecələr” BKF (Estoniya), Asiatiko BKF (İtaliya), Dehli BKF (Hindistan).
Zümrüd
Səs.- 2009.- 10 noyabr.- S. 12.