Azərbaycan Folklor Nümunələrinin
Hüquqi Qorunması və Milli Reyestrinin
Aparılması Strategiyası
hazırlanıb
Azərbaycan Milli
Elmlər Akademiyası
Folklor İnstitutunda Azərbaycan Folklor Nümunələrinin Hüquqi
Qorunması və Milli Reyestrinin aparılmasına başlanıldı.
AMEA Folklor İnstitutunun
mətbuat katibi Hikmət Quliyevin məlumatına əsasən,
folklor institutunun direktoru filologiya elmləri doktoru Hüseyn İsmayılovun
təşəbbüsü və rəhbərliyi ilə institutun əməkdaşları filologiya
elmləri namizədi Seyfəddin Rzasoy və hüquqşünas
Səməd Vəkilov
tərəfindən Azərbaycan
Folklor Nümunələrinin
Hüquqi Qorunması və Milli Reyestrinin
Aparılması Strategiyası
hazırlanmışdır.
Sənəd üçün
əsas hüquqi baza Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası,
Elm Strategiyası və YUNESKO-nun Konvensiyaları olmuşdur.
Bu konsepsiya çərçivəsində “Bəşəriyyətin Şifahi
və Qeyri-Maddi İrsinin Şah Əsərlərinin Elan Olunması” proqramı yaradılıb. Həmçinin,
epos söyləyənlərin
sənəti bəşəriyyətin
ümumi insanlıq irsinin şah əsərlərindən biri
elan olunub. Eyni zamanda, bu yaxınlarda
(28 sentyabr-2 oktyabr 2009) Birləşmiş
Ərəb Əmirliyinin
Abu-Dabi şəhərində
YUNESKO-nun qeyr-maddi mədəni irsin qorunması üzrə komitəsinin yekun qərarına əsasən
Azərbaycan aşıq
sənəti və Novruz bayramı qeyri-maddi irsin reprezantativ siyahısına
daxil edilib. Hazırda “Azərbaycan xalçaları” adlı obyektlərin həmin siyahıya salınması
ilə bağlı iş aparılır.
Xatırladaq ki,
2003-cü il noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən
Bəşəriyyətin Şifahi
və Qeyri-Maddi İrsinin Şah Əsəri elan olunmuşdu. Bu gün Folklor İnstitutunun Elmi Şurasında müzakirəyə
çıxarılmış sənəd yekdilliklə qəbul olunmuş və AMEA-nın Rəyasət Heyətinə
göndərilmişdir.
Zümrüd
Səs.- 2009.- 10 noyabr.- S. 12.