“Leyli və Məcnun” operasının
100 illiyinə həsr
edilmiş tədbir
YUNESKO-nun qərarı
ilə keçirilən
“Leyli və Məcnun” operasının
100 illiyi həsr edilmiş tədbirlərin
növbətisi Daşkənddə
keçirilib. Özbəkistanda
Şərqin ilk operasının yubiley mərasimi təntənəli
şəkildə keçirilib.
Yubiley mərasimində
Özbəkistanda fəaliyyət
göstərən diplomatik
korpusun əməkdaşları,
YUNESKO-nun yerli təmsilçiliyinin nümayəndələri
də iştirak edib. Sərgi maraqla qarşılanıb.
Burada “Leyli və Məcnun” operasının 1916-cı
ildə Daşkənddə
səhnələşdirilməsi tarixini əks etdirən sənəd, foto və afişaların
surətlərindən, rəsm
əsəri və reproduksiyalardan ibarət sənədlər yer alıb. Həmçinin, tamaşadan xronikal kadrlar da nümayiş
olunub. Ölkəmizin
Özbəkistandakı səfiri
Namiq Abbasov Üzeyir Hacıbəylinin
Azərbaycan və dünya musiqi tarixinə verdiyi əvəzsiz töhfədən
danışıb. Qeyd edib
ki, bu opera
ilə, nəinki ölkəmizin, eləcə
də, Şərqin opera tarixinin əsası qoyulub. Özbəkistan Bəstəkarlar
İttifaqınin birinci
katibi Rüstəm Abdullayev, Özbəkistan və Azərbaycan Respublikalarının xalq artisti Firudin Səfərov və digərləri Üzeyir yaradıcılığının özbək musiqiçiləri
üçün də
məktəb olduğunu
minnətdarlıqla qeyd
ediblər. Yubileydə
Bakıdan dəvət
olunan sənətçilər
operadan kiçik parçalar təqdim ediblər. Xatırladaq ki, Tədbir Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, Özbəkistan Mədəniyyət və
İdman Nazirliyi, habelə, Daşkənd Dövlət Akademik Böyük Teatrının
birgə səyləri
ilə təşkil olunub.
Zümrüd
Səs.- 2009.- 13 noyabr.- S. 12.