“Azərbaycan bəstəkarlıq
məktəbi: axtarışlar
və perspektivlər”
mövzusunda beynəlxalq
konfrans keçirildi
Azərbaycan Bəstəkarlar
İttifaqının 75 illik
yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan bəstəkarlıq
məktəbi: axtarışlar
və perspektivlər”
mövzusunda beynəlxalq
konfrans keçirildi.
Tədbirdə ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə altı gün davam edəcək yubiley tədbirlərinin noyabrın
12-də başlandığını,
beynəlxalq konfransın
Azərbaycan bəstəkarlıq
məktəbi haqqında
diskussiya kimi, “dəyirmi
masa” şəklində keçiriləcəyini
bildirib. Prezident İlham Əliyevin
Azərbaycan Bəstəkarlar
İttifaqının 75 illik
yubileyinin keçirilməsi
haqqında imzaladığı
Sərəncamı yüksək
dəyərləndirən F.Əlizadə hazırda klassik musiqi janrının dünyada üzləşdiyi problemlərdən
danışaraq, XX əsr
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri
- Üzeyir Hacıbəyli,
Qara Qarayev və Fikrət Əmirovun yaradıcılığını
diqqətə çatdırdı.
Beynəlxalq konfransda
Zümrüd Dadaşzadənin
“Azərbaycan musiqisində
avanqard texnologiyaların
tətbiqinə dair”, Cahangir Səlimxanovun “Yerli “yeni musiqi”
və yaxud paralel “avanqard” (1970-1990-ci illər Azərbaycan musiqisinin tədqiqat çərçivəsinin müəyyən
edilməsinə dair)”,
Ceyran Mahmudovanın “Azərbaycan mahnısı:
dünəni və bu günü”, Sevil Fərhadovanın “Musiqi elm və incəsənət kimi”, Rəhilə Abbasovanın “Müasir Azərbaycan operasının
bəzi problemlərinə
dair”, Kamilə Dadaşzadənin “Azərbaycan
musiqi eposşünaslığının
problemləri müasir
elmi araşdırmalar
kontekstində” və Turan Məmmədəliyevanın
“Azərbaycan caz sənəti postsovet
məkanında (başlıca
aspektlər və üslub təmayülləri)”
mövzularında məruzələri
iştirakçılar tərəfindən
maraqla qarşılandı.
Tədbirdə Rusiyadan və Mərkəzi Asiya ölkələrindən
olan qonaqlar Azərbaycan klassik musiqisinin ənənələrindən
danışmış, yubiley
tədbirlərində iştirakdan
məmnunluqlarını bildirmişlər.
Zümrüd
Səs.- 2009.- 14 noyabr.- S. 12.