ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI HƏYATA
KEÇİRDİKLƏRİ REPRESSİYA, SOYQIRIMI VƏ
DEPORTASİYALAR
(Əvvəli
ötən sayımızda)
Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına
Dövlət Dəstəyi
Fondu tərəfindən
qeydə alınmış
“Erməni terroru: sənədlər və faktlar” layihəsi üzrə ayrılmış
maliyyə vəsaiti əsasında hazırlanıb.
1918-1920-ci illər. Statistik məlumatlara
əsasən demək
olar ki, 1905-1907-ci illərdə baş verən hadisələrdən
sonra azərbaycanlılara
qarşı kütləvi
repressiyalar gizli şəkildə aparılıb.
1916-cı ilin məlumatları
göstərir ki,
1831-ci illə müqayisədə
həmin il İrəvan quberniyasının
5 əyalətində əhalinin
sayı 40 dəfə
artaraq 14 min 300-dən 570 min nəfərədən yüksəlmişdir.
Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı
cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir
nümunə, əgər
1886-1897-ci illərdə əhalinin
mütləq artımı
40 min nəfər olubsa,
1905-1916-ci illərdə bu
rəqəm cəmi
17 min nəfər olub.
Halbuki hələ 1905-ci ildə
1886-cı illə müqayisədə
əhalinin sayı 61
min nəfər çox
olub. Bu rəqəmlər
çar Rusiyasının
idarəçiliyi dövründə
erməni millətçilərinin
şovinist siyasətinin
həyata keçirməsindən,
“Türksüz Ermənistan”
planının reallaşdırılması
istiqamətində azərbaycanlıların
qovulmasından xəbər
verir.
Birinci dünya
müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən
istifadə edən ermənilər 1917-ci ildə baş
vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə
bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər.
Bakı komunnası əksinqilabi elementlərlə mübarizə
şüarı altında 1918-ci ilin martından başlayaraq
bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların
çıxarılması məqsədlərini güdən
cinayətkar planın reallaşdırılmasına
başlayır.
O günlərdə ermənilər
tərəfindən edilən cinayətlər azərbaycan xalqının
yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə
görə minlərlə dinc azərbaycanlı məhv edilir.
Ermənilər evləri yandırır, insanları diri-diri
oda atırdılar. Onlar tərəfindən milli arxitektur xəzinələr,
məktəblər, xəstəxanalar, məscidlər və
digər tikililər dağıdılır. Azərbaycanlıların
soyqırımı xüsusi qəddarlıqla Bakı,
Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Haxçıvan,
Lənkəran və Azərbaycanın digər ərazilərində
həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali
qırılmış, kəndlər yandırılmış
milli mədəniyyət abidələri məhv edilmişdir.
1918-ci ilin
mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda
ermənilər 50 min azərbaycanlını qətlə
yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından
qovulmuşlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı
xüsusi qəddarlıqla öldürülmüşlər.
Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər
(1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində
122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda
115, İrəvan quberniyasında 211, Qars əyalətində
92 kənd yerlə yeksan olunub, əhali üzərində
yaş və cinsə məhəl qoymadan qətliam həyata
keçirilmişdir. İrəvan azərbaycanlılarının
çoxsaylı müraciətlərin birində
(“Aşxadavor” (“Əməkçi”) qəzeti, 231, 2 noyabr
1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu
tarixi şəhərində və onun ətrafında qısa
zaman ərzində 88 kənd dağıdılmış, 1920
ev yandırılmış, 131 min 970 nəfər isə
öldürülmüşdür.
28 may 1918-ci
ildə Azərbaycan Demokratik Respublikasının
yaradılması da qurbansız ötüşməyib. ADR-in
Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri
M.Q.Gəncinskiyə yazdığı məktubda deyilir: “Ermənilərlə
biz bütün mübahisələrə son qoymuşuq. Onlar iltimatumu
qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə
İrəvanı güzəştə getdik”.
Zaqafqaziyada 3 suveren
respublikanın yaranması və müttəfiqlərin köməyi
ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali
ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər
xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən
ermənilər heç bir şeyə məhəl qoymadan
“Böyük Ermənistan” ideyası ətrafında
Gürcüstanın tərkibində olan Axalkalaki,
Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan,
Gəncə quberniyasının cənub hissəsinə iddia
irəli sürürlər. Güc hesabına bu əraziləri
özlərinə birləşdirmək cəhdi
Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla
isə uzun müddətli qanlı mübarizəyə gətirib
çıxarır.
Ardı var
Səs.- 2009.- 17 noyabr.- S. 11.