“Bakı - İslam
Mədəniyyətinin Paytaxtı
- 2009” mədəniyyət ili
Bu yaxınlarda
paytaxtımızda keçirilən
tədbirlər Azərbaycan
milli-mənəvi dəyərlərinin, mədəniyyətinin
dünya miqyasında tanınmasında, onun dünya mədəniyyət
tarixində xüsusi yeri olmasını bir daha təsdiqlədi.
Qısa bir zamanda Azərbaycan mədəniyyətinin dünyaya
belə ayaq açması onun zəngin və dünya bəşəriyyətinə
töhfələr verə
biləcək bir irs olduğunu göstərən faktordur.
İslam Konfransı
Təşkilatına üzv
olan dövlətlərin
konfransının, mədəniyyət
nazirlərinin İclasının
təşkili, eləcə
də aşıq sənətinin dünyanın
şah əsərləri
sırasına daxil edilməsi Azərbaycan mədəni həyatının
yadda qalan bir tarixinə çevrildi. Azərbaycan, öz növbəsində,
paytaxtımızda islam
ölkələrinin, dünya
ölkələrində isə
Azərbaycan Mədəniyyət
Günlərinin təşkili
beynəlxalq səviyyədə
mədəniyyət aləmində
bir sıçrayış
kimi qəbul olundu. Bütün bunlar və digər tədbirlərin hər biri “Bakı İslam Mədəniyyətinin Paytaxtı
- 2009” çərçivəsində baş tutdu və bu gün
də davam etməkdədir.
Bir daha təsdiqləndi ki, Azərbaycanın islam mədəniyyətinin tarixində
özünəməxsus yeri
vardır. Milli və müasir sivilizasiyaların qovuşuğunda
yerləşən bu diyar islam mədəniyyətinə
əvəzsiz töhfələr
vermişdir.
Bakı şəhərinin
2009-cu il üçün “İslam Mədəniyyətinin
Paytaxtı” elan olunması və 100-dən artıq milli və
beynəlxalq miqyaslı tədbirin keçirilməsi İSESKO, İRSİKA, Avropa
Şurası, TÜRKSOY və digər təşkilatlardan
200-dən çox nümayəndə heyətinin şəhərimizi
qonağı olması qarşıda duran işlərin daha da
geniş miqyas almasına gətirib çıxaracaq.
Bakıda bu tədbirlərin
keçirilməsi mədəniyyətlərin
qovuşuğunda yerləşən Azərbaycanın
sivilizasiyalararası dialoqa böyük töhfələr verəcəyinə
əsasdır. İKT-yə üzv ölkələrin mədəniyyət
istiqamətində əlaqələrinin daha da dərinləşməsi
üçün bir neçə proqram
hazırlanmışdır. Bu konfrans, eyni zamanda, turizm sahəsində
də əməkdaşlığın genişləndirilməsinə
bir körpüdür. Mədəniyyət, mədəniyyətlərarası
dialoq, mədəni turizm, incəsənət, mədəni irs
və digər sahələrdə regional və beynəlxalq
layihələrin həyata keçirilməsinə təşəbbüs
göstərməli və bu sahələrdə olan problemlərimizin
həlli istiqamətində konkret addımlar
atılmalıdır. Bakının 2009-cu ildə İslam Mədəniyyətinin
Paytaxtı elan edilməsi çərçivəsində
burada keçirilən İslam Konfransı Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
konfransında konfransa üzv dövlətlərin nümayəndə
heyətlərinin bəyanatları və onların islam
dünyası üçün mədəni
strategiyasının tətbiqi sahəsində səyləri
barədə fikirləri dinlənilmişdir. Burada qəbul
olunan sənədlər anlaşma və dialoq
üçün mühüm rol oynayacaqdır.
“Mədəniyyət
və kommunikasiya sahəsində İSESKO-nun fəaliyyəti”,
“Dialoq və mədəni müxtəliflik və islama və
müsəlmanlara KİV tərəfindən ləkə yaxma
kampaniyalarının təkzib edilməsi” barədə qətnamə
layihələri qəbul edilmişdir.
“Bakı -
İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət
ili çərçivəsində keçirilən tədbirlər
islam ölkələrinin həmrəyliyinə töhfə
verməkdədir. Bu İSESKO ilə Azərbaycan arasında əlaqələrin
yüksək səviyyədə olduğundan xəbər
verir. 2015-ci ildən 2024-cü ilədək islam mədəniyyətinin
paytaxt şəhərlərinin müəyyənləşdirilməsi
üçün verilən təkliflər, ən əhəmiyyətli
məsələ isə Naxçıvan şəhərinin
2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı
seçilməsi ilə yadda qaldı. Bu, Azərbaycan üçün əhəmiyyətli
bir hadisədir.
Bu
görüşlərdə, hətta Ermənistanın
işğalı nəticəsində Azərbaycan abidələrinin
dağıdılması ətrafında fikirlər də
müzakirə olunmuşdur. Azərbaycan dövlətinin islam
mədəniyyətinə aid abidələrin, tarixi irs
nümunələrinin qorunması və mühafizəsi
istiqamətində ən yüksək səviyyədə tədbirlər
keçirildiyi halda, təəssüflər olsun ki, Ermənistanın
işğalı altında olan ərazilərimizdə mədəniyyət
ocaqları, dini abidələr, məscidlər
dağıdılmışdır. Dağlıq
Qarabağdakı abidələrin
dağıdılmasının araşdırılması ilə
bağlı İSESKO-da xüsusi komitə yaradılması qərara
alınmışdır. Eyni zamanda, İslam Ölkələri
Mədəniyyət Nazirlərinin 7-ci Konfransının 2011-ci
ilin oktyabr ayında Əlcəzairin Klemsan şəhərində
keçirilməsi qərara alınmışdır.
Hazırda Azərbaycan
böyük inkişaf yolunu yaşayır. Azərbaycan
dövləti öz imkanlarından istifadə edərək,
başqa istiqamətlərdə olduğu kimi, mədəniyyət
sahəsində islahatlar, proqramlar həyata keçirməkdədir.
Ölkəmizin bütün mədəniyyət müəssisələrində
yenidənqurma və bərpa işləri aparılır, onlar
ən müasir texnologiyalarla təmin edilir. Bu istiqamətdə
həm Avropa, həm də islam ölkələrinin mütərəqqi
təcrübəsindən istifadə olunur. Bu istiqamətdə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın xidməti
xüsusidir.
Keçirilən
beynəlxalq səviyyəli tədbirlər əməkdaşlığın
genişləndirilməsinə müsbət təsir göstərəcəkdir.
İrəli sürülən müxtəlif təkliflər,
mövcud problemlər və onların həlli yollarında
aparılan danışıqlar mədəniyyətlərarası
dialoqun təşviqinə töhfəsini verəcəkdir.
2011-ci ildə
Azərbaycanda “Ümumdünya mədəniyyətlərarası
dialoq forumu” təşkil ediləcəkdir. Bu forum Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
reallaşacaqdır. Bu da Azərbaycanın mədəni əlaqələrinin
dünya irsinə bir töhfəsi olacaq.
Zümrüd
Səs.- 2009.- 17 noyabr.- S. 12.