Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubiley tarixini yaşayır

 

Yubiley çərçivəsində bəstəkar Firəngiz Əlizadəninİntizaroperası təqdim olunub

 

Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar hazırda ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalının zəngin proqramı əsasında Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkar, Azərbaycanın xalq artisti Firəngiz Əlizadənin özünəməxsus dəst-xətti ilə seçilən gözəl musiqisi səsləndirildi. Belə ki, bəstəkarın 2007-ci ildə yazdığıİntizaroperası konsert variantında ifa edildi.

Təqdim edilən opera əsərinin süjeti çox sadədir. O, Xeyir ilə Şərin əbədi mübarizəsi mövzusuna həsr edilib. Tarix boyu əksəriyyəti yer üzündə sülhə və əmin-amanlığa can atan bəşəriyyət bəzən amansız təcavüzlə üzləşmiş, bədbəxtliklərin və faciələrin qurbanına çevrilib. Lakin bütün hallarda yaşamağa və yaratmağa hədsiz məhəbbət, vətənə, doğma torpağa sonsuz sədaqət üstün gəlir. Buna görə də insanların xeyrin şər üzərində qalib gələcəyinə inamı dönməzdir.

Firəngiz Əlizadənin operasının əsas ideyası bundan ibarətdir. Müəllif musiqinin köməyi ilə həmin ideyanı dinləyicilərə çatdırmağa müvəffəq olmuşdur.

Operanın konsert variantının təqdim edilməsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, habelə, Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri iştirak edirdi. Orkestrin dirijoru Azərbaycanın əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov idi. Azərbaycan Dövlət Xor Kapellası həmişəki kimi öz məharətini nümayiş etdirdi. Kollektivin bədii rəhbəri və baş dirijoru respublikanın xalq artisti Gülbacı İmanovadır. Solo vokal partiyalarını Azərbaycan Respublikasının xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əkrəm Poladov, Əvəz Abdullayev, Gülnaz İsmayılova, Həsən Ənami, habelə, artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Səbinə V. Heydər Əliyev Sarayına gəlmiş bakılı tamaşaçılar bəstəkarı və ifaçıları gurultulu alqışlarla mükafatlandırdılar.

 

 

Zümrüd

 

Səs.- 2009.- 17 noyabr.- S. 12.