YAP- 17 il dövlətçilik
uğrunda
Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev tərəfindən
xalqı bəlalardan xilas etmək məqsədilə yaradıldı
(Əvvəli ötən
sayda)
Məlum olduğu kimi,
noyabrın 21-i Yeni Azərbaycan Partiyasının
təsis olunması günüdür. Düz
17 il öncə,
Azərbaycanda yaranmış
ağır durum yeni bir siyasi təşkilatın-
YAP-ın yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər
Əliyevin yaratdığı
partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi. Bu yazıda Yeni Azərbaycan Partiyasının
17-ci ildönümü ilə
bağlı hakim partiyanın
keçdiyi şərəfli
tarixi yola nəzər salmağa çalışacağıq. Yeni Azərbaycan Partiyası yarandığı zaman mövcud olan tarixi şərait, ölkədəki ictimai-siyasi
durum, müasir dövrdə
partiyanın fəaliyyəti
cəmiyyətdə əsas
müzakirə mövzusu
olub. Beləliklə, ilk öncə, bir
suala aydınlıq gətirmək lazımdır.
Yeni Azərbaycan Partiyası hansı tarixi zərurətdən yarandı?
Bu suala partiyanın
veteranlarının verdiyi
cavabların daha doğru olacağı qənaətindəyik.
“YAP ümummilli liderin parlaq
ideyalarının daşıyıcısı kimi cəmiyyətdə
öz aparıcı rolunu günü-gündən möhkəmləndirir”
YAP Siyasi Şurasının
üzvü, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov:
- YAP-ın
yaranmasından 17 il keçir. Bu müddətdə ölkəmizdə
çox böyük dəyişikliklər olub. Lakin bunlar
özü-özünə baş verməyib. Bu müddətdə
Azərbaycanın böyük dəyişikliyə məruz
qalması ulu öndər Heydər Əliyev və onun
yaratdığı Yeni Azərbaycan Partiyasının gərgin
fəaliyyəti nəticəsində mümkün olub.
Yenicə
müstəqilliyini əldə edən Azərbaycan ötən
əsrin 90-cı illərinin əvvəllərində
ağır duruma düşmüşdü. Ölkə
müharibə şəraitində yaşamaqla bərabər,
həm də iqtisadi-siyasi və sosial böhran keçirirdi. Ölkə
ictimaiyyəti, xüsusən də, ziyalılar o zaman
Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində
çalışan ulu öndər Heydər Əliyevi xilaskar
kimi görürdü.
1992-ci ildə
ölkə ziyalıları xalqın iradəsini ifadə edərək
ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ulu
öndər isə həmin müraciətə cavab verdi və
ölkəni ağır durumdan çıxarmaq yolunu nədə
gördüyünü qeyd etdi. Ziyalıların müraciəti
və ulu öndərin cavabı “Səs” qəzeti vasitəsilə
xalqa çatdırıldı.
O zaman Heydər
Əliyev Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində
işləyirdi və onun blokada şəraitində yaşayan
Naxçıvanı ağır durumdan çıxarmaq
üçün göstərdiyi fəaliyyət ölkə
ictimaiyyətinə çatdırılmırdı.
Sonrakı
hadisələr hər kəsə məlumdur- xalqın
çağrışına etinasız qalmayan ulu öndər
Bakıya gəldi və Milli Məclisin Sədri seçildi. Daha
sonra AXC-Müsavat hakimiyyəti ölkəni idarə edə
bilmədiyini etiraf etdi və istefa verdi. Bundan sonra isə
prezident seçkiləri keçirildi və Heydər Əliyev
xalqın böyük əksəriyyətinin səsini qazanaraq
prezident seçildi.
Heydər Əliyevin
ölkəni və xalqı hansı bəlalardan
qurtardığını və inkişaf etdirdiyini təkrar
söyləməyə ehtiyac görmürəm- bu,
hamımızın gözləri önündə olub. Ümummilli
lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm
bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni
Azərbaycan Partiyası ilə sıx şəkildə
bağlıdır.
Yeni Azərbaycan
Partiyasının təsis konfransı 1992-ci il noyabr
ayının 21-də Naxçıvan şəhərində
keçirildi. Konfransda Azərbaycanın müxtəlif
regionlarından təşəbbüs qruplarının 550-dən
artıq nümayəndəsi iştirak edirdi. Konfrans Yeni Azərbaycan
Partiyasının təsis edilməsi haqqında qərar qəbul
etdi. Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri
tərəfindən açıq səsvermə yolu ilə
Yeni Azərbaycan Partiyasının Sədri seçildi.
Ümummilli
lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında
ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə
gəlməsi ilə YAP-ın inkişafında yeni mərhələ
başladı. Həmin dövrdə YAP-ın
qarşısında bir tərəfdən iqtidar partiyası
kimi cəmiyyətin siyasi sistemində özünün
aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən
isə, müstəqil dövlət quruculuğu proseslərində
yaxından iştirak etmək vəzifəsi dayanırdı.
Heydər Əliyev
Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə
saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın
ildönümlərinə həsr edilmiş tədbirlərdə
daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər,
partiya həyatı və fəaliyyətilə əlaqədar
zəruri tapşırıqlar verərdi.
Bu gün
partiya ulu öndərin siyasi xətti inamla və dönmədən
həyata keçirir. Məhz bu siyasətin nəticəsidir
ki, o zamandan bəri ölkədə keçirilmiş
bütün seçkilərdə YAP və onun lideri qalib gəlib.
Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini
təmsil edən 500 minə yaxın üzvü birləşdirən
YAP, ümummilli liderin parlaq ideyalarının
daşıyıcısı kimi cəmiyyətdə öz
aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
Heydər Əliyevin
əsasını qoyduğu siyasəti uğurla davam etdirən
Prezident İlham Əliyev Azərbaycanın tarixində
heç bir dövrdə görünməmiş işlər
həyata keçirir. Ulu öndərin
hazırladığı iqtiadi islahatları, sosial siyasəti,
neft strategiyasını həyata keçirən Prezidentimiz Azərbaycanı
dünyanın ən sürətlə inkişaf edən
ölkəsinə çevirib.
Azərbaycan
indi təkcə iqtisadi cəhətdən deyil, həm də
bütün digər sahələrdə sürətlə
inkişaf edir. Ölkəmizdə demokratik islahatlar
aparılır, söz və mətbuat azadlığı təsbit
olunub, insan hüquqları dövlətin prioritet vəzifələrindən
birinə çevrilib, bir sözlə, ölkəmiz, siyasi,
iqtisadi, elmi, mədəni cəhətdən yüksəliş
dövrünə qədəm qoyub, ordu quruculuğunda, idman
sahəsində, təhsil və səhiyyədə
böyük tərəqqi əldə edib.
“Bugünkü Azərbaycanı
“Heydər Əliyevin Azərbaycanı” adlandırsaq, səhv
etmərik”
YAP Siyasi Şurasının
üzvü Vilayət Əliyev:
- YAP-ın
yaranmasına gətirib çıxaran səbəblərlə
bağlı iki məqamı qeyd etmək istəyirəm. Birinci
məqam, bizim görmədiyimiz, əhəmiyyət vermədiyimiz
tərəfdir. Bu, Moskva mühiti, sovet imperiyasının
dağılması ilə bağlıdır. Hər hansı
bir ölkədə iqtisadiyyat çökəndə, mənəviyyatsızlıq,
özbaşınalıq baş alıb gedəndə, o
dövlət dağılır.
Tarix boyu həmişə
belə olub. Sovet imperiyası kimi nəhəng bir ölkə də həmin şəraitdə
süqut etdi. Belə bir dövrdə ayrı-ayrı əyalətlərdə
və respublikalarda çox ciddi proseslər gedirdi. Lakin burada ən çox əziyyət çəkən Azərbaycan
idi.
Tarix boyu
ölkəmizi həm şimaldan, həm də cənubdan digər
dövlətlər məhv etməyə həmişə
hazır olmuşlar. Onlar 20 Yanvar hadisəsi ilə
xalqımıza göstərdilər ki, baş
qaldırsanız, qanınızı tökərik. Bu məqamda
yeganə şərt meydana çıxdı. Azərbaycan həqiqətini,
yəni o faciəni bütün dünyaya bəyan etmək. Bunun
da öhdəsindən ulu öndər Heydər Əliyev gəldi.
Xalqımız Heydər Əliyev ideyalarının sədaqətinə,
möhkəmliyinə və gələcəyinə
inanırdı.
Bu gün ölkəmizin
iqtisadiyyatını, onun siyasi qüdrətini dünyaya
çatdıran ümummilli liderin davamçısı
Prezident cənab İlham Əliyev oldu. O öz ailəsi və
onu sevən ziyalılarla birlikdə mübarizəyə
qalxdılar. O vaxt hər şey ola bilərdi. Məhz həmin
dövrdə Heydər Əliyev həm siyasi, həm də mənəvi
cəhətdən özünün Azərbaycana
qayıdışını elan etdi.
Özünün
məramnaməsini oxudu. Bu, bizə görünməyən tərəf
idi. Əgər Heydər Əliyev kimi tarixi bir şəxsiyyət
orada bu fikirləri qorxmadan söyləyirdisə, demək, Azərbaycan
çalxalanırdı, meydan dağılırdı. Bu məqamda
ölkəmizə düşünən bir beyin lazım idi
ki, xalqı bəlalardan qurtarmaq üçün sükanı
əlində düzgün saxlaya bilsin.
Heydər Əliyev
Moskvadan Bakıya gəlməli idi. Lakin Onun ilk gəlişi
mümkün olmadı. O vaxt ölkə rəhbərliyi Onun vətənə
qayıdışına imkan vermirdi. “Qardaşlıq” cəmiyyətinin
silahlı üzvləri, yəni təxribatçıları
ulu öndərin gəlişini əngəlləmək məqsədilə
aeroporta hamıdan qabaq getmişdilər.
O vaxt biz də
Onu aeroportda qarşılamalı idik. Amma əks-qütbdən
olanlar bizə mane olmaq istədilər. O vaxt bizə mane olan əsas
qüvvə Ayaz Mütəllibov və onun müdafiəçiləri
idi. AXC-Müsavat liderləri də Heydər Əliyevin
Bakıya gəlişinə əngəl törətməyə
çalışırdılar. Bu iki qüvvə ulu öndərə
qarşı birləşmişdi. Ancaq insanlar oraya üz
tutdular. Ondan sonra biz Heydər Əliyevi qarşıladıq, gətirdik.
Xalq arasında böyük ruh yüksəkliyi var idi. İnsanlar
sanki ölümü gözlərinin altına alaraq, oraya
getmişdilər.
Onu sevənlər
evinin qarşısına yığışırdılar. Axırda
O, insanların təhlükəsizliyini qorumaq
üçün özü çıxıb dedi ki,
dağılışsınlar. Günlərin bir günü,
camaat gördü ki, Heydər Əliyev şəhərdə
gəzir. “Nizami” kinoteatrının yanından dənizə tərəf
getdikcə, Onun ətrafındakı adamların sayı da
çoxalırdı. İnanın ki, 40-50 nəfərlə
başlanan yürüş sonradan minlərlə insanı əhatə
etdi. Onlar ən son məqamda da Ona dəstək
olduqlarını göstərirdilər.
O zaman, elə
qələmə vermək istəyirdilər ki, guya Heydər Əliyev
və Onun ətrafındakılar şəhərdə
asayişi pozmağa cəhd edirlər. Amma hamı
görürdü ki, belə deyil. İnsanlar dinc və sakit
şəraitdə ulu öndərin başına
yığışır və bununla da, Ona olan sevgilərini
bildirirdilər. Heydər Əliyev o zaman Moskvadan müalicədən
təzəcə qayıtmışdı.
Heydər Əliyev
bütün Azərbaycan xalqının ümid bəslədiyi
bir şəxsiyyət idi. İndinin özündə də
ulu öndər böyük mif kimi hər zaman
başımızın üstündə gəzir. İnsanlar
Ona sipər çəkərək, göz bəbəkləri
kimi qorudular. Amma Ona Bakıda qalmağa imkan vermədilər və
O, Naxçıvana üz tutdu. Naxçıvanda Onu
böyük coşqu ilə qarşıladılar. Həmin
vaxt Azərbaycanda bənzəri olmayan, heç bir ölkədə
görünməyən qarışıqlıq
yaranmışdı.
O vaxtkı vəzifə
başında oturanlar Azərbaycanı parçalayıb,
müxtəlif respublikalar yaratmaq xəyalında idilər. Belə
bir məqamda Azərbaycanın qeyrətli oğulları
meydanda idilər. Belə ağır durumda xalq Heydər Əliyevə
üz tutdu. Heydər Əliyev bunu nəzərə alıb
paytaxta gəldi.
Artıq iyun
ayının 15-də tam səlahiyyətli rəhbər kimi fəaliyyətə
keçərək, ilk işi ölkəmizi və
xalqımızı düşdüyü ağır vəziyyətdən
qurtarmaq oldu. Heydər Əliyev birdən-birə hakimiyyətə
gəlməyib. Onun ikinci dəfə siyasi hakimiyyətə
qayıdışı sahib olduğu yüksək
bacarığından, şəxsi potensialından, xalq
arasında olan nüfuzundan, idarəetmə təcrübəsindən,
dünya miqyasında olan hörmətindən irəli gəlirdi.
Xalqımız ulu öndər kimi bir xilaskarı vətənə
gətirməyə bilməzdi.
Bugünkü
Azərbaycanı “Heydər Əliyevin Azərbaycanı”
adlandırsaq, səhv etmərik. Çünki 1992-1993-cü
illərdə Azərbaycan dağılmaq təhlükəsi
ilə üzləşmişdi. Əgər ulu öndər
Heydər Əliyev xalqın çağrışına
müsbət cavab verməyib, Bakıya gəlməsəydi, Azərbaycan
adlı dövlət olmayacaqdı. Ancaq Heydər Əliyev
xalqının üzləşdiyi ağır və çətin
problemlərə biganə qalmadı.
Məhz Onun
uzaqgörən, təkrarsız siyasəti nəticəsində
Azərbaycan xanlıqlara bölünmək təhlükəsindən
xilas oldu. Məqsədyönlü iqtisadi siyasət sayəsində
bir sıra qlobal layihələr həyata keçirildi, əhalinin
sosial-iqtisadi rifah halı yaxşılaşdı.
(Ardı var)
Elçin Bayramlı
Səs.- 2009.- 18 noyabr.- S. 8-9.