“KİV nümayəndələri və dövlət
strukturlarının qarşılıqlı faydalı əməkdaşlığına
yardım”
Prezident yanında, KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi
layihəni həyata keçirmək məqsədilə
SİA bu mövzuda dəyirmi masa keçirdi
(Ardı var)
Müasir dövrün demokratik tələbləri
sırasında müstəqil mətbuatın
formalaşması və inkişaf etdirilməsi önəmli
yerlərdə durur. Bu da, onunla bağlıdır ki, ictimaiyyətin
informasiya əldə etməsi və cəmiyyətdə gedən
demokratik proseslərdən məlumat əldə etməsi,
xüsusilə də, yazılı KİV-in üzərinə
düşür. Bəzi ölkələrdə KİV-in
mövqeyi ictimai rəyin istənilən formada dəyişməsinə
təsir edir. Türkiyədə, Fransada, İsveçrədə
və digər ölkələrdə mətbuatın müstəsna
gücə malik olması danılmaz faktdır. Azərbaycanda
da mətbuat yenicə formalaşmağa başlasa da, Cənubi
Qafqazın ən inkişaf edən mətbuatına
çevirilib. Bunun da səbəbi mətbuta dövlət
qayğısının yüksək olmasıdır. Ulu
öndərimiz Heydər Əliyev daim mətbuatın
inkişafına diqqət və qayğı göstərmiş,
qəzetlərin texniki avadanlıqlarla təchiz olunmasına
xüsusi önəm vermişdir. Məhz 1998-ci il avqustun 6-da
ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə mətbuata
tətbiq olunan senzura aradan qaldırılmışdı. Dahi
öndərimiz mətbuata diqqəti və onun problemlərinin
həllini dövlət quruculuğunun tərkib hissəsi hesab
etmişdir. Bu nəcib, müdrik siyasəti bu gün ölkə
başçısı İlham Əliyev böyük
uğurla davam etdirməkdədir. Prezident yanında KİV-lərin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması məhz ölkə başçısı cənab
İlham Əliyevin mətbuata göstərdiyi diqqət və
qayğının göstəricisidir. Müstəqil Azərbaycan
tarixində ilk dəfə olaraq KİV-lərin
İnkişafına Dövlət Dəstəyi Fondu bir
sıra qəzet və agentliklərə müxtəlif sahələri
əhatə edən layihələrini həyata keçirmək
üçün maliyyə dəstəyi göstərib. Səs
İnformasiya Agentiliyi də keçirilən müsabiqənin
qalibləri sırasındadır. Agentliyin “KİV nümayəndələri
və dövlət strukturlarının
qarşılıqlı faydalı əməkdaşlığına
yardım” mövzusunda keçirdiyi layihə ictimai marağa səbəb
olmaqdadır. Çünki layihənin təqdimetmə mərasimindən
sonra agentliyə ünvanlanan məktublar və telefon zəngləri
də ictimai marağın bu layihəyə mövqeyinin
yüksək olduğunu deməyə əsas verir. SİA növbəti dəfə
layihə ilə bağlı dəyirmi masa keçirdi.
Dəyirmi masada Mətbuat
Şurası İdarə Heyətinin üzvü və sədr
müavini, KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun Müşahidə Şurasının üzvü,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq Ələsgərli, Mətbuat
Şurasının icraçı direktoru Rəhim Hüseynzadə,
Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti
Rauf Zeyni, “Səs” İnformasiya Agentliyinin icraçı
direktoru Vəli Vəliyev, Qaradağ rayon icra hakimiyyətinin
şöbə müdiri Munis Bayramov, Səbail rayon icra hakimiyyətinin
şöbə müdiri İsrafil Kərimov, “Azad Azərbaycan”
qəzetinin baş redaktoru Asəf Abbasov, “Paritet” qəzetinin
baş redaktoru Cəmaləddin Quliyev, “Xural”
qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Ekspress” qəzetinin
baş redaktoru Qəzənfər Bayramov, AzərTac Dövlət
İnformasiya Agentliyinin aparıcı müxbiri Vüqar
Ağayev, “Qloballaşma və Milli Həmrəylik” İctimai
Birliyinin sədri Həsən Qarayev iştirak edirdilər.
Dəyirmi masanı giriş
sözü ilə açan SİA-nın əməkdaşı
dövlət-mətbuat münasibətlərindən geniş
və ətraflı məlumat verdi və müzakirələrin
də bu istiqamətdə aparılmasının vacibliyini
söylədi.
MEDİANIN İNKİŞAFI İSTİQAMƏTİNDƏ ÇOX BÖYÜK NAİLİYYƏTLƏR ƏLDƏ OLUNUB
Müşfiq Ələsgərli:
- Bu mövzuda dəyirmi masa təşkil
etdiyinə görə “Səs” qəzetinə təşəkkürümü
bildirirəm. Azərbaycanda dövlət mətbuatın
inkişafı üçün üzərinə düşən
bütün addımları atıb və tamamlamaq üzrədir.
Ölkəmizdə 1998-ci ildə rəsmi senzuranın ləğv
edilməsi ilə başlanan mətbuat sahəsində
liberallaşdırma prosesi sürətlə getdi. Məhz
bu səbəbdən, ölkəmiz 2003-cü ildə
medianın inkişafı istiqamətində çox
böyük nailiyyətlər əldə olundu. Bütün dünyada mətbuatın örnək
olaraq göstərilməsi təcrübəsi yarandı. Rəsmi
senzuranın ləğvindən sonra, 1999-cu ildə “KİV
haqqında” qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə
və dəyişikliklərin edilməsi, onun daha da
liberallaşdırılması, həmçinin, mətbuat
üzərində dövlətin nəzarətedici qurumunun ləğv
edilməsi, əvəzində, mətbuata özünütənzimləmə
statusunun verilməsi və Mətbuat Şurasının
yaradılması kimi tədbirlər həyata keçirildi. Bu
gün mətbuat orqanları üzərində heç bir rəsmi
dövlət nəzarəti yoxdur və mətbuat
özünü tənzimləyən quruma çevrilib. Bu da
bütün dünya praktikasında tətbiq edilən modeldir.
Amma qanunvericilik normasına baxmayaraq, əksər
ölkələrdə, xüsusilə, postsovet məkanında
hələ tamamilə bu cür standartlar tətbiq
olunmayıb. Ən böyük dövlətlərdən biri
olan Rusiyada Mətbuat və İnformasiya Nazirliyi fəaliyyət
göstərir ki, o mətbuata nəzarəti və
lisenziyalaşma işini həyata keçirir. Azərbaycan
postsovet məkanında, ilk dəfə olaraq, bu addımı
atan ölkələrdən biridir. Bu da mətbuata
özünütənzimləmə statusunu şamil etdi. Bu
istiqamətdə atılan addımlar sırasında bu
yaxınlarda təsis edilən KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunu qeyd etmək olar. Mətbuatın
inkişafına yönələn bu üsul praktikada çox
geniş yayılıb. Yeganə ölkələrdəndir ki,
Azərbaycanda dövlət məhz müstəqil mətbuatın
inkişafına yardım göstərməklə
bağlı bu fond yaradılıb. Bu praktikadan dövlətimiz
səmərəli şəkildə istifadə etdi. Bu da
KİV-in inkişafına çox böyük stimul olacaq. Azərbaycanda
media sahəsində qanunvericilik beynəlxalq praktikada qəbul
olunan ən demokratik qanunvericilikdən biridir. Amma bütün
bunlara baxmayaraq, mövcud problemləri də müzakirə etmək
lazımdır. Bu problemlərin aradan qaldırılması
üçün addımlar atmaq lazımdır. Onları iki
istiqamətdə analiz etmək olar. Birincisi, medianın
özündən yaranan problemlərdir. Yəni, burada söhbət
mediada müəyyən peşəkarlıq səviyyəsinin
aşağı olmasından qaynaqlanan problemlərdən gedir.
Digər tərəfdən, medianın ixtisaslaşması
istiqamətində dərindən işlər görülməyib.
Cəmiyyətin çox sahələri var ki, onlar diqqətdən
kənardadır. Əslində, bu cür qurumların
ayrı-ayrı sahələr üzrə ixtisaslaşması
problemi gündəmdədir. Güman edirik ki,
müəyyən proseslərin gedişində həmin problemlər
öz həllini tapacaq. Üçüncüsü, jurnalistlərin
peşə-davranış qaydalarına əməl etməsi
sahəsində müəyyən problemlər mövcuddur. Əvvəllər
bu sahədə problemlər yaranan da, məhkəmələrə
müraciət olunurdu, jurnalistlərin cərimələnməsi
və həbs edilməsi prosesləri baş verirdi. Bu da Azərbaycanın
müsbət imicinin formalaşması baxımından ciddi problemlər
yaradırdı. Eyni zamanda, ölkə jurnalistlərinin taleyi
nöqteyi-nəzərindən də təhlükələrə
səbəb olurdu. Artıq dövlətlə
razılaşmış qaydada həmin problemlərin həll
olunması məsələsi Mətbuat Şurasına həvalə
olunub. Şuranın bu cür şikayətlərin
araşdırılmasına və “reket” jurnalistlərə
qarşı mübarizəyə məsul komissiyası fəaliyyət
göstərir. Şikayətçi tərəflər məhkəməyə
qədərki problemlərin mümkün qədər tez həll
olunması üçün Mətbuat Şurasına müraciət
edirlər. Onlar araşdırılır və nəticəyə
uyğun qərarlar verilir. Təsadüfi deyil ki, 2006-2008-ci illərin
əvvəllərində Azərbaycanda KİV-məmur və
ya vətəndaşlar arasında təxminən 300-400 məhkəmə
prosesi qeydə alınıb. Bu ilin əvvəlinə olan
statistikaya görə, bu rəqəm 60-70 arasında dəyişir.
Bütün bunlar mətbuata özünütənzimləmə
statusunun verilməsi ilə bağlıdır.
MƏTBUAT XALQ
ÜÇÜNDÜR VƏ ONUN İNKİŞAFINA HƏR CÜR ŞƏRAİT
YARADILMALIDIR
Munis Bayramov:
- Öncə qeyd edim ki, “Səs”
qəzetinin dövlətin inkişafında böyük rolu
var. Hələ ümummilli liderimiz Naxçıvanda olan zaman
“Səs” qəzeti Onun fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirmək baxımından müstəsna
rol oynayıb. Buna görə də, bu qəzetə həmişə
minnətdarlıq hissi ilə yanaşırıq. Mövzuya
qayıtdıqda isə, dövlət-mətbuat münasibətlərinin
tarixinə nəzər salmaq və onun hansı prinsiplər əsasında
formalaşmasına diqqət yönəltmək
lazımdır. Dövlətin borcu ondan ibarətdir ki, mətbuatın
inkişafına və informasiyanın əldə olunmasına
yardımçı olmaqdır. Dövlətin tətbiq
etdiyi qanunlara uyğun olaraq da, mətbuat və dövlət
idarəçilik orqanları fəaliyyət göstərir.
İnformasiyaların əldə olunması və onların
işıqlandırılması məsələlərinə
gəldikdə isə, heç bir dövlət məmuru mətbuatdan
qaçmamalıdır. İnformasiya almaq mətbuatın
hüququ olmaqla yanaşı, onu vermək də dövlət
orqanlarının borcudur. Elə məqamlar var ki, onlar mütləq
ictimaiyyətə çatdırılmalıdır ki, həmin
məsələ ilə bağlı düzgün ictimai rəy
formalaşsın. Bəzən yayılan yanlış məlumatlar
fəsadlara səbəb olur.
Məsələn, jurnalistlər
bizə müraciət edərək,
çalışdığımız struktura aidiyyatı
olmayan mövzu ilə əlaqədar məlumat almaq istəyir.
Onlara istiqamət verməklə kömək edirik. Mətbuat
xalq üçündür və hər zaman
açıqdır. Onları lazımi məlumatlarla təmin
etmək bizim borcumuzdur. Bir məqamı da vurğulayım ki,
bəzən mətbuata verilən imkanlardan sui-istifadələr,
şəxsi-qərəzçilik mövqeyindən
çıxış etmək, alınan məlumatı təhrif
edərək yaymaq və s. kimi hallar yolverilməzdir. Onlar
anlaşılmazlıqlara, qarşıdurmaya gətirib
çıxarır. Baş verən bu cür halları mətbuata
yaraşdırmıram. Bu baxımdan, mətbuat istənilən
məsələlərə obyektiv yanaşmalıdır. Hətta
vəzifəli insanların şəxsi həyatına
müdaxilə halları da baş verir. Ancaq iş fəaliyyəti
ilə bağlı məsələlər gizlədilməməlidir.
Obyektivlik və normal fəaliyyət varsa, burada qapalı
saxlanılacaq heç bir məqam olmamalıdır.
Qəzənfər Bayramov:
- Əksər dövlət
qurumlarının mətbuat xidmətlərinin rəhbərləri
KİV-ə məlumat ötürməkdən qaçır.
Bu, o demək deyil ki, onlar bu barədə məlumat vermək
istəmirlər, sadəcə olaraq, bu, onların az məlumatlı
olmalarından qaynaqlanır. Çox vaxt jurnalistlər neqativ məsələlərlə
bağlı informasiya almaq istəyirlər. Belə olan halda,
dövlət məmurları mətbuatın suallarından
yayınır. Dövlət-mətbuat münasibətlərində
iki məqamı qeyd etmək lazımdır. KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması da dövlətin mətbuata
yardımının ilkin mərhələsidir. Fond vasitəsilə
ayrı-ayrı mətbuat orqanlarına qrant yardımları
edilir. Ancaq bu yardımın mətbuatın inkişafına dəstək
verdiyini söyləyə bilmərik. Mətbuatın
inkişafı üçün daha səmərəli
üsullar var ki, onlardan istifadə etmək lazımdır.
Dövlətin və ölkə başçısının
təqdirəlayiq addımının düzgün mexanizminin
tapılması üçün fondun üzərinə
böyük məsuliyyət düşür. Bunu daha effektli
bir alətə çevirmək olar.
İsrafil Kərimov:
- Öncə, istərdim ki, icra
hakimiyyəti orqanları ilə mətbuat orqanları
arasındakı münasibətlərə toxunum. Səbail
rayon icra hakimiyyəti 2007-ci ilin yekunlarına görə, Zərdabi
adına Mətbuat Mərkəzinin keçirdiyi “Azad
İnformasiya” müsabiqəsi üzrə icra hakimiyyətləri
nominasiyası üzrə qaliblərdən biri olub. Səbail
RİH mətbuatla əlaqələrini açıq şəkildə
qurub. Keçən ilin 6 ayı ərzində mətbuatda yer
alan 35 tədbirlə bağlı analiz aparmışıq. Məlum
olub ki, icra hakimiyyətinə ünvanlanan bütün
sorğular tam olaraq cavablandırılıb və bu barədə
mətbuata kifayət qədər məlumat verilib. Qeyd edim ki,
verilən suallarla bağlı müvafiq orqanlara müraciət
etməli və dəqiq cavab aldıqdan sonra jurnalistlər həmin
informasiyanı təmsil olunduğu KİV-də
işıqlandırmalıdır. Biz Səbail RİH olaraq mətbuat
işçilərinin qərəzli və dəqiq olmayan məlumatı
yaymasının əleyhinəyik. Yaxşı olardı ki,
jurnalistlər onları maraqlandıran məsələlərlə
bağlı tam dolğun informasiya əldə etdikdən sonra
onları mətbuat orqanında çap etsinlər.
Kübra ƏLİYARLI,
Sevinc NƏZƏROVA
Səs.- 2009.- 1 oktyabr.- S. 8-9.