Nəriman HəsənzadəninNuru Paşapoeması Ankarada nəşr olunub

 

 Xalq şairi Nəriman HəsənzadəninNuru Paşapoeması Ankarada nəşr olunanEdebiyyat, kültür ve sanatjurnalı çap olunmuşdur. Poemanı türkcəyə tanınmış türk şairi İsmət Bora Binatlı çevirmişdir.

Poema məşhur türk sərkərdəsi Nuru Paşanın 1918-ci ilin iyulunda Azərbaycanı rus-bolşevik-daşnak birləşmələrinin təcavüzündən qorumaq üçün Gəncədə, Bakıda digər bölgələrdəki döyüşlərdə göstərdiyi igidliklərinə həsr olunmuşdur. Şair tarixi sənədlərdə, arxiv materiallarında əksini tapan faktlara əsasən, onun rəhbərlik etdiyi islam ordusunun böyük rəşadət göstərdiyini canlandırmışdır.

Türkiyəyə qayıtdıqdan sonra Nuru Paşa yazırdı: “Qardaş Azərbaycanın mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olsa, ona da hazırıq”.Türkiyədə böyük maraqla qarşılanmış poema yaxın günlərdə ölkənin digər jurnallarında da nəşr olunacaq. Bunu İsmət Bora Nəriman Həsənzadəyə yazdığı məktubunda bildirib.

 

 

Zümrüd

 

Səs.- 2009.- 1 oktyabr.- S. 13.