Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş Beynəlxalq İbn Ərəbi Simpoziumu

 

Şərq Qərbin ortaq mənəvi dəyərlərini, elmi-mədəni əlaqələrini birləşdirən körpü

 

XX əsrin görkəmli şərqşünas alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilənŞərq Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələrmövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumu keçirildi. Milli Elmlər Akademiyasının Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən simpoziumda dünyanın humanitar ictimai elmlər sahəsində aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc Vaşinqton Boston universitetlərinin, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar İnstitutunun, eləcə Fransa, İspaniya, Misir, Böyük Britaniya, Türkiyə, İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan başqa ölkələrin tanınmış alimləri, elmi ictimaiyyətin nümayəndələri, habelə, Azərbaycanın dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.

 Elmi tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, alimin qızı Mehriban Əliyeva iştirak edirdi.

Simpoziumu giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tədbirin mədəniyyətlərarası dialoqun davamı kimi qiymətləndirib, bu dialoqun görkəmli şərqşünas alim, gözəl insan pedaqoq Aida İmanquliyevanın elmi yaradıcılığının əsas mahiyyətini daha mükəmməl öyrənməsinə xidmət etdiyini göstərir. Simpoziumun professor Aida xanımın 70 illik yubileyinə həsr olunmasında da dərin rəmzi məna vardır. Azərbaycan Şərqlə Qərbin qovuşduğu məkanda yerləşdiyinə görə həm Qərbi, həm Şərqi qavramaq üçün nadir imkanlar verir. Azərbaycanın ictimai həyatı mədəniyyəti həm Şərqin, həm Qərbin mütərəqqi ideya dəyərlərini özündə yaşadır.

Geniş şəkildə təşkil olunmuş elmi simpozium öz işini  Dövlət Akademik Opera Balet Teatrında dünya şöhrətli bəstəkar Üzeyir HacıbəylininLeyli Məcnunoperası ilə davam etdirdi.

Tamaşanın dirijoru, əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rəssamı, xalq rəssamı Hafiz İsmayılov, quruluşçu rejissoru isə əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşada əsas rolları Leyli rolunu xalq artisti Aygün Bayramova, Məcnun rolunu xalq artisti Mənsum İbrahimov ifa edirdilər.

Ölməz sənətkar Üzeyir Hacibəylinin böyük ustalıqla yaratdığı opera iştirakçılar tərəfindən alqışlandı.

Beynəlxalq elmi simpozium “ÜNS” teatrında görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş konsertlə davam etdirildi. Xatirə konserti orijinal notlar üzərində köklənmişdi. Gecədə Aida xanımın qızı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak edirdi. Məcnun Kərimovun rəhbərliyi altında qədim musiqi alətləri ansamblının ifasındaNaxışbəstəəsəri səsləndi. Sonra tamaşaçılara Bəyimxanım Mirzəyeva Elnur Zeynalovun ifasında Üzeyir HacıbəylininLeyli Məcnunoperasından təsirli görüş səhnəsi təqdim olundu.

Konsertin böyük hissəsi Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçdi. Udçalan Mircavad Cəfərovun ifasında Fikrət ƏmirovunMən səni ararammahnısı səsləndirildi. Konsertin proqramına xalq mahnısıSarı gəlin”, Vasif AdıgözəlovunQərənfilmahnısı, tarzən Rüfət Həsənovun ifasında Nazim RzayevinÇahargah rapsodiyası”, kamançaçalan Elşən Mansurovun ifasında Süleyman ƏləsgərovunTarantellaəsəri, Səid RüstəmovunHardasanmahnısı da daxil edilmişdi.

Samir Cəfərov Nurlanə Abbaszadənin ifasında Səid Rüstəmovunİntizarmahnısı simpozium iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Sonra Samir Cəfərov tamaşaçılara Üzeyir HacıbəylininSevgili cananromansını təqdim etdi. Ənvər Sadıqov akkardeonda Emin Sabitoğlunun əsərini, “Natiqritm qrupu isəNaxışlarkompozisiyasını ifa etdilər.

KonsertUzundərərəqsinin Rəqs çələnginin ifası ilə başa çatdı. Konsert Aida xanım İmanquliyevanın bir-birini əvəzləyən fotoşəkilləri, habelə, zövqlə seçilmiş Şərq miniatürləri fonunda davam etdirildi.

 

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2009.- 13 oktyabr.- S. 3.