Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılığının izi iləadlı kitab işıq üzü görüb

 

380 səhifəlik olan bu kitabda Şərq-Qərb düşüncə tərzi, sivilizasiyaların dialoqu, ədəbi əlaqələr romantik poeziya problemləri geniş şərh edilib

 

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılığının izi iləkitabının təqdimat mərasimi keçirildi.

Görkəmli şərqşünas alim Aida xanım İnamquliyevanın 70 illik yubileyinə ithaf edilmiş bu kitab Şərq-Qərb- Tədqiqat Mərkəzi tərəfindən buraxılıb.

Təqdimat mərasimində Moskva Dövlət Universiteti Bakı filialının rektoru, kitabın elmi redaktoru, alimin qızı professor Nərgiz Paşayeva çıxış edərək bildirmişdir ki, bu əsər XX əsrin görkəmli şərqşünas alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuşdur. Burada Aida xanım tərəfindən Azərbaycan oxucularına təqdim olunmuş Şərqi Qərbi təmsil edən romantik şairlərin: Şərqdə C.X.Cübran, Ə.ər-Reyhani M.Nüaymənin, Qərbdə isə U.Bleyk, C.Bayron, R.Emerson U.Uitmenin ideya dünyası işıqlandırılır, onların poetik yaradıcılığında tərənnüm olunan hər iki qütb arasındakı vəhdət ideyası hərtərəfli şəkildə şərh edilir. Aida xanımın tədqiq etdiyi Cübran Xəlil Cübran, Əmin ər-Reyhani Mixail Nüaymənin əsərləri indiyədək Azərbaycan oxucularına geniş şəkildə təqdim olunmamışdır. Bu səbəbdən , həmin ədiblərin bir sıra əsərləri ilk dəfə dilimizə tərcümə olunaraq kitabda işıq üzü görmüşdür. Adı çəkilən ərəb şair yazıçılarının, habelə, Aida xanımın əsərlərində onlarla müqayisəli şəkildə təqdim olunan Qərb romantik poeziyası nümayəndələrinin yaradıcılığından bəzi fraqmentlər geniş oxucu kütləsinin ixtiyarına verilir.

Tədbirdə çıxış edənlər Səlahəddin Xəlilov rusiyalı akademik Aleksandr Kudelin bildirmişlər ki, nəfis tərtibatda çap edilmiş, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 380 səhifəlik bu kitabda Şərq-Qərb düşüncə tərzi, sivilizasiyaların dialoqu, ədəbi əlaqələr romantik poeziya problemləri geniş şərh edilib.

Tədbirdə Nərgiz Paşayevanın məsul redaktor olduğu ön söz yazdığı Cübran Xəlil CübranınSükutun poeziyasıkitabı Səlahəddin Xəlilovun Türkiyədə Rusiyada işıq üzü görmüş elmi əsərləri iştirakçılara təqdim edildi.

 

 

ZÜMRÜD

 

Səs.- 2009.- 13 oktyabr.- S. 3.