Prezident İlham Əliyev
xalqın etimadını
qazanan liderdir
Məlum olduğu kimi,
15 oktyabr 2008-ci ildə cənab İlham Əliyev xalqın
böyük etimadını qazanaraq, yenidən ölkə
Prezidenti seçildi. Bu, xalqın ulu öndər Heydər Əliyev
ideyalarına sadiqliyinin bariz nümunəsidir. Prezident İlham
Əliyevin uğurlu siyasəti nəticəsində neft
sektorunda, eləcə də sənayenin digər sahələrində
uğurlar əldə edilmişdir.
Bununla yanaşı,
qeyri-neft sektoruna da ölkə rəhbərliyinin diqqət və
qayğısı nəticəsində bu sahədə də
nailiyyətlər əldə edilib. Ölkə
başçısı İlham Əliyevin uğurlu xarici siyasəti
nəticəsində Azərbaycan beynəlxalq aləmdə
böyük nüfuz sahibinə çevrilib və
respublikamız regionun lider ölkəsinə çevrilib. Bu
mövzu ilə bağlı
fikirlərini öyrəndiyimiz ölkə siyasiləri də
Prezident İlham Əliyevin ötən 1 il ərzində həyata
keçirdiyi yeni uğurlu daxili və xarici siyasətindən
bəhs etdilər.
Millət vəkili Vahid Əhmədov: “Daxili siyasətə
nəzər salsaq, şahidi olarıq ki, Azərbaycan maliyyə
sahəsində müvəffəqiyyətlər qazanıb”.
-2009-cu ilə nəzər
salsaq görərək ki, ölkə başçısı
cənab İlham Əliyevin səyi nəticəsində
respublikamız istər daxili, istərsə də xarici siyasətdə
uğurlar əldə edib. Daxili siyasətə nəzər
salsaq, şahidi olarıq ki, Azərbaycan maliyyə sahəsində
müvəffəqiyyətlər qazanıb. Belə ki, ölkəmiz
beynəlxalq maliyyə böhranından az itki ilə
çıxan bir ölkədir. Dövlət
başçısı 1 il ərzində, əsasən, sosial
sahəyə daha çox diqqət yetirib. Ötən il ərzində
ÜDM-in artımına nail olunub. Ümumiyyətlə, Azərbaycanda
iqtisadiyyat sahəsində uğurlu işlər
görülüb və bu proses bu gün də davam etməkdədir.
740 mindən artıq yeni iş yerləri yaradılıb. Əhalinin
ərzaq təminatı sahəsində də işlər
görülüb ki, bu da son bir il ərzində aparılan
uğurlu siyasətin nəticəsidir. Xarici siyasət sahəsində
əldə edilən uğurlar ondan ibarətdi ki, Azərbaycan
dövləti hər zaman balanslaşdırılmış
siyasət həyata keçirir.
YAP Siyasi Şurasının üzvü,
iqtisadçı-ekspert Aydın Hüseynov: “Cənab İlham Əliyev
2003 və 2008-ci illərdə xalqın dəstəyi ilə
ölkə prezidenti seçildi. Çünki xalqımız
Prezident İlham Əliyev cənablarına inanır”.
- Müstəqil Azərbaycanın
qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli
davamçısı, Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasəti nəticəsində yenicə
müstəqillik əldə etmiş Azərbaycan Respublikası
regionun lider ölkəsinə çevrilib. Bu, bir daha onu
göstərir ki, ölkə Prezidenti düzgün xarici siyasət,
o cümlədən, məqsədyönlü iqtisadi siyasət
həyata keçirir. Azərbaycanda iqtisadi inkişaf
strategiyasının əsasını qoyan ümumilli liderimiz
iqtisadi islahatlar həyata keçirdi ki, bu islahatlar bu gün də
uğurla həyata keçirilməkdədir. Bundan belə,
respublikamızda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru
da inkişaf etdirilməkdədir. Belə ki, regionların
sosial-iqtisadi inkişafı, yoxsulluğun aradan qaldırılması
istiqamətində qəbul edilən dövlət
proqramlarının uğurlu icrası bir daha onu göstərir
ki, Prezident İlham Əliyev elmə əsaslanan, ölkə vətəndaşlarının
sosial müdafiəsinə yönələn iqtisadi siyasət
həyata keçirir. Məhz bütün bunların nəticəsidir
ki, ulu öndərin layiqli davamçısı Cənab
İlham Əliyev 2003 və 2008-ci illərdə xalqın dəstəyi
ilə ölkə Prezidenti seçildi. Çünki
xalqımız Heydər Əliyev siyasətinə, Onun
davamçısı Prezident İlham Əliyev cənablarına
inanır. Azərbaycanın iqtisadi inkişafı ulu öndərimizin
və ölkə başçısı İlham Əliyevin
adı ilə bağlıdır.
YAP Siyasi Şurasının üzvü, professor Vilayət
Əliyev: “İlham Əliyev Heydər Əliyev
ideyalarını uğurla həyata keçirir”
- Fəxr edirik ki, Azərbaycanın
İlham Əliyev kimi layiqli Prezidenti var. Dünyada xüsusi
nüfuzu olan ölkəmizin həqiqətlərini beynəlxalq
ictimaiyyətə çatdıran, Azərbaycanın daxili və
xarici siyasətini uğurla həyata keçirən, ölkəmizdə
quruculuq-abadlıq işlərinin aparılmasında, təhsil,
səhiyyə, mədəniyyət ocaqlarının yenidən
qurulmasında cənab İlham Əliyevin misilsiz xidmətləri
var. Bu gün siyasi aləmdə
Onun kimi siyasətçi tapmaq çətindir. Çünki
İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi məktəbinin
layiqli davamçısıdır. O, ulu öndər Heydər Əliyev
ideyalarını uğurla həyata keçirir. Bütün
bunların nəticəsidir ki, Azərbaycan
günü-gündən inkişaf edir, çiçəklənir
və dünyada söz sahibinə çevrilib. Mən bir daha
bütün bunlara görə, cənab İlham Əliyevə
minnətdarlığımı bildirirəm və Ona işlərində
uğurlar arzulayıram.
“Yurddaş”
partiyasının sədri Mais Səfərli: “Möhkəm təməllər
üzərində qurulan respublikamızı inkişaf etdirən
Prezident İlham Əliyev uğurlu siyasət həyata
keçirir”.
- Cənab Prezidentimiz İlham Əliyev regionun liderinə çevrilib. Ölkəmiz MDB məkanında ən qabaqcıl ölkələr sırasındadır. Bütün bunlar hamısı, təbii ki, İlham Əliyevin rolu nəticəsində baş verib. Bütün bu uğurlu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Möhkəm təməllər üzərində qurulan respublikamızı inkişaf etdirən Prezident İlham Əliyev bu uğurlu siyasəti davam etdirir.
Məlumdur ki, bu il bütün dünya dövlətləri üçün gərgin il olub. Dünya ölkələri maliyyə böhranı ilə üzləşib. Bu böhran özünü iqtisadiyyatın bütün sahələrində göstərmişdir. Amma bu böhranın ağır nəticələrini biz öz həyatımızda duymuruq. Çünki Azərbaycan Prezidenti İlham Əliyev böhranın aradan qaldırılması üçün önləyici tədbirlər həyata keçirib.
Mən cənab Prezidenti bu gün münasibəti ilə təbrik edirəm və o cümlədən, xalqımızı da təbrik edirəm ki, bizim xalqına bağlı olan, millətini sevən Prezidentimiz var.
Vəhdət partiyasının sədri Tahir Kərimli: “Cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində tezliklə ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq”
-Mən, əvvəla, Prezident İlham Əliyevi bugünkü gün münasibəti ilə təbrik edirəm. Ölkə ictimaiyyəti kimi Vəhdət partiyası olaraq hər zaman cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyirik. Ölkə başçısı alternativi olmayan liderdir. Bunu həm ölkə vətəndaşları, həm də dünya ictimaiyyəti qeyd edir. Azərbaycanın ÜDM-si 50 mlrd. dollara yaxınlaşır. Paytaxtda, eləcə də regionlarda quruculuq-abadlıq işləri həyata keçirilir. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkə başçısı ciddi işlər görür. Cənab İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi son müsahibəsində bu məsələyə toxunaraq, qeyd etdi ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Bu, bizdə bir daha inamı artırdı. Mən düşünürəm ki, Cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində bu münaqişə də tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.
CAHİD SÜLEYMANOV,
ANAR MƏCİDZADƏ
Səs.- 2009.- 16 oktyabr.- S. 9.