Milli müstəqilliyimizin
18-ci ildönümüdür
Elman Nəsirov:
“Sovet İttifaqının
güclü olacağı
tədqirdə, heç
şübhəsiz ki,
müstəqillik ideyasının
reallaşması üçün
münbit şərait
olmazdı”
Məlum olduğu kimi,
18 oktyabr Azərbaycan milli müstəqilliyinin qəbul olunmasının
18-ci ildönümü tamam olur. Şübhəsiz ki, ölkəmizin
inkişafında, milli müstəqilliyimizin qorunmasında ulu
öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Milli müstəqillik tariximizin
keçdiyi bu yolu siz necə qiymətləndirirsiniz? Bu
mövzu ilə bağlı politoloq Elman Nəsirova müraciət
etdik.
- Hər bir xalqın tarixində müstəqillik
günü əvəzedilməz
bir gündür. Məhz müstəqillik günü həm ölkənin, həm də xalqın gələcək tarixi üçün başlanğıc
nöqtəsi idi. Bu, nöqteyi-nəzərdən
də, 18 oktyabr tarixi Azərbaycan dövlətçiliyi üçün
əhəmiyyətli günlərdən
biridir və bu baxımdan da, hesab edirəm
ki, sovet imperiyasında gedən proseslər, sovet dövlətinin özünün
dağılması labüd
idi. Əslində, Azərbaycan yeni bir dövlət yaratmırdı, sadəcə olaraq, 1918-ci ildə yaradılmış
Azərbaycan dövlətçiliyi
bərpa olunurdu. Bu baxımdan, bu proseslərə qiymət verərkən, mütləq
nəzərə almaq
lazımdır ki, müstəqilliyə aparan
yol, ilk növbədə, sovet dövlətində baş
verən sırf iqtisadi, siyasi, sosial proseslərin məntiqi davamı, məntiqi nəticəsi idi. Sovet İttifaqının güclü
olacağı tədqirdə,
heç şübhəsiz
ki, müstəqillik ideyasının reallaşması
üçün münbit
şərait olmazdı.
Ancaq Sovet İttifaqının dağılması
prosesi artıq labüdləşmişdi. Təkcə Amerika
ekspertlərinin hesablamalarına
görə, Sovet İttifaqı hərbi xərclərinə büdcədən
50 faiz ayırırdı.
Təbii ki, ABŞ-la yarışa və mübarizəyə
Sovet İttifaqı davam gətirə bilməzdi. 1991-ci ildə onun dağılması labüd idi və bu, reallaşdı.
Ondan sonra Sovet İttifaqı tərkibində olan bir çox xalqlar kimi, Azərbaycan da öz müstəqilliyini
qazandı. Lakin ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, müstəqillik qazanmaq işin başlıca cəhət olsa da, əsas məsələ həmin müstəqilliyi qoruyub saxlamaqdan ibarətdir. Çünki müstəqilliyin
əldə edilməsi,
hələ o demək deyildir
ki, o, davamlı
olaraq qalacaqdır. Ona görə ki, müstəqillik əldə edildikdən sonra bəzi qüvvələr baş qaldırır və yenidən əvvəlki vəziyyətə qayıtmaq
istəyən qüvvələr
fəallaşırlar. Eyni
zamanda, biz Azərbaycanda da bunun şahidi olduq. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişinə cəhd
hadisələri bunun əyani sübutudur. Bu, nöqteyi-nəzərdən,
hesab edirəm ki, bütövlükdə,
18 oktyabr hadisəsi sovet məkanında baş verən geosiyasi proseslərin məntiqi nəticəsi idi və bu
proseslərdən Azərbaycan
xalqı səmərəli
şəkildə istifadə
etdi və öz müstəqilliyini elan edə bildi.
Bütün bunlardan sonra,
Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi və daha da
yaxşı gücləndirilməsi
artıq ümümmilli
liderimiz Heydər Əliyevin adı ilə bağlıdır və ondan sonrakı
dövrdə həm iqtisadi, həm siyasi və həm də digər sahələr üzrə Azərbaycan regionda böyük gücə və potensiala malik dövlətə çevrildi. Bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən
həyata keçirilməkdədir.
Gülyanə AĞAKƏRİMOVA
Səs.- 2009.- 16 oktyabr.- S. 9.