MDB gənclərinin 1-ci musiqi akademiyası
Xəbər verdiyimiz kimi, Minskdə Yuri Başmetin Beynəlxalq Festivalı keçirilmişdir. Festival
çərçivəsində MDB gənclərinin 1-ci musiqi
akademiyası da təşkil olunmuşdur.
Tədbir gənclərin
ustad dərsləri keçməsi və onların kamera orkestri tərkibində öz ifalarını təqdim etməsi məqsədi daşımışdır.
Gənclər üçün fərəhli hal ondan ibarət olmuşdur ki, onlara Yuri Başmet
(alt), Vitali Astaxov
(alt), Aleksandr Buzlov
(violonçel), Vasili Lobanov
(fortepiano), Dimut Poppen
(alt), Sergey Roldugin
(violonçel), Viktor Tretyakov
(skripka), Aleksandr Trostyanski
(skripka), Kristofer Elton
(fortepiano), Natalya Qutman
(violonçel) kimi görkəmli musiqiçilər
ustad dərsləri
keçmişlər. Festivalda
ölkəmizi təmsil
edən və “akademiklərə” ustad dərslərini əməkdar
artist Murad Adıgözəlzadə keçmişdir.
Festivalda akademiyada Azərbaycan musiqiçiləri
Toğrul Hüseynli və Anar Seyidovun
çıxışları böyük maraqla qarşılanmışdır. Yuri Başmetin idarəsi ilə solo ifa isə
A.Seyidova həvalə
edilib.
Zümrüd
Səs.- 2009.- 16 oktyabr.- S. 12.