“Erməni terroru: faktlar və sənədlər”
“Səs” qəzeti Azərbaycan
Respublikası Prezidenti yanında KİV-lərin
İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə
alınan layihəyə əsasən bu mövzuda dəyirmi
masa keçirib
(əvvəli ötən
sayımızda)
Dünən “Səs” qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə alınan layihəyə əsasən, “Erməni terroru: faktlar və sənədlər” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masaya ekspert kimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, tarix elmləri namizədi, dosent Elman Nəsirov dəvət edilmişdir. Müzakirələrdə “Səs” İnformasiya Agentliyinin, “Olaylar”, “Ekspress”, “Azad Azərbaycan”, “İki sahil”, “Yeni Azərbaycan” qəzetlərinin əməkdaşları iştirak ediblər.
BEYNƏLXALQ TERRORİZMƏ
DÜNYADA İKİLİ YANAŞMA PRİNSİPİ
MÖVCUDDUR
Elman Nəsirov:
- Son illərdə erməni terorçularının törətdikləri terror aksiyalarının nəticəsi olaraq, minlərlə azərbaycanlı qətlə yetirilmişdir. 1994-cü ilin mart ayının 19-da “20 Yanvar” metrostansiyasında, daha sonra “28 May” və “Gənclik” metrostansiyaları arasındakı hadisə, Bakı-Moskva qatarındakı terror aktı və s. törədilən qətllərdə kifayət qədər insan onların qurbanına çevrildilər. 1992-ci il 26 fevral tarixində Xocalıda baş verən hadisə soyqırım kimi qiymətləndirilir. Bu, birbaşa erməni terrorizminin əlamətidir. Nəticə etibarilə hadisə Azərbaycan torpaqlarının ələ keçirilməsi məqsədini daşıyır. Onlar buna nail ola biliblər. Çox təəssüflər olsun ki, beynəlxalq terrorizmə dünyada hələ də ikili yanaşma prinsipi mövcuddur. Belə ki, terrorçuya bəzi hallarda yaxşı, digər məqamlarda isə pis terrorçu deyirlər. Bununla bağlı, BMT-nin 12 konvensiyası var. Bu konvensiyalarda da beynəlxalq terrorizm dəqiq bir şəkildə öz əksini tapa bilməmişdir. Bu məqamda da çoxsaylı suallar doğurur və ziddiyyətli yanaşmalar özünü göstərir.
“Səs” qəzetinin əməkdaşı:
- Elman müəllim, 1921-ci ildən 1988-ci ilə qədər Ermənistanda Azərbaycana məxsus olan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi faktı açıq-aydın bəllidir. Bu erməni siyasətinin yürütdüyü əsas ana xəttdir ki, uzun illərdir onlar, məhz “böyük Ermənistan” xülyasına düşərək, tarixən Azərbaycana məxsus olan ərazilərin adını dəyişib, erməni mənşəli toponimlərlə əvəzlənmişlər. Bu siyasət ermənilərin qərəzli və düşünülmüş addımları kimi izah edilir.
ŞAH İSMAYIL XƏTAİNİN
VƏZİRİ RƏVANQULU XAN İRƏVANIN ƏSASINI QOYUB
Elman
Nəsirov:
- Təbii
ki, bu, tarixi bir faktdır. İlk dəfə olaraq, 1828-ci ildə
200 ailə Mağaradan Dağlıq Qarabağa
köçürülmüşdür. Bir müddət
Mağaranın adı dəyişilməmiş, sonralar isə
həmin əraziyə saxtalaşdırılmış şəkildə
Səs İnformasiya Agentliyini əməkdaşı:
- Tarixi mənbələrdə Ermənistan dövlətinin adına rast gəlinmir. Çox təəssüf ki, onun yaranmasında, təşəkkül tapmasında Rusiyanın tarixi xidmətləri olmuşdur. Bu “xeyrxahlığ”ın arxasında nə dayanırdı?
I PYOTRUN VƏSİYYƏTİNƏ
ƏSASƏN, QARA DƏNİZƏ, BOSFOR VƏ DARDANELL
BOĞAZLARINA, HİND OKEANINA ÇIXMAQ QARŞIDA DAYANAN ƏSAS
PLAN İDİ
Elman Nəsirov:
- Bəli, bu fikir tarixi mənbələrdə faktlar əsasında bizlərə təqdim edilir. Birinci Nikolay 1825-1855-ci illərdə hakimiyyətdə olduğu dövrdə onun xidməti olaraq, 1828-ci ilin mart ayının 21-də erməni vilayətinin yaradılması ilə bağlı qərar qəbul etmişdir. Erməni vilayətinə o zaman İrəvanı, Naxçıvanı, eyni zamanda, Ordubad dairəsini əlavə edirlər. Üç ərazi daxil olmaqla erməni vilayəti yaradılır. 1841-ci ildə artıq bu qərar ləvğ olunur və əvəzində İrəvan qubernatorluğu yaradılır. Qeyd etdiyim vilayət daxilindəki ərazilərdə qubernatorluğun tərkibinə daxil edilir. Beləliklə, sünü bir şəkildə Azərbaycan ərazilərinin hesabına belə dövlətin yardılmasına nail olurlar. Əslində, tarixi mənbələrdə belə dövlətçiliyi olan dövlətin adına təsadüf olunmur. Ən çox bu işdə ximəti olan I Pyotr olmuşdur. I Pyotrun məşhur olan vəsiyyətində qeyd olunur ki, Qara dənizə, Bosfor və Dardanell boğazlarına, Hind okeanına çıxmaq əsas qarşıda dayanan plan idi. Təbii ki, belə planların həyata keçirilməsi üçün vasitəçinin olması əsasdır. Ermənilər də bu planın həyata keçirilməsi üçün çox əlverişli bir vasitəyə çevriliblər. 1914-cü ilin oktyabr ayında Rusiya Türkiyəyə müharibə elan edir. Türkiyə ordusunda xidmət edən erməniləri Rusiya öz tərəfinə çəkir və bu qüvvədən Türkiyəyə qarşı istifadə edirdilər. Bu illərdə köçürmə siyasətini həyata keçirdilər. Ermənilər Dağlıq Qarabağa yerləşdirilirdi. Bunlar tarixi faktlardır. Erməni xisləti elədir ki, baş verən olayların hər birinə siyasi don geyindirməyə cəhd edir.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı:
- Bizim - türk xalqının tarixi kökü var və tarixi kökü bəlli olan xalqın, millətin dayanağı daha möhkəm olur. Amma tarixi çox da dərin olmayan və yaxın əsrləri əhatə edən Ermənistanın Azərbaycana, türk dünyasına qarşı belə terror aksiyaları ilə çıxış etməsinə səbəb nədir?
ERMƏNİYƏ
ÖZÜNÜN SİLAHI İLƏ CAVAB VERMƏK LAZIMDIR
Elman Nəsirov:
- Azərbaycan tarixin müxtəlif illərində, daha konkret desək, son bir əsrdə dörd dəfə ermənilər tərəfindən siyasi hədəfə götürülmüşdür. Biz terror aksiyalarının qurbanına çevrildiyimiz və tarixin 1918-ci ildə baş verən olaylarından nəticə çıxarıb, sonrakı illərdə ermənilərlə münasibətlərimizdə heç bir ölçü qoymamağımız halda, məhz növbəti hadisələrin törənməsi faktı ilə üz-üzə qaldıq. Azərbaycanlıların sadəlövhlüyü onların siyasi manevr etməsinə gətirib çıxarmışdır. Qeyd edim ki, çox hallarda böyük dövlətlər bizi özümüzə qarşı çevirməkdə mahircəsinə çıxış edirlər. Tarixdə məşhur olan Çaldıran döyüşü Qərb dövlətlərinin bir oyunu idi ki, iki nəhəng türk sərkərdəsini bir-birinə qarşı qoyub, dövləti zəiflətmək siyasəti daşıyırdı. Bu müharibədən sonra Avropa dövlətləri daha geniş manevr etməyə və türk dövlətlərini bir-birilərinə qarşı qoymaq cəhdini həyata keçirdilər. Bu gün də bu tendensiya mövcuddur. Bu gün mövcud durumla - Ermənistanla Türkiyə arasında imzalanan protokoldan sonra belə fikirlər səsləndirilir ki, türk iş adamlarını, eləcə də, tələbələrini Azərbaycandan kənarlaşdırmaq lazımdır. Görün, bu, nə qədər bəsit bir yanaşmadır. Bu, fikrin özü sıx erməni maraqlarına xidmət edir. Bu cür hallara qapılıb növbəti zərbəni almamaq üçün dərindən düşünüb, hadisələri təhlil etmək lazımdır. Hər zaman ayıq olub, erməniyə elə özünün silahı ilə cavab vermək lazımdır. İstifadə etdiyi metodları özlərinə çevirmək daha məqsədəuyğundur.
“Səs” qəzetinin əməkdaşı:
- 1847-ci ildə ermənilərin xaricdən Azərbaycana köçürülmə siyasəti zamanı SSRİ Nazirlər Sovetinin qərarına əsasən, Ermənistandan da azərbaycanlıların Kür-Araz ərazisinə köçürülmə prosesi gedirdi. Maraqlı bir məqamdır ki, nəyə görə, azərbaycanlılar Dağlıq Qarabağ ərazisinə yerləşdirilməmişdir. Statistik məlumatlara əsasən, 185 ailə Xanlar rayonuna köçürülmüşdür. Bu vəziyyəti necə izah etmək olar?
Elman
Nəsirov:
- Bu, əsasən, sovet dönəmində mərkəzin yürütdüyü siyasət nəticəsində idi. Moskvada çox böyük imkanlara malik olan ermənilərin təzyiqi ilə bu köçürmə siyasəti baş tutdu. Elə son hadisələrə diqqət yetirək. 1988-ci ildə Ermənistandan 200 minə yaxın qaçqın məcburi surətdə Azərbaycan gəldi. Həmin qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsi daha münasib olardı. Yenə də Moskvanın dəsti-xətti burada özünü göstərir. Eləcə də, Azərbaycanda hakimiyyətdə olan Ə.Vəzirovun buna “canfəşanlığı” bu sayda insanların Bakıda cəmləşməsinə səbəb oldu. Uzun illər kənd həyatında yaşayan və təsərrüfatla məşğul olan insanların Bakı ərazisində yerləşdirilməsi heç də əsaslı deyildi. Bu köçürülmələr hamısı məqsədli və planlı şəkildə aparılmışdır. Onu da etiraf edək ki, mövcud hadisələrdən nəticə çıxarmaq bizə dərs olmalıdır. Hafiz Paşayevin məlum olan “Bir səfirin manifesti” kitabında yazır ki, 907-ci maddənin ləğvi ilə bağlı biz konqresmenlərə yanaşır, bütün olayları təfsilatı ilə onlara başa salırıq. Nəticədə bizə cavab olur ki, biz bu maddənin ləğvinə səs verəcəyik. Amma qarşımıza şərt qoyulur. Qeyd olunur ki, qarşıdan seçkilər gəlir və sizin Azərbaycan icmanız, bütövlükdə, mənim seçki kampaniyamda səs versinlər. İkincisi isə, mənim seçki kampaniyama maliyyə dəstəyi lazımdır. Bu şərtlərin həyata keçirilməsi üçün dediklərimə əməl edin və mən sizin istəklərinizlə razılaşıb deputatınız olaram. Hafiz Paşayev yazır ki, belə bir vəziyyətdə biz iş adamlarına yanaşırıq və təəssüflər olsun ki, kimsə bu işə pul qoymamaq üçün müəyyən bəhanələr gətirir. Məsələlərin həllində bir olmalıyıq.
“Ekspress” qəzetinin əməkdaşı:
- Bildiyimiz kimi, 20-ci əsrdə erməni terrorunun ən böyük qurbanlarından biri də məhz Türkiyə türkləri olmuşdur. Bu günlərdə isə illərdir aralarında heç bir əlaqə olmayan Türkiyə ilə Ermənistan dövlətləri arasında münasibətlərin normallaşdırılması sahəsində əməli addımlar atılmaqdadır. Sizcə, bu məsələnin reallaşması nə dərəcədə mümkündür?
TÜRKİYƏ TƏRƏFİNDƏN
HƏR BİR ŞEY HAZIRDIR VƏ ERMƏNİSTAN
VERDİYİ SÖZƏ ƏMƏL ETMƏLİDİR
Elman Nəsirov:
- Türkiyə-Ermənistan yanaşmasına gəlincə, deyim ki, Türkiyənin tarixində ermənilərin onlara qarşı törətdikləri terror aksiyaları da danılmazdır. Amma Ermənistanla Türkiyə arasında imzalanan son rəsmi səndələrin imzalanmasına münasibətdə isə deyim ki, mən bu hadisələrdən nikbinəm. Bu mənada ki, artıq protokollar imzalanmışdır. Bu imzalanma prosesi məni təəccübləndirmədi. Bu baxımdan ki, 2005-ci ildə Türkiyənin Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub. Onun adına Qırmızı kitab, Məxfi kitab və s. deyilir. 300 səhifədən ibarət olan bu konsepsiya çox kəskin debatlardan sonra 25 səhifədə öz əksini tapıb. Türkiyə Cinayət Məcəlləsinin 132-138, 229-cu maddələrinə görə, belə sənədlərdən fraqmentlərin verilməsi, mətbuatda çapı qadağandır. Bu cür hərəkətə yol verənlər cinayət məcəlləsinə cəlb olunurlar. Bu sənədi hərbi və mülki şəxslər hazırlamışlar. Həmin sənəddə, ilk dəfə olaraq, 2005-ci ilin oktyabr ayının 24-də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər öz əksini tapıb. 2005-ci ildə Ermənistanla bu münasibətlərin normallaşdırılması ilə bağlı müraciət olunmuşdur. Lakin heç bir cavab əldə olunmamışdır. 2007-ci ildən gizli danışıqlar aparılırdı və həmin danışıqların məntiqi sonluğu sentyabr ayının 6-da Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri, avqustun 31-də məlum olan daxili siyasi məsələ ilə bağlı qərarın qəbulu, oktyabr ayında isə sənədlərin imzalanması ilə nəticələndi. Bu hadisələri ardıcıllıqla izləsək, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı olan sənədin imzalanmasına təəccüblənməməliyik. Amma bir məsələ də var ki, Böyük Millət Məclisində 550 deputat var onun da təqribən 330-340-ya yaxını AKP-nin üzvüdür. Mənə elə gəlir ki, indiki halda bu proseslər iki ssenari üzərində gedə bilər. Ən azından Türkiyə prezidenti, baş naziri və s. bəyanatları fonunda və üstəgəl Təhlükəsizlik Şurasının son iclasının 8 saata qədər davam etməsində belə artıq rəqəm özü danışır. Belə gərgin bir vəziyyətdə mənə elə gəlir ki, mövcud prosesdə birinci versiyaya əsasən, protokollar təsdiqlənməyəcək. Bir müddət keçdikdən sonra yenidən parlamentə sənədin parlamentə təqim edilməsi və onun ratifikasiya edilməsi mümkündür. Bu, Türkiyənin həyatında dəfələrlə olmuşdur. Mən inanmıram ki, Qarabağ məsələsi həll edilməmiş Türkiyə sərhədləri açsın. Nəzərdə tutulmuş rayonların qaytarılmadığı halda, Türkiyə sərhədlərin açılmasına razılıq verə bilməz. Protokolun imzalanması o deməkdir ki, artıq Türkiyə tərəfindən hər bir şey hazırdır və Ermənistan verdiyi sözə əməl etməlidir ki, bu istək baş tuta bilsin. Bütün siyasi sənədlər hazırdır və təsdiqlənmişdir. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Bunu işlətmirlər. Bu, o deməkdir ki, qərarın özünün qəbulu hələ o demək deyildir ki, onun işlək mexanizmi olacaq. İndi növbə Ermənistanındır ki, söz verdiyi məsələlərin həllinə nail olsun. Türkiyə prezidenti Abdullah Gülün Azərbaycan Prezidentinə zəngi və sərhədlərin açılmasının yalnız Ermənistanın vədinin yerinə yetirilməsi nəticəsində reallaşdırılacağını bildirməsi bizdə nikbin əhval-ruhiyə yaradır. Qətiyyən inandırıcı deyil ki, Ermənistan torpaqları qaytarmadan, vəziyyətin daha da kəskinləşdirməsi Türkiyə sərhədlərin açılmasına gətirib çıxarsın.
Nəzakət ƏLƏDDİNQIZI,
Murad İSMAYILZADƏ
Səs.- 2009.- 24 oktyabr.- S. 8-9.