XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış “Erməni terroru: sənədlər və faktlar” layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış “Erməni terroru: sənədlər və faktlar” layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb. 80-ci illərin sonlarından başlayaraq, Ermənistan dövlətinin və nüfuzlu erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatları (keçid- “erməni terror təşkilatları”, “Terrorizmlə mübarizə” bölməsi “erməni terrorizmi alt bölməsi”) Azərbaycana qarşı terror müharibəsinə başlamışlar. Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas tərkib hissələrindən biri kimi qəbul etmişdir.

 

SƏRNİŞİN AVTOBUSLARINDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

 

1. 1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılmış, nəticədə 1 qadın həlak olmuş və 3 nəfər yaralanmışdır.

2. 16 sentyabr 1989-cu il - Tbilisi-Bakı marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

3. 13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanmışdır. Terrorçuları həbs etmək mümkün olmamışdır.

4. 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralanmışlar. (cinayət işi 44/33013). İstintaq zamanı müəyyən edilmişdir ki, terror aksiyasını Xankəndi şəhər sakinləri “Napoleon” ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törətmişlər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azəbaycanlı kəndlisini qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs olunmuş, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edilmişlər. S.Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilmişdir. (1993-99-cu illərdə qondarma “DQR”-in müdafiə naziri olmuşdur, hazırda o, prezident A.Qukasyana qarşı sui-qəsddə təqsirli bilinir).

5. 10 avqust 1990-cı ildə “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar (indiki göygöl) rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF nömrəli avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.

6. 10 avqust 1990-cı il - Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayəti törətmiş erməni terrorçuları Armen Mixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov həbs olunmuş, 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilmiş, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşurutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.

 

 

Ardı var

 

Səs.- 2009.- 24 oktyabr.- S. 11.