XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA
TÖRƏDİLMİŞ TERROR AKTLARI
(Əvvəli
ötən sayımızda)
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış “Erməni terroru: sənədlər və faktlar” layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
7. 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır.
8. 14 mart 1991-ci ildə “Ağdam-Şuşa” marşrutu üzrə hərəkət edən avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
9. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər həlak olmuş, 36 nəfər yaralanmışdır;
- Cəmi Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olmuşdur; Həmin tarixdə ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, iki nəfər Qaradağlı kənd sakininin başını kəsmişlər.
Həlak olanlar: 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar)
Yaralananlar: 132 nəfər
Sərnişin və yük
qatarlarında törədilmiş terror aktları
1. 24 mart 1990-ci ildə “Noraşen-Bakı” yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.
2. 30 may 1991-ci il Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmışdır, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
3. 30 iyun 1991-ci il Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Cinayətkarı müəyyən etmək mümkün olmamışdır.
4. 28 fevral 1993-cü il - Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
5. 2 iyun 1993-cü il - Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdır. Həlak olan və yaralanan olmamışdır. Cinayəti törətmiş Xatkovski İqor Anatolyeviç 1994-ci il iyunun 22-də AR Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir.
6. 1 fevral 1994-cü ildə - Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
7. 9 fevral 1994-cü ildə Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdır.
8. 13 aprel 1994-cü il Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
Həlak olanlar: 47 nəfər
Yaralananlar: 83 nəfər
Hava nəqliyyatında törədilmiş
terror aktları
1. 12 dekabr 1988-ci il tarixində zəlzələdə zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İL-76 təyyarəsi Ermənistanın Spitak rayonunun Quqark şəhərinin yaxınlığında “Stinqer” raketi ilə vurulmuşdur. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalmışdır. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın An-12 təyyarəsini də vurmuşlar.
2. 20 noyabr 1991-ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - AR Milli Məclisin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini, millət vəkili Z.Hacıyev, Dövlət müşaviri, millət vəkili M.Əsədov, Baş Prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q.Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S.İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N.Cinkin, AR Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Tele-Radio Şirkətinin əməkdaşları, A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M.Lukaşov, və podpolkovnik V.Koçarov, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.
3. 28 yanvar 1992-ci il
4. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran, Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarə vurulmuş, 34 nəfər həlak olmuşdur.
Həlak olanlar: 176 nəfər
Ardı var
Səs.- 2009.- 27 oktyabr.- S. 11.