Filarmoniyada Üzeyir Hacıbəyov adına simfonik orkestrin konserti keçirildi

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına simfonik orkestrin konserti keçirildi. Orkestrə Azərbaycanın əməkdar incəsənət xadimi professor Yalçın Adıgözəlov rəhbərlik edirdi. Bu il 50 yaşı tamam olan dirijorun yubiley tədbirləri silsiləsinə daxil olan bu konsert onun atası bəstəkar Vasif AdıgözəlovunMərhələlərsimfonik poemasının ifası ilə başlanılıb.

Vasif Adıgözəlovdan söhbət düşəndə, onun musiqimizdə öz bənzərsiz dəst-xətti ilə seçilən bəstəkar olmasını vurğulayırlar. Vasif Adıgözəlovun təpədən-dırnağa qədər bağlı olduğu Azərbaycan milli musiqisi onun ilham mənbəyi idi. Bəstəkarın hər bir əsəri özünəməxsus orijinal musiqi üslubu, ekspresiya estetikası ilə seçilir. Hələ tələbəlik illərində yazdığı sözügedən konsertdə səslənmiş simfonik poema bu fikri bir daha təsdiq etdi. Vaxtilə Azərbaycan Bəstəkarlarının birinci qurultayında həmin poema ilə debüt etmiş gənc bəstəkar öz yaradıcılığında milli zəminə bağlılığını nümayiş etdirdi. Orkestri bacarıqla idarə edən Yalçın Adıgözəlov bu həqiqəti dinləyicilərə çatdırmağa müvəffəq oldu.

Y.Adıgözəlovun idarə etdiyi Dövlət Simfonik Orkestri Motsartın çoxsaylı konsertlərindən birini - “Re minorəsərini səsləndirdi.

Fortepianoda solo partiyasını ifa edən Azərbaycanın əməkdar artisti Murad Adıgözəlzadə bu alətdən mükəmməl istifadə etmək bacarığı yüksək texnika nümayiş etdirərək Motsartın əsərinin ilk baxışda yüngül təsir bağışlayan bütün incəliklərini dinləyiciyə çatdırdı.

Sergey Raxmaninovun 45 nömrəli Opusu yaSimfonik rəqsləriisə həmin axşam Bakı filarmoniyasına toplanmış klassik musiqi bilicilərinə qeyri-adi təsir bağışladı. Azərbaycanın xalq artisti, haqlı olaraq, həssas musiqiçi kimi tanınan bəstəkar Musa Mirzəyevin fikrincə, orkestri böyük ustalıqla idarə edən Yalçın Adıgözəlov S.Raxmaninovun yaradıcılığının son nümunəsi olan bu mürəkkəb əsərin mahiyyətinə vara bilmişdi. Müəllifin daxili iztirablarını, onun Vətən həsrətini əks etdirən, dinləyicilərin qəlbini riqqətə gətirən musiqi sədaları bu əsərə qeyri-adi tragizm gətirir, sözün hərfi mənasında, insanın qəlbini titrədirdi. Bu əsərlərin Azərbaycan dinləyicilərinin qəlbində güclü əks-səda doğurmasının bir səbəbi ,  onunla bağlıdır ki, onlarda opusun müəllifinə xas olan Şərq motivləri hiss edilirdi.

Maraqlı  konsert proqramı dirijorun orkestri yüksək mədəniyyət emosionallıqla idarə etməsi sayəsində konsert uğurlu oldu dinləyicilərin zövqünü oxşadı.

 

 

Zümrüd

 

Səs.- 2009.- 27 oktyabr.- S. 12.