Hüseyn Cavidin anım günü keçirilib

 

Hüseyn Cavid adına parkda görkəmli şair, dramaturq, filosof Hüseyn Cavidin anadan olmasının 121-ci ildönümü ilə bağlı anım günü keçirilib.

Tədbiri AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli açaraq, böyük şairin ədəbi irsindən, bəşəri ideyalarından danışıb.

Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı artıqCavidlər ayıkimi tanınmış oktyabr ayında Turan Cavidin, Ərtoğrul Cavidin nəhayət, Hüseyn Cavidin doğum günlərinin qeyd olunmasını xalqın bu böyük insanlara ehtiramı kimi qiymətləndirib. G.Babaxanlı şairə olan xalq sevgisindən söhbət açıb, illər keçdikcə Cavidin bizim müasirimizə çevrildiyini bildirib.

Filologiya elmləri doktoru Kamran Əliyev, yazıçı-publisist Salatın Əhmədli, Cavidlər ailəsinin yaxın qohumu Tağı Əhmədov Hüseyn Cavid irsinə tükənməz xalq məhəbbətindən söhbət açıblar. Hüseyn Cavidin səhnə əsərlərinin Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açdığını, milli teatr mədəniyyətinin inkişafına böyük təsir göstərdiyini söyləmişlər. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olanŞeyx Sənanəsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmış Hüseyn Cavidin həmin dövrdə aktual olanhaqq verilmir, alınırideyasının qalib gəldiyini vurğulayıblar.

Çıxış edən natiqlər amansız repressiya qurbanı olan bu ailənin haqqının özünə qaytarılmasında böyük əməyi səyi olan ulu öndər Heydər Əliyevin köməyindən, onun layiqli davamçısı Prezident İlham Əliyevin Cavid irsinin təbliğ olunmasında xidmətlərindən danışıblar.

Sonunda incəsənət ustaları Hüseyn Cavidin sözlərinə bəstələnmiş əsərləri ifa ediblər.

 

 

Zümrüd

 

Səs.- 2009.- 27 oktyabr.- S. 12.