Gənc ifaçı İsfar Sarabskinin solo konserti oldu

 

Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində bu il Beynəlxalq Montrö Caz Festivalında birincilik qazanan azərbaycanlı gənc ifaçı İsfar Sarabskinin solo konserti keçirilib. Bakı Caz Mərkəzində keçirilən konsertdə İsfarla birgə Aleksandr Zinger (zərb) Ruslan Hüseynov (bass) çıxış edib. Eyni zamanda, konsertdə İsfar Sarabski əməkdar artist Natiq Şirinov, DJ Mansurla hazırladığı improvizələri tamaşaçılar qarşısında çıxış edib.

Qeyd edək ki, konsertə girişdə bir sıra problemlər yaranıb. Əvvəlcədən sifariş edilən yerlər tutulub, bu isə konsertə gələn yerli xarici tamaşaçıların ayaq üstə qalmasına səbəb olub.

Konsertdən sonra açıqlama verən İsfar Sarabski, Montrö festivalından, ilk dəfə olaraq, Azərbaycanda konsert verdiyini bildirib: “Tamaşaçıların ifamı bu qədər alqışlamaları səmimi qəbul etmələri məni çox sevindirdi. Bu proqramla Belçika, Böyük Britaniya, İsveçrədə konsertlərlə çıxış edəcəyəm. Bakıda Beynəlxalq Caz Festivalının keçirilməsi isə çox gözəl bir haldır. Çox sevinirəm ki, bu festival çərçivəsində mənim konsertim keçirildi. Öz doğma şəhərimdə çıxış etmək böyük şərəfdir. Bu festival çərçivəsində maraqlı konsertlər hazırlanıb festivalın işində uğurlar arzulayıram”.

Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Caz Festivalı oktyabrın 27-dək davam edəcək. Festivala ABŞ-dan “Richard Bona” “Branford Marsalis” qrupları, Jazzinho (Portuqaliya) Hard Jazz Knights (İsrail) qrupları, həmçinin, Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan Vasumathi Badrinathan (Hindistan) Amir Elsaffar (ABŞ) dəvət olunublar.

 

 

Zümrüd

 

Səs.- 2009.- 27 oktyabr.- S. 12.