9 ayın yekunları Nəsimi rayon icra hakimiyyətində
müzakirə olundu
Dünən Nəsimi rayon icra
Hakimiyyətində 2009-cu ilin 9 ayı ərzində
sosial-iqtisadi inkişafının yekunlarına dair
müşavirə keçirildi. Müşavirəni giriş
sözü ilə Nəsimi rayon icra hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev
açaraq, qeyd etdi ki, bu müddət ərzində ölkə
iqtisadiyyatı öz dinamik inkişafını davam etdirib.
O bildirdi ki, son illər iqtisadi
inkişaf sürətinə görə, dünyada lider olan Azərbaycan
iqtisadiyyatı öz inkişaf tempini qoruyub saxlayıb: “2009-cu
ilin 9 ayı ərzində ölkədə ÜDM-in
artımı 6,1, sənaye istehsalının artımı 5, kənd
təsərrüfatında artım 3, əhalinin pul gəlirləri
8 faiz, əhalinin banklara qoyduğu əmanət 11, rabitədə
10,4, nəqliyyatda 5,4 faiz artıb. Cari ilin 9 ayı ərzində
inflyasiya 2,1 faiz olub, strateji valyuta ehtiyatları ilin əvvəli
ilə müqayisədə 1 mlrd dollar artaraq 19,1 mlrd, səkkiz
ay ərzində xarici ticarət dövriyyəsi 12,4 mlrd, o
cümlədən, ixrac 8,6 mlrd, idxal 3,8 mlrd dollar təşkil
edib, 4,8 milyard dollar həcmində müsbət saldo
yaranıb. 9 ay ərzində orta aylıq əmək haqqı
15,5, əhalinin gəlirləri 9,8, adambaşına düşən
gəlirlər 8,4, pullu xidmətlər isə 12,5 faiz
artıb. Ərzaq məhsullarının tərkibinin
adambaşına enerji miqdarı 24,20 kilokaloriyə
çatdırılıb ki, bu da MDB məkanında ən
yüksək göstəricilərdən biridir. Dünya
İqtisadi Formununun 2009-2010-cu illər üçün
hazırladığı “Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək,
133 ölkə arasında 51-ci yerə, MDB ölkələri
arasında isə birinci yerə yüksəlib”.
İcra hakimiyyətinin
başçısı onu da vurğuladı ki, pensiyalar
artır, ünvanlı sosial yardım proqramı uğurla icra
edilir və bu gün 150 min ailəyə ünvanlı sosial
yardım göstərilib. Həmçinin, bölgələrdə
infrastruktur layihələri uğurla davam etdirilir. 2003-cü ildən
bu günə qədər Azərbaycanda 824 min yeni iş yerləri
açılıb: “Ulu öndər Heydər Əliyevin müəllifi
olduğu yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanın
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi,
qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli
biznes və investisiya mühitinin
formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin
həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
infrastrukturun yeniləşdirilməsi kimi prioritet hədəflər
2009-cu ildə də cənab Prezidentin yeritdiyi iqtisadi siyasətin
əsasını təşkil edir. Bütün dünya
ölkələrində iqtisadi inkişafa ciddi zərbə
vuran qlobal maliyyə böhranına rəğmən, Azərbaycanın
bütün sahələrdə qazandığı yüksək
nailiyyətlər, ilk növbədə, sistemli və
düzgün koordinasiya olunmuş, fəaliyyətin məntiqi
nəticəsidir. Fəal antiböhran tədbirləri həyata
keçirən Azərbaycan dövləti ötən il milli
iqtisadiyyatda müşahidə olunan yüksək inkişaf
tempini qoruyub saxlamağa, hər bir mərhələ
üçün qarşıda duran vəzifələri
düzgün müəyyənləşdirməyə nail
olub”.
N.Məhəməliyev onu da
bildirdi ki, 2009-cu ilin 9 ayı ərzində Nəsimi rayonu
üçün də bir çox sahələrdə əhəmiyyətli
uğurların qazanılması ilə yadda qalıb: “2009-cu
ilin yanvar-sentyabr aylarında Nəsimi rayonu sənayesində
113,5 mln manatlıq sənaye məhsulu istehsal edilib. Həmçinin,
sənayenin dövlət sektorunda 16,9 mln, qeyri-dövlət
sektorunda isə 96,6 mln manatlıq sənaye məhsulu istehsal
edilib. Bu ay ərzində sənaye müəssisələrinin
anbarlarında 1,2 mln manatlıq hazır məhsul
yığılıb qalıb. “Bu müddət ərzində
istehlak bazarı dinamik inkişaf etməkdə davam edib. Rabitə
müəssisələri tərəfindən hüquqi və
fiziki şəxslərə faktiki qiymətlərlə 4 mln
manatlıq rabitə, nəqliyyat sektorunda fəaliyyət
göstərən müəssisələr tərəfindən
202,3 mln manatlıq xidmət göstərilib”.
N.Məhəməliyev 2009-cu ilin
dekabr ayının 23-də keçiriləcək bələdiyyə
seçikiləri ilə əlaqədar qanuna müvafiq işlər
görüldüyünü diqqətə
çatdırdı. Qeyd etdi ki, dairə və məntəqə
seçki komissiyalarının yerləşdiyi inzibati binalarda
cari təmir işləri aparılaraq, müvafiq avadanlıqlarla
təchiz olunub, namizədliyi qeydə alınmış şəxslərin
seçicilərlə görüş keçirmələri
üçün qapalı və açıq yerlər müəyyənləşdirilib,
təbliğat vasitələrinin yerləşdirilməsi
üçün stendlər təmir edilib.” Dövlət
başçısının tövsiyə və göstərişlərini
rəhbər tutaraq, rayon rəhbərliyinə edilən
müraciətlərin heç biri cavabsız qalmır və
vətəndaşların problemlərinin aradan
qaldırılması üçün mütəmadi işlər
görülür.
Təhsil sahəsinədki
uğurlara toxunan icra başçısının birinci
müavini Zahid Xəlilov bildirdi ki, 2008-2009-cu tədris ilində
rayon məktəblərini 2170 şagird bitirmiş, 1120 nəfəri
ali məktəblərə daxil olmuş, onlardan 2 nəfəri
isə Prezident təqaüdünə layiq görülüb:
“2008-2009-cu tədris ilində keçirilmiş “Ən
yaxşı müəllim” müsabiqəsində rayonunun 13
müəllimi ilin müəllimi hesab edilmiş, “Ən
yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində
rayonun 3 məktəbi qalib olmuş, 1 müəllim “Əməkdar”
müəllim adına, 1 müəllim isə “Tərəqqi” medalına layiq görülüb. Eyni zamanda, məktəblərdə
əsaslı təmir işləri aparılıb, yeni tədris
ocaqları tikilib. Bu işlər, həmçinin, səhiyyə
sahəsində də eyni irəliləyişlər olub. Belə
ki, yeni korpuslar tikilib, xəstəxanalarda əsaslı təmir
işləri aparılıb. 9 ay ərzində rayon ərazisində
14 siyasi partiyanın yeni təşkilatı, 26 beynəlxalq təşkilat
və 7 dini qurum fəaliyyət göstərib. Həmin təşkilatlar
haqqında mütəmadi məlumatlar toplanmış,
araşdırılıb və sistemləşdirilib”.
Z.Xəlilov onu da bildirdi ki, Nəsimi
rayonu Qaz İstismarı İdarəsi istehlakçılara
verilən təbii qazın istismarı və
satışını uğurla həyata keçirib. Onun
sözlərinə görə, idarə 9 ay ərzində
istehlakçılara 92016,1 min manat, o cümlədən, əhaliyə
57006,9 min manat təbii qaz satılıb: “Həmçinin, “Azərsu”
ASC Nəsimi rayon filialı 55394 abonentə xidmət edir. Nəsimi
rayon filialı üzrə 9 ay ərzində istehlakçılara
2177,7 min manat su satıb: “Nəsimi rayonu ərazisində “Azəristiliktəhcizat”
ASC-yə məxsus 1 ədəd rayon istilik qazanxanası, məhəllədaxili
qazanxana və 28 istilik məntəqəsi fəaliyyət
göstərir ki, bu istilik mənbələri hesabına rayon ərazisindəki
binalar istilik enerjisi ilə təmin olunurlar. 321
yaşayış binasından 184-ü, 23 orta məktəb, 14
uşaq bağçası, 5 səhiyyə obyekti və 30 digər
təyinatlı obyektlər istilik enerjisi ilə təmin
olunur”.
Qeyd edək ki, rayon ərazisində
ilin əvvəlindən başlanılmış genişmiqyaslı
abadlıq və yenidənqurma işləri davam etdirilib. Bir
neçə prospektlərdə yeni yaşıllıq
zolaqları salınmış, müxtəlif növ ağac və
dekorativ kollar əkilib.
Müşavirədə bir
çox məsələlərə toxunuldu.
Sevinc NƏZƏROVA
Səs.- 2009.- 24 oktyabr.- S. 10.