“Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı
sənədlərdə” adlı
kitabı nəşr olunub
Kitaba 1913-cu ildə
Bakı və onun rayonlarının xəritəsi əlavə
edilib
AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Rüstəmova-Tohidinin Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” adlı kitabı nəşr olunub.
S.Rüstəmova-Tohidinin kitabında 1-ci Dünya müharibəsindən sonra Zaqafqaziya ərazisində müsəlman əhalisinə qarşı soyqırımı və quldurluq faktlarının araşdırılması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən 1918-ci ilin iyul ayında yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlər yer alıb. Kitabda komissiyanın materiallarının bir hissəsi: 1918-ci ilin martında Bakı və onun ətrafında bolşevik-daşnak birləşmələri tərəfindən 12 mindən artıq günahsız azərbaycanlının qətlə yetirilməsi ilə əlaqədar sənədlər, həmin ilin mart-sentyabr aylarında erməni silahlı qüvvələrinin təcavüzünə məruz qalmış Bakı və ətraf kəndlərin sakinlərinin şahid ifadələri, həmçinin, soyqırım işinin araşdırılması ilə bağlı məhkəmə-istintaq sənədlərinin bir qismi toplanıb.
Bu sənədlər 1918-ci il hadisələrinə birbaşa bu faciəni yaşamış insanların gözü ilə baxmağa imkan verir. Ermənilərin müsəlman əhalisinə qarşı vəhşilikləri ilə bağlı çoxsaylı faktlar, tanınmış və imkanlı azərbaycanlıların ünvanlarının əvvəlcədən hazırlanmış siyahılarının olması, eyni vaxtda şəhərin müxtəlif yerlərində qətllərin törədilməsi dinc azərbaycanlıların məqsədyönlü kütləvi məhvinə dair öncədən hazırlanmış planın mövcudluğunu göstərir. Kitaba, həmçinin, bu məsələlərin tarixinə həsr olunmuş elmi oçerk və təfərrüatlı yardımçı məlumat daxil edilib. Eləcə də, 1913-cü ildə Bakı və onun rayonlarının xəritəsi əlavə edilib.
ZÜMRÜD
Səs.- 2009.- 30 oktyabr.- S. 11.