“Mədəniyyət
kataloqu”nun 2-ci nömrəsinin
təqdimat mərasimi
keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən
Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində sentyabrın 12-də “Mədəniyyət kataloqu”nun 2-ci nömrəsinin təqdimat mərasimi keçirilib.
Üç dildə
nəfis tətribatla,
yüksək poliqrafik
keyfiyyətlə nəşr
olunan bu kataloqda Prezident İlham Əliyevin Beynəlxalq Muğam Mərkəzinin açılışında
iştirakını, mədəniyyət
və incəsənət
sahəsində çalışan
insanlara qayğısını
əks etdirən məqalələr yer almışdır.
Nəşrin məsləhətçisi
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, layihənin direktoru və baş redaktoru Leyla Əfəndiyevadır.
Mərasimi giriş sözü ilə açan Mədəniyyət
və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu kataloqun Azərbaycanın mədəni həyatındakı
əhəmiyyətli rolundan
danışıb. Kataloqda
ölkəmizdə keçirilən
mədəniyyət günləri,
simpoziumlar, konfranslar, beynəlxalq festivallar, konsertlər, sərgilər
və digər mədəniyyət tədbirləri
barədə maraqlı
məqalələr və
şəkillər dərc
edilmişdir.
Tədbirdə kataloqun
baş redaktoru Leyla Əfəndiyeva, respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri Zərifə Salahova, teatrşünas Aydın Talıbzadə və başqaları çıxış
edərək nəşrin
yüksək poliqrafik
keyfiyyətindən danışmış,
onun Azərbaycan mədəniyyətinin təbliği
baxımından əvəzsiz bir mənbə olduğunu söyləyiblər.
Tədbirdə qeyd
edilib ki, oxucular bu nəşr
vasitəsilə Azərbaycan
mədəniyyəti, xalqımızın
tanınmış sənət
adamları, ölkəmizdə
keçirilən silsilə
mədəniyyət tədbirləri
barədə olduqca geniş məlumat əldə edə biləcəklər.
Zümrüd
Səs. - 2009.- 15 sentyabr.- S. 12.