Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədəƏsrin müqaviləsinin imzalanması ilə bağlıdır

 

Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

 

Sentyabrın 15-də “ButasarayındaƏsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Salona toplaşanlar dövlətimizin başçısını xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirib ki, 15 il bundan əvvəl müstəqil Azərbaycanın həyatında çox əlamətdar son dərəcə həlledici hadisə baş verib.

Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır keçdiyini xatırladan dövlətimizin başçısı, “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin qarşısında yeni imkanlar açdığını diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vəziyyət sabitləşməyə başlamış, xoşagəlməz halların qarşısı alınmış ölkəmiz uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Əsrin müqaviləsiölkəmizin uzunmüddətli inkişafını sürətləndirmişdir.

İlk dəfə böyük transmilli konsorsiumun yaradıldığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, konsorsiuma daxil olan dünyanın nüfuzlu şirkətləri, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) uğurlu işbirliyinə başlamış, Xəzər dənizi beynəlxalq əməkdaşlığa açılmışdır. Bundan başqa, müqavilə ilk dəfə Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına imkan vermişdir.

Sənədin çox böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana böyük investisiya axını başlayıb. Bu investisiyalar Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına imkan yaradıb.   Əsrin müqaviləsiimzalanarkən Azərbaycanın milli maraqlarının tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, ölkəmiz bu müqavilənin həyata keçirilməsi ilə uğurlu inkişaf yoluna qədəm qoyub. Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədəƏsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.  Müqavilənin çox sürətlə həyata keçirildiyini xatırladan Prezident İlham Əliyev bildirib ki, dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz kəmərlərinin tikintisini uğurla həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ikinci tarixi hadisə olub. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələri üçün böyük əhəmiyyət daşıyır. Hazırda bu kəmərin əhəmiyyəti daha da artıb Azərbaycan tranzit ölkəyə çevrilib. Azərbaycanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, ölkəmizin enerji resursları dünya bazarına çoxşaxəli yollarla nəql edilir.

Bu il Azərbaycanda neft hasilatının 45 milyon tondan çox, qaz hasilatının 30 milyard kubmetrə yaxın olacağını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, gələcəkdə bu rəqəmlər artacaqdır. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə daxil olub. Azərbaycan neft-qaz ixrac edən etibarlı ölkə kimi dünya birliyi üçün daha önəmli olub. Biz enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirak edirik.  Dövlətimizin başçısı bildirib ki, Azərbaycan hazırda sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artmış, 2003-2008-ci illərdə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə çoxalmış, 800 minə yaxın yeni yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enmişdir.

Azərbaycanda şəffaflığın təmin olunduğunu qeyd edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 1999-cu ildə yaradılan Dövlət Neft Fondu BMT-nin şəffaflıq mükafatına layiq görülüb. Ölkəmizdə aparılan islahatların beynəlxalq qurumların hesabatlarında əksini tapdığını xatırladan dövlətimizin başçısı bildirib ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib. Bizim məqsədimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Buna nail olmaq üçün islahatlar davam etdirilməlidir. Neftdən əldə olunan gəlirlər təhsilə, səhiyyəyə, qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf olunur, yeni, müasir infrastruktur yaradılır. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq, bu ilin səkkiz ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artıb. Azərbaycan müasir, sabit, güclü iqtisadiyyata malik ölkədir.   Çıxışının sonunda xalqımızıƏsrin müqaviləsi”nin 15-ci ildönümü münasibətilə təbrik edən Prezident İlham Əliyev vurğulayıb ki, qədim neft ölkəsi olan Azərbaycanda neftçilərin peşə bayramı da məhzƏsrin müqaviləsi”nin imzalandığı gün - sentyabrın 20-də qeyd olunur. Bu, dövlət tərəfindənƏsrin müqaviləsi verilən qiymətdir.          

Əsrin müqaviləsi”nin Azərbaycan neft-qaz sektorunun inkişafına verdiyi töhfələrdən danışan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, məhz bu hadisədən sonra Azərbaycanda neft hasilatı artaraq, ölkəmiz nəhəng neft-qaz kəmərlərinin çəkilməsini reallığa çevirib. “bp-Azərbaycanşirkətinin prezidenti Rəşid Cavanşir böyük siyasi iqtisadi əhəmiyyətə malikƏsrin müqaviləsi”nin ölkəmizin müstəqilliyinin möhkəmlənməsindəki əhəmiyyətindən bəhs edib. ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Daniel Ştayn Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu oxuyub. Daniel Ştayn deyib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır nəql marşrutlarının həyata keçirilməsi ilə bağlı ideyaları dəstəkləyir.  Əsrin müqaviləsi”nin Azərbaycan üçün yeni imkanlar açdığını diqqətə çatdıran Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs bildirib ki, Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanın iqtisadi inkişafını təmin edib.

MərasimdəƏsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş filmin nümayişindən sonra incəsənət ustalarının ifasında konsert proqramı olub.

 

 

Mətləb

 

Səs. - 2009.- 16 sentyabr.- S. 2.