Ölkəmizdə müasir təhsilin
inkişafı uğurla
həyata keçirilir
Bakının Nəsimi rayonundakı elitar gimnaziya əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib
Sentyabrın 15-də - “Bilik
günü”ndə Təhsil
Nazirliyinin Bakının
Nəsimi rayonundakı
elitar gimnaziyası əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva elitar gimnaziyaya gəldilər. Məktəblilər
Mehriban xanıma gül dəstəsi təqdim etdilər. Dövlətimizin
başçısı və
xanımı müasir
standartlara uyğun şəkildə bərpa
edilmiş və yenidən qurulmuş gimnaziya ilə
Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, Azərbaycanda son illər ərzində məktəb binalarının
tikintisi və təmiri geniş vüsət almış və təhsil sisteminin maddi-texniki bazası möhkəmlənmişdir.
Prezidentin tapşırığı
ilə bu il iyulun 17-dən təmirinə başlanılmış
bu gimnaziyada tədris üçün
hər cür şərait yaradılıb.
Burada 70-ə yaxın
sinif otağı vardır. Min şagird yeri olan gimnaziyada
yeni dərs ilində 958 məktəbli
təhsil alacaq. Onların təlim-tərbiyəsi
ilə 93 müəllim
məşğul olacaq.
Paytaxtın qabaqcıl
təhsil ocaqlarından
olan gimnaziyanın binası ötən əsrin 30-cu illərində
klassik üslubda inşa olunub. Müstəqillik illərində
bina ilk dəfədir ki, əsaslı şəkildə yenidən
qurulub. “Elnur-2” universal kommersiya
şirkəti tərəfindən
həyata keçirilmiş
yenidənqurma zamanı
Türkiyə, Rusiya, Kanada və digər ölkələrdən
gətirilmiş tikinti
materiallarından geniş
istifadə edilib, bu işlərə 1 milyon 12 min manat vəsait sərf olunub. Gimnaziya ən müasir avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz edilib. 2007/2008-ci tədris ilinin yekunlarına görə gimnaziya “Ən yaxşı ümumtəhsil
məktəbi” müsabiqəsinin
qalibi olub. Məlumat verildi ki, cari ildə
bu məktəbin 76 məzunu respublikamızın
və xarici ölkələrin ali məktəblərinə qəbul
imtahanlarında iştirak
edərək, onlardan
70-i tələbə adını
qazanıb. Məktəbin
8 məzunu 600-dən çox
bal toplamış, onlardan
biri Prezident təqaüdünə layiq
görülüb.
Gimnaziya binasının birinci mərtəbəsində
ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik
fəaliyyəti, Azərbaycanın
dövlət rəmzləri
ilə bağlı xüsusi guşələr
yaradılıb.
Dövlətimizin başçısı
ikinci mərtəbədə
ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər
otağına baxdı,
tədris prosesi, dərs vəsaitləri ilə maraqlandı.
Bildirildi ki, kompyuter otağı yeni kompyuterlərlə təmin olunaraq internet şəbəkəsinə qoşulub.
Prezident İlham Əliyevə Azərbaycan
təhsil portalında
elitar gimnaziya ilə əlaqədar yaradılmış xüsusi
səhifə barəsində
ətraflı məlumat
verildi. Həmin səhifədə gimnaziya
ilə bağlı bütün məlumatlar toplanıb. Burada dərs keçən
5-ci sinfin 24
şagirdinə dövlətimizin
başçısı tərəfindən
fərdi noutbuklar hədiyyə edildi. Müəllimlər otağında
yaradılmış şəraitlə
Prezident İlham Əliyev 6-cı sinif şagirdlərinə riyaziyyat
fənninin elektron lövhədə tədrisi
prosesini izlədi. Şagirdlər adi lövhənin elektron lövhəyə çevrilməsi,
“sehrli qələm” vasitəsilə riyazi əməliyyatların aparılması
proseslərini əyani
şəkildə nümayiş
etdirdilər. Gimnaziyanın
kitabxanası ilə
Prezident İlham Əliyev onları yeni tədris ilinin başlanması münasibətilə təbrik
edərək dedi:
- Sizə uğurlar arzulamaq istəyirəm. Şagirdlərə yaxşı
oxumaq, müəllimlərə
yaxşı işləmək
arzulayıram. Xüsusilə
nəzərə alsaq
ki, məktəb demək olar ki, yeniləşdi, tamamilə müasirləşdi.
Bu məktəbdə əlbəttə
ki, uşaqlar gərək yaxşı oxusunlar. Bu məktəb deyə bilərəm ki, bir memarlıq
abidəsidir. Şəhərimizə
əlavə gözəllik
verir. Həm şəraiti gözəldir,
bütün imkanlar var, həm də
xarici gözəldir. Bütün təmir işləri çox yüksək keyfiyyətlə
aparılmışdır, özü
də qısa müddət ərzində.
İki-üç ay ərzində
məktəb demək
olar ki, tamamilə öz görkəmini dəyişdi
və bu gün deyə bilərəm ki, şəhərimizin ən
gözəl, ən müasir məktəblərindən
biridir.
Bildiyiniz kimi, Azərbaycanda məktəb
tikintisi sürətlə
gedir. Son altı ildə Azərbaycanda 1800-ə
qədər yeni məktəb tikilmişdir.
Bununla bərabər, vaxtilə tikilmiş məktəblər əsaslı
şəkildə təmir
olunur. Mənə bu gün məlumat
verildi ki, bu məktəb 1930-cu illərdə tikilmişdir.
Ondan sonra 1970-ci illərdə yeni korpus əlavə edilmişdir. Ancaq bu gün məktəb
elə səviyyədədir
ki, dünyanın ən inkişaf etmiş ölkələrində
olan məktəblərdən
fərqlənmir və
hətta onları üstələyir.
Bu gün mən
gözəl hadisə
münasibətilə bütün
müəllimləri, şagirdləri,
məktəbdə işləyən
bütün insanları
ürəkdən təbrik
etmək istəyirəm.
Bu məktəbdə ən
qabaqcıl texnologiyalar
tətbiq olunur. Kompyuterlər, elektron lövhələr, ən qabaqcıl mütərəqqi
texnologiyalar. Mən görürəm ki, tədris prosesi də yüksək səviyyədə təşkil
edilib. Bu, çox vacibdir. Məktəb tikmək olar, indi Azərbaycan
dövlətinin imkanı
genişdir, maddi imkanlarımız da artır və belə olmasaydı, 1800 məktəb tikilməzdi.
Ancaq əsas odur ki, gözəl
şəraitlə bərabər,
tədris prosesi də müasir səviyyədə olsun, ən mütərəqqi texnologiyalar tətbiq edilsin, uşaqlar bilikli, savadlı olsunlar, gələcəkdə
həyatda öz yerlərini tapa bilsinlər. Bir sözlə, bir daha sizi bu
gözəl hadisə
münasibətilə ürəkdən
təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.
Elitar gimnaziyanın kollektivini bir daha təbrik edən dövlətimizin başçısı müəllim
və şagirdlərlə
xatirə şəkli
çəkdirdi.
MƏTLƏB
Səs. - 2009.- 16 sentyabr.- S. 3.