Vətən düşüb yadıma

 

Azərbaycan poeziyasında yaradıcılıq təxəyyülü ilə həyat fəlsəfəsini birləşdirib, insan psixologiyasının incəliklərini onun mənəvi gözəlliyini məhz nəzmə çəkdiyi misraları ilə işıqlandıran qələm sahiblərimiz, əsrlərdir ki, xalqın dərdi-sərini qələmə alaraq, bu aləmdə məxsusi söz xəzinələrini yaradırlar.

Müasir və klassik ədəbiyyat nümunələrimizə diqqət etsək, görərik ki, bu yoldan ötən karvanların fikir yükünün fəlsəfiliyi insan düşüncəsinə müsbət təsirini göstərir. Çağdaş poeziyamızda Hacı Mirhəsən Hadinin söz dünyasında yeri var. Bu yaxınlar şairinAdiloğlunəşriyyatı tərəfindən çapdan çıxanVətən düşüb yadımakitabı məhz onun fərdi cizgilərini büruzə verən bir nümunədir. Kitaba ön söz yazan fəlsəfə elmlər namizədi Davud Dəmirli şairin keçdiyi ömür yolunun cizgilərini həssaslıqla diqqətə çatdırır. Qızıl qələm”, “Vətən”, “Hacı Zeynalabdin Tağıyev”, “İnam, İzzət İltifat”, “Abdulla Şaiq”, “Nəriman Nərimanov bir çox mükafatların daşıyıcısı olan Hacı Mirhəsən Hadi bu günə qədər bir çox kitabların müəllifi kimi tanınmışdır.  Dünyanın sahibi var”, “Acı həqiqətlərşeirlər kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır. Şairin həyat fəaliyyətini əks etdirənİlahi eşqin pərvanəsifilm-portreti onun ömür yolunun cığırlarını əks etdirir. O, Azərbaycan Yazıçılar Jurnalistlər Birliyinin üzvüdür.

Son illərdə respublikamızda baş verən ictimai-siyasi proseslər, erməni təcavüzkarlarının torpaqlarımızı işğal etməsi onun da həyatından yan ötməmiş, məcburiyyət qarşısında doğulub boya-başa çatdığı el-obadan ayrı düşmüşdür. Doğma yurdu, bol bəhrəli Gülüstan bağını, zəngin kitabxanasını, firəvan növrağını, axar-baxarlı Həkəri-Bərgüşadını itirən Hacı Mirhəsən Hadi illərdən bəri didərginlik dövrünü, maddi mənəvi əzablarını qəriblikdə, əsarətdə qalan doğma vətən həsrətinin intizarını yaşamaqla öz kövrək duyğularını qələmə almışdır”. ŞairinVətən düşüb yadımaşeirlər kitabına daxil olan əsərlərin hər biri vətən, insan, ilahi eşqin fəlsəfəsindən yoğrulmuş parçalardır. Onun həyat yaşantıları, rast gəldiyi məqamlar, vətən həsrətinin ağrısı kitabda öz əksini tapmışdır:

 

Eşqim, həvəsim sevgili

dağlarda qalıbdır,

Könlüm quşu bülbül

kimi bağlarda qalıbdır.

Çoxdandı gülüb, şənlənə

bilmir, qəsdi.

Ağlar ürəyim ağrıdan,

ağlar da qalıbdır.

 

- deyən şair daxilində vətən həsrətini gəzdirdiyini bütövlükdə vətənə olan bağlılığını göstərir.

Dünya, onun yaranışı kainatda baş verən hadisələri süzgəcindən keçirən şair bu fəlsəfi aləmin mahiyyətini bu maddi aləmdə yaşayan varlıqların bir fərd olaraq özlərini tapa bilməsindən, ömür karvanının heç kəslə hesablaşmadan ötməsindən söz açaraq, misraların fikir yükünün dərin məna qatında onu narahat edən suallarına cavab axtarır:

 

Bir borcum var can adında,

Özgə ta, bilim, dünya?

Keçdi quşlar qanadında,

Keçdi ayım-ilim dünya.

 

Müxtəlif janrlara müraciət edən şair təcnis, qəzəl, qoşma, bayatı s. şeir növlərində fikirlərinin yığcamlığı ilə söz ustadı olmağa çalışmış sözün kəsb etdiyi mənanın böyüklüyünü dərk etdiyindən bundan ehtiyatla istifadə etməyə cəhd göstərmişdir. Qeyd edim ki, şairin yaradıcılığına daxil olan şeir parçalarının hər biri janr müxtəlifliyi ilə yanaşı, mövzu müxtəlifliyindən fərqlidir. Kitaba daxil olanAparın dağlara məni”, “Hayıf bu dünyaya”, “Qarabağ şikəstəsi”, “Bənövşə”, “Dünya yaman gözdən düşüb”, “Gördümnümunələri ilə yanaşıMəhəmmədpoeması da diqqəti cəlb edir:

 

Qızıl dan yerini

sökmüşdü zülmət,

Hər şeyi qaraya

bükmüşdü zülmət,

Haqq görən gözlərə

çökmüşdü zülmət,

Sönmüşdü çırağı,

şamı dünyanın.

 

- deyən şair çox da uzaq olmayan illərin bədii təsvirini yaradaraq əsərin məzmunun açılmasına doğru qələmini işlədir. Poemada Azərbaycanın tanınmış çekist oğlu Məhəmməd Abbasoğlunun insani dəyərlərindən, vətənə bağlılığından, aydın işıqlı zəkasından danışaraq, onun amalı yolunda dünyasını dəyişdiyini göstərir. Azərbaycan övladının həyat eşqindən, arzularından söz açan şair yazıq ki, belə insanların başkəsən cəlladların güdazına getdiyini göstərərək, cinayət başında duranların məhz belə şəxsiyyətləri  qəbul etməməsindən sovet şurası qurulduqdan sonra ölkənin sayseçmə, vüqarlı, elmi biliyi, yüksək dəyərləri ilə seçilənlərin aqibətini məhz qələmə aldığı poemada bir şəxsin timsalında ümumiləşdirilmiş şəkildə oxucusuna təqdim edir. Kitaba daxil olan hər bir əsərdə şairin orijinallığı, özünəməxsus dünyagörüşü, fərdi cizgiləri, şəxsi keyfiyyətləri diqqəti cəlb edir belə bir dəyərlər üzərində qurulmuş kitab oxucuların məhəbbətini qazanacaqdır.

Qeyd edim ki, Hacı Mirhəsən Hadi Məhəmməd peyğəmbərin (s.ə.a) son dövrə qədər məlum olmayan kəlamlarını bir araya toplayaraq, oxucuların ixtiyarına vermişdir. L.N.Tolstoy tərəfindən toplanılan bu nümunələrin hər birində Məhəmməd peyğəmbərin (s.ə.a) müdrik kəlamları əksini tapmışdır. Bildiyimiz kimi, peyğəmbərin (s.ə.a) dörd minədək kəlamı mövcuddur. Bunlardan üç mini bizə məlumdur. Bu günə qədər məlum olmayan kəlamlarla Hindistanda tanış olan L.N.Tolstoy onları seçib, 1909-cu ildə MoskvanınPasredniknəşriyyatında çap etdirmişdir. Həmin kəlamları Azərbaycan dilində çap etdirməyi özünə borc bilən Hacı Mirhəsən Hadi bu kəlamlarla mənəvi dünyamızı daha da zənginləşdirmişdir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 17 sentyabr.- S. 12.