Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Şəmkirdə daha
bir orta məktəb binası istifadəyə verilib
Şəmkir rayonunun Çinarlı qəsəbəsində
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə tikilmiş 490 yerlik orta məktəb
binasının açılışı
olub. Bu münasibətlə keçirilən mərasimdə
təhsil ocağının
direktoru İradə Əliyeva çıxış
etmiş, qəza vəziyyətində olan binanın yerində gözəl və müasir ikimərtəbəli
məktəb ucaldan Heydər Əliyev Fonduna, onun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya kollektiv adından minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ictimai-siyasi fəaliyyəti ilə milli dövlətçilik tariximizin silinməz səhifələrini yazan Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən söz açıb. O bildirib
ki, yaradıldığı
vaxtdan təhsilimizin və mədəniyyətimizin
keşiyində dayanan
Fond respublikamızda
300-dən artıq orta məktəb binası istifadəyə verib, yeni mədəniyyət
və tibb ocaqlarının inşasını
həyata keçirərək
əhalinin sosial problemlərinin həllində
fəal mövqe
tutub. Fond nəinki ölkə daxilində, eləcə də bir çox
xarici dövlətlərdə
də xeyriyyə tədbirləri görüb.
Pakistanda baş vermiş zəlzələdən
sonra qızlar üçün tikilən
650 yerlik orta məktəb binasını
misal gətirən natiq bu işlərin
indi də davam etdirildiyini bildirib.
Anar Ələkbərov Çinarlı məktəbinın açılışının müqəddəs Ramazan bayramı ərəfəsində həyata keçirildiyini də diqqətə çatdıraraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından bütün şəmkirliləri təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Şəmkir rayon İcra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək yeni dərs ilini müasir standartlara cavab verən və hər bir avadanlıqla təchiz olunmuş məktəbdə başlayan kollektivi təbrik edib, bu sevinci onlara bəxş edən Heydər Əliyev Fonduna və Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından
Mətləb
Səs.- 2009.- 18 sentyabr.- S. 3.