Ölkədə təhsilin inkişafı
üçün böyük
perspektiv yaranıb
YAP üzvləri
“Elitar” gimnaziyada şagirdlərlə görüş
keçiriblər
Dünən Yeni Azərbaycan Partiyasının
Sədr müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov, YAP İdarə
Heyətinin üzvləri,
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov,
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, təhsil naziri Misir Mərdanov, Kərim Kərimov, millət vəkili Nizami Xuduyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov və
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər qonaqlar “Elitar” gimnaziyada yaradılmış şərait
şagirdlərin dərs
hazırlığı ilə
tanış olmuşlar.
“Elitar” gimnaziya ilə qonaqları tanış
edən təhsil naziri Misir Mərdanov
sentyabrın 15-də dərs
günü ilə əlaqədar olaraq cənab Prezident İlham Əliyev və onun xanımı
Mehriban Əliyevanın
iştirakı ilə
açılışı edilən təhsil ocağında yaradılmış
müasir şəraitdən
və şagirdlərin
bilik səviyyəsindən
söhbət açmışdır.
Nazir qeyd etmişdir ki, builki qəbul imtahanlarında gimnaziyanın
məzunu olmuş 76 abituriyentdən 70-i yüksək
balla ölkənin ən aparıcı ali məktəblərinə
daxil olmuşlar. O cümlədən, bu təhsil müəssisəsində
aşağı siniflərdə
şagirdlər üçün
tədris edilən etik normaları əhatə edən tədris prosesinin, onların gələcək
perspektivi üçün
müsbət əhəmiyyətini
də qonaqların diqqətinə çatdıran
M.Mərdanov gimnaziyanın
sinif otaqları, kitabxanası, oxu zalı, idman zalı və digər guşələrini
də təhsil ocağına gəlmiş
qonaqlara təqdim etmişdir. Təhsil ocağında yaradılmış
yüksək şəraitdən
və burada mövcud müasir standartlara cavab verən təhsil avadanlıqları, təcrübə
otaqlarının zəruri
səviyyədə olmasını
qeyd edən YAP İcra katibi Əli Əhmədov burada təhsil alan
məktəblilər üçün
hər bir şəraitin mövcud olduğunu qeyd etmişdir. Ə.Əhmədov ölkənin əksər
elm və təhsil müəssisələrində də bu cür
şəraitin olduğunu
bildirərək, şagirdlərdən
sadəcə yüksək
elm almaq bacarığı
tələb olunduğunu
bildirmişdir. İcra
katibi cənab Prezident İlham Əliyevin də açılışında iştirak
etdiyi bu gimnaziyanın Azərbaycan
təhsilinə və
ölkədə savadlı
kadrların hazırlanması
istiqamətində böyük
töhfələr verəcəyini
vurğulamışdır: “Bu gimnaziyada yaradılmış
şərait mövcud
labarotor və digər kabinələr, sinif otaqları, dünyanın ən qabaqcıl təhsil müəssisələri ilə
müqayisə edilə
bilər. Ölkəmizdə təhsilə və
elmə dövlət tərəfindən çox
yüksək diqqət
və qayğının
olması hər kəsin gözü önündədir. Çünki savadlı və intellekti olan gənc kadrlara hər zaman ehtiyac duyulur. Bu baxımdan da, gimnaziyada təhsil alan və
yüksək biliyə
sahib olan gənclərin
ölkəmizin ictimai-siyasi
və digər sahələrində layiqli
yer alacağına əminik. İnanırıq
ki, burada təhsil alan
hər bir gənc onlar üçün yaradılmış
bu cür şəraitdən məharətlə
istifadə edərək,
gələcəyimizin savadlı
və potensial kadrları kimi yetişəcəklər” deyən
Ə.Əhmədov yeni
tədris ilinin başlanğıcında ölkəmizin
hər bir təhsil müəssisəsində
elm alan gənclərə
uğurlar dilədi.
Tapdıq QURBANLI
Səs.- 2009.- 18 sentyabr.- S. 5.