Qəriblikdə ümid çırağı

 

Vətən anlamı dünyanın hansı nöqtəsində insanın yaşamasından asılı olmayaraq, məhz onun üçün ən əziz əvəzsiz bir məkandır. Bu anlayışın arxasında insanın mənliyi, qüruru, kimliyi, kökü, şəcərəsi dayanır. Qürbətdə ömür sürüb, həyatın bütün nəşəsini dadan insanlar belə vətənin isti qucağında maddi yoxsulluq keçirsələr , mənən güclü, əzəmətli görünürlər. Azərbaycanın həyatında baş verən məlum dəyişikliklər nəticəsində dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız Azərbaycan sevgisi ilə qürbət ölkələrdə ömür sürürlər. Qürbət sıxıntısı, vətənə boylanan o gözlər hər zaman onları için-için ağladır, kövrəldir:

 

qədər gəzsək , aranı-dağı,

Qürbətdən heç kimə vətən olmayıb.

Harda yaşasaq da, sevək torpağı,

Torpağı sevənlər unudulmayıb...

 

Dünyanın elə bir nöqtəsi, qitəsi yoxdur ki, orada soydaşlarımız məskunlaşmasınlar. Azərbaycandan çox da uzaq olmayan bir məsafədə - keçmiş sovetlər ittifaqında yaşayan soydaşlarımızın sayı isə kifayət qədərdir. Müasir dövrümüzdə  dövlətimizin yaratdığı şərait nəticəsində onlar müxtəlif təşkilatlarda birləşərək, azərbaycançılıq ideyalarını həyata keçirirlər. Moskva şəhərində yaşayan həmyerlilərimiz məhz bu amal ətrafında bir araya gəlib, Azərbaycanın reallıqlarını qərib bir ölkədə yaşatmağa, səslərini ucaltmağa çalışırlar. Bu sırada olan diaspora mətbu orqanlarındanVətən çağırırqəzeti məhz bu amal ilə illərdir ki, fəaliyyətdədir. Qəzetin ətrafında toplaşan soydaşlarımızın əksəriyyəti erməni təcavüzünün yeritdiyi siyasətin hədəfinə çevrilmiş, yurd-yuvalarından didərgin düşmüşlər. Qaçqın, köçkün həyatı yaşayan bu insanlar dərd-qəm içərisində uzaq-uzaq ölkələrdə Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində yaşadıqları ölkələrdə hüquqi vətəndaş olaraq fəaliyyətlərini genişləndirməyə nail olmuşlar. “Vətən çağırırqəzeti bir mətbu orqanı kimi qısa bir zamanda əks-sədaya nail ola bilmişdir. Qəzetin əsas aparıcılarından olan Uluxan Mirzəyev bir azərbaycanlı olaraq Moskva kimi şəhərdə Azərbaycan dövlətinin yeritdiyi siyasət nəticəsində orada həmyerlilərimizin bir araya gəlməsinə nail olmuş vətənpərvərlik ruhunu əks etdirən materialların dərc etdirilməsinə imza atmışdır. Bu günlərdəNərgiznəşriyyatında çapdan çıxanQəriblikdə ümid çırağıkitabı da məhz həmyerlimizin həyat fəaliyyətini, keçdiyi ömür yolunun, eləcə , qərib bir ölkədə həmyerlilərimizin yaşantılarını, onların gördüyü işləri əks etdirən bir nümunədir. Yazıçı-publisist Gülsüm Adilqızının qələmə aldığıQəriblikdə ümid çırağıkitabı Uluxan Mirzəyevin 50 illik yubileyinə həsr olunmuşdur. Kitaba Moskvada müxtəlif vəzifələrdə çalışan insanların Uluxan Mirzəyevlə bağlı düşüncələri, eləcə , Azərbaycan diasporasının fəaliyyətini əks etdirən nümunələr daxil edilmişdir. Bir çox həmyerlilərimiz kimi, qaçqın həyatını yaşayan Uluxan Mirzəyev Qərbi Azərbaycanın Amasya rayonunun Güllübulaq kəndində anadan olmuş, Bakıda ali təhsilə yiyələnmiş, bir müddət Mədəniyyət İncəsənət Universitetində fəaliyyət göstərmişdir. XX əsrin son illərində baş verən ictimai proseslər nəticəsində həmyerlilərimiz kimi el-obasından uzaqlaşmış, qəriblik taleyini Moskva şəhərində yaşamışdır. Ömrün illərinin vaxt ötdüyünü belə sezmədən ömür qatarını öz axarına buraxıb:

 

Qocaldım dərdin- qəmin əlindən,

Göz yaşımı silə-silə qocaldım.

Çərxi dönmüş elə qatdı başımı,

Damla-damla, gilə-gilə qocaldım.

 

Güllübulaq kəndi ən böyük kəndlərdən biri olmuşdur. Kənddə ancaq türklər yaşamış, 1886-cı ildə 673 nəfər, 1914-cü ildə 1.137 nəfər azərbaycanlı olmuşdur. 1918-1920-ci illərdə isə erməni təcavüzü nəticəsində kənd dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalan hissəsi isə Türkiyə ərazisində məskunlaşmışdır. Güllübulağın tarixi keşməkeşli olsa da, burada ziyalılar ordusu yetişmişdir. Məhz belə bir məkanda Uluxan ömrünün uşaqlıq, gənclik dövrünü keçirmişdir. 21 ildir ki, bu məkanı xəyalında yaşadır. 

Kitaba daxil olan nümunələrdə göstərilir ki, 1990-cı illərin əvvəllərində acı tale yaşayan Azərbaycan xalqının ümidləri sönmüş olduğu bir zamanda, bütün insanlar yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsinə düşmüş olduqları vəziyyətin xilasının yalnız Onda olduğunu düşünmüşlər. İqtisadi-siyasi cəhətdən gərgin həyat yaşayan Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması, elan olunmamış müharibədə vətən övladlarının köməksiz halda döyüş meydanlarında şəhid olması artıq dövlət idarəçiliyinə qəti etiraza səbəb oldu xalq qurtuluş yolunun Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Heydər Əliyevin hakimiyyətə gəlməsi insanları bu buxovlardan azad etdi müstəqillik dövrünü yaşayan xalq həqiqi mənada öz azadlığına qovuşa bildi. Kitabda öz əksini tapan bu məqamların hər biri Moskva şəhərində yaşayan ziyalılarımız tərəfindən qeyd edilərək, bu qurtuluşun məhz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların öz işlərini qurmasına, fəaliyyət dairələrinin genişləndirilməsinə təsirini göstərdiyi xüsusi qeyd edilir. Moskvada məsul vəzifədə çalışan ümummilli liderimizin yaratdığı imic məhz soydaşlarımızın toxunulmazlığına da öz təsirini göstərir. Heydər Əliyev siyasəti bu gün böyük siyasətçilər tərəfindən təhlil olunaraq, öz qiymətini alır.

“Qəriblikdə ümid çırağıkitabında bir çox həmyerlilərimiz kimi Moskva şəhərinə üz tutan Uluxan Mirzəyevin gördüyü işlərdən, onun ətrafına cəm etdiyi insanlara olan qayğı diqqətindən söz açılır. Kitabda Azərbaycan Qaçqınlar Cəmiyyəti tərəfindən toplanmış sənədlər əsasında Ermənistandan olan qaçqınların əmlakı hesablanılıb nəticələrdən məlum olub ki, qaçqın əhaliyə dəyən maddi ziyan 20 milyard ABŞ dollarıdır. 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 274 məktəb binası, 170 mədəniyyət evi, 3132 kənd təsərrüfatı texnikası s. sahələrə dəyən ziyanlar onların öz yurd yerlərindən didərgin düşməsi erməni təcavüzünün azərbaycanlılara qarşı növbəti zərbəsi idi.

Uluxan Mirzəyevin ailəsi bu təcavüzün, erməni xəyanətinin dəhşətinini  yaşamışdır. Moskva Vidnoye şəhərinin diaspor üzrə sədri Fuad Rzayevi qeyd edir ki, Uluxan Mirzəyev Moskvada insanların bir ümid yeridir. Bir ziyalı kimi orada özünə hörmət qazanan Uluxan Mirzəyev daim Azərbaycan xalqının işıqlı gələcəyi naminə çalışır burada yaşayan həmyerlilərimizin hüquqlarının müdafiə edilməsinə cəhd göstərir buna kifayət qədər nail olur. Kitaba daxil olan Saleh Qurbanovun, Zakir Əliyevin, Sədrəddin Mirzəyevin başqalarının yazılarında hər biri məhz Moskva şəhərindəki Azərbaycan diasporunun fəaliyyətindən bu istiqamətdəVətən çağırırqəzetinin yaradıcı heyətinin üzvü olan Uluxan Mirzəyevin fərdi, şəxsi dəyərlərindən danışılır. Kitab bütövlükdə qəriblikdə neçə-neçə yanan azərbaycanlı ailələrinin ümid yerindən bəhs edir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 18 sentyabr.- S. 12.