Səttar Bəhlulzadə - 100

 

Boyalarda yaşayan ömür

 

Bu yaxınlarda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının mətbəəsində xalq rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuşBoyalarda yaşayan ömüradlı metodik vəsait çapdan çıxmışdır. Məlumat üçün əlavə edirik ki, Səttar Bəhlulzadənin 100 illiyi “YUNESKO”-nun qərarı ilə keçirilir. Vəsaitin tərtibçisi Bəybala Ələsgərov, nəşriyyat redaktoru Tamara Ağamirovadır. Vəsait xüsusi quruluşa malik olub 5 başlıqdan ibarətdir. Birinci başlıqBoyalarda yaşayan ömüradlanır. Burada rəssamın həyatı yaradıcılığı haqqında geniş məlumat verilir. İkinci başlıqHəyat fəaliyyətinin əsas tarixləriadlanır. Diqqəti cəlb edən maraqlı başlıqlardan biri Görkəmli şəxsiyyətlər Səttar Bəhlulzadə haqqındadır. Burada Anri Fujenonun, Mikayıl Abdullayevin, Rəsul Rzanın, Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Tağı Tağıyevin, Ömər Eldarovun, Toğrul Nərimanbəyovun, Vladimir Negitaylonun, Elmira Hüseynovanın, Anarın, Səlim Ədnanın, Ziyadxan Əliyevin, Qrirori Anisixovun fikirləri öz əksini tapmışdır. Başlıqlardan biri Səttar Bəhlulzadənin yaradıcılıq irsinin kitabxanalarda təbliğiadlanır. Vəsaitin sonunda ədəbiyyat verilmişdir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 29 sentyabr.- S. 12.