Xal­qın qan­la ya­zıl­mış qəh­­man­lıq sal­na­­si

 

20 Yan­var ha­di­­si xal­­­zın is­tiq­lal mü­ba­ri­­si­nin ən şə­rəf­li ­hi­­­rin­dən­dir

 

"XX əsr ta­ri­xin­də to­ta­li­ta­riz­min tö­rət­di­yi ən qan­lı ter­ror akt­la­rın­dan bi­ri olan 20 Yan­var fa­ciə­sin­də Azər­bay­can xal­qı­na qar­şı iş­lə­dil­miş ci­na­yət, əs­lin­də, bə­şə­riy­yə­tə, humaniz­mə, azad­lı­ğa qar­şı hə­ya­ta ke­çi­ril­miş dəh­şət­li bir əməl­dir. Xal­qı­mız əmin­dir ki, müqəs­sir­lər ta­rix, bə­şə­riy­yət, elə­cə də, Azər­bay­can xal­qı qar­şı­sın­da ca­vab ver­mə­li olacaqlar. Bu gün Azər­bay­can xal­qı mil­li mən­li­yi­ni qo­ru­maq üçün öz can­la­rın­dan keç­mə­yə ha­zır olan öv­lad­la­rı ilə fəxr edir".

 

Hey­dər ƏLİ­YEV

 

Mə­lum ol­du­ğu ki­mi, 1990-cı il yan­va­rın 19-dan 20-nə ke­çən ge­cə Azər­bay­can­da baş ve­rən qan­lı 20 Yan­var ha­di­sə­si hə­lə də yad­daş­lar­dan si­lin­mə­yib. Bu ta­ri­xi fa­ciə ne­çə il­lər­dir ki, küt­lə­vi for­ma­da yad edi­lir. Hər il Şə­hid­lər Xi­ya­ba­nı­na küt­lə­vi axın bir da­ha sü­but edir ki, 20 Yan­var faciə­si­nin qur­ban­la­rı Azər­bay­ca­nın müs­tə­qilli­yi uğ­run­da öz­lə­ri­ni fə­da edən şəxs­lər ol­du­ğu üçün heç vaxt yad­daş­lar­dan si­lin­mə­yə­cək. Azər­bay­can xal­qı­na qar­şı tö­rə­dil­miş bu fa­ciə­li ta­ri­xi gü­nə ay­dın­lıq gə­tir­mək üçün bir sı­ra si­ya­sət­çi­lə­rə mü­ra­ci­ət et­dik.

 

YAP Sə­ba­il ra­yon təş­ki­la­tı­nın səd­ri­nin müa­vi­ni Əh­li­man Qa­ra­yev:

 

- 20 Yan­var ha­di­sə­si so­vet im­pe­ri­ya­sı ta­ri­xin­də ən qan­lı lə­kə­lər­dən bi­ri­dir. Hə­min vaxt Qor­ba­çov baş­da ol­maq­la, so­vet rəh­bər­li­yi SSRİ Kons­ti­tu­si­ya­sın­da gös­tə­ri­lən xalq­la­rın təhlükəsiz­li­yi­nin tə­min olun­ma­sı prin­si­pi­ni tap­da­ya­raq Azər­bay­can xal­qı­na qan­lı di­van tut­du. Hal­bu­ki bu döv­lə­tin Kons­ti­tu­si­ya­sı­na gö­rə döv­lət öz və­tən­daş­la­rı­nı qo­ru­ma­lı idi. He­sab edi­rəm ki, 20 Yan­var ha­di­sə­si so­vet im­pe­ri­ya­sı­nın Azər­bay­can xal­qı­na qar­şı hə­ya­ta ke­çir­di­yi dəh­şət­li soy­qı­rı­mı ha­di­sə­si­dir. Dün­ya ta­ri­xi dur­duq­ca çar Ru­si­ya­sı və so­vet im­pe­ri­ya­sı­nın ta­ri­xi araşdırılar­kən, hər iki im­pe­ri­ya­nın xal­qı­mı­za qar­şı apar­dı­ğı qan­lı soy­qı­rım si­ya­sə­ti­nin sı­ra­sın­da bir ağır sə­hi­fə­ni də 20 Yan­var fa­ciə­si təş­kil edir.

Qeyd edim ki, Azər­bay­can xal­qı­nın ta­ri­xin­də 20 Yan­var ha­di­sə­si ən şan­lı, ən par­laq səhifələr­dən bi­ri­dir. 20 Yan­var ha­di­sə­lə­ri onu da sü­but et­di ki, Azər­bay­can xal­qı Qa­ra­ba­ğın ondan qo­pa­rı­lıb baş­qa­sı­na ve­ril­mə­si­nə ra­zı de­yil. Bü­tün bun­lar tor­paq­la­rı­mı­zın əlin­dən alınmasına qar­şı xal­qın küt­lə­vi eti­ra­zı idi. 20 Yan­var ha­di­sə­lə­rin­də aya­ğa du­ran xal­qı­mı­zın yeganə tə­lə­bi Qa­ra­ba­ğın əli­miz­dən get­mə­mə­si idi. Xalq ba­şa düş­dü ki, tor­paq­la­rı­nı, su­ve­ren­li­yi­ni qo­ru­maq üçün azad ol­ma­lı­dır.

20 Yan­var ha­di­sə­lə­ri­nin mü­hüm nə­ti­cə­lə­rin­dən bi­ri də odur ki, bu ha­di­sə so­vet imperiyasının da­ğıl­ma­sın­da cid­di rol oy­na­dı. Hə­min vaxt SSRİ-nin tər­ki­bin­də olan respublikalarda Azər­bay­can­da­kı ki­mi im­pe­ri­ya­ya qar­şı kəs­kin di­rə­niş ol­ma­mış­dı. Bu ba­xım­dan, SSRİ-nin çök­mə­sin­də xal­qı­mı­zın mü­ba­ri­zə­si mü­hüm rol oy­na­dı. Əl­bət­tə, SSRİ-nin da­ğıl­ma­sı­nın ümu­mi sə­bəb­lə­ri var. Bu, so­sia­lizm sis­te­mi­nin qü­sur­la­rı ilə bağ­lı­dır. An­caq bu pro­se­sin sürətlənmə­sin­də Azər­bay­can xal­qı­nın mü­ba­ri­zə­si bö­yük önəm kəsb et­di və 20 Yan­var ha­di­sə­si so­vet rejimi­nin iç üzü­nü aç­dı. Ona gö­rə də, 20 Yan­var ha­di­sə­lə­ri is­tiq­lal mü­ba­ri­zə­mi­zin na­dir hadisələrin­dən bi­ri və ta­ri­xi­mi­zin qü­rur sə­hi­fə­si­dir.

Gə­lə­cək nə­sil­lər öz yad­daş­la­rı­na həkk edə­cək­lər ki, Azər­bay­can xal­qı­nı məhv et­mək mümkün de­yil. Be­lə və­ziy­yət­lər­də mil­lə­tin ön­dər­lə­ri üzə çı­xa­raq mü­ba­ri­zə­nin önün­də ge­dir. 20 Yan­var za­ma­nı da be­lə ol­du. O dövr­də Azər­bay­can in­for­ma­si­ya blo­ka­da­sı­na alın­dı­ğı hal­da ulu ön­dər Hey­dər Əli­yev yan­va­rın 21-də Mosk­va­da Azər­bay­ca­nın dai­mi nü­ma­yən­də­li­yi­nə gə­lə­rək Qor­ba­ço­vun ci­na­yət­kar ol­du­ğu­nu dün­ya­ya bə­yan et­di. Sü­but elə­di ki, xalq sa­hib­siz de­yil, Hey­dər Əli­yev ki­mi rəh­bə­ri var. Rəh­bər nə­yə qa­dir ol­du­ğu­nu 20 Yan­var­da sü­but et­di. Bu gün Azərbaycan­da Hey­dər Əli­yev yo­lu uğur­la da­vam edir. 20 Yan­var şə­hid­lə­rin ai­lə­lə­ri­nə döv­lət yardım­la­rı ar­tı­rı­lır. Pre­zi­dent İl­ham Əli­yev Hey­dər Əli­yev si­ya­si kur­su­nun la­yiq­li da­vam­çı­sı ki­mi bö­yük öndə­ri­mi­zin yo­lu­nu da­vam et­di­rir. Xü­su­si­lə, Qa­ra­bağ mə­sə­lə­sin­də öl­kə Pre­zi­den­ti bü­tün dün­ya­ya Er­mə­nis­ta­nın tə­ca­vüz­kar ol­du­ğu­nu bə­yan edir. Döv­lət baş­çı­sı, ey­ni za­man­da, dün­ya miq­ya­sın­da er­mə­ni­lə­ri ba­şa sa­lır ki, on­la­rın otur­du­ğu tor­paq­lar da ta­ri­xi Azər­bay­can əra­zi­lə­ri­dir və Azər­bay­can xal­qı­nın bu tor­paq­la­rı tə­ləb et­mək hü­qu­qu var.

 

YAP İmiş­li ra­yon təş­ki­la­tı­nı səd­ri Sə­fa Ağa­yev:

 

- Azər­bay­ca­nın ta­ri­xi­nə qan­lı hərf­lər­lə ya­zıl­mış 20 Yan­var fa­ciə­si­nin 19-cu il­dö­nü­mü qeyd edi­lə­cək. Fa­ciə­dən ke­çən müd­dət, nə­in­ki hə­min ge­cə baş ve­rən dəh­şət­lə­ri unut­du­rub, ək­si­nə, həmin qan­lı ola­yın yad­daş­lar­da həkk olun­ma­sı pro­se­si baş ve­rib. Fa­ciə­nin şa­hi­di olan in­san­lar indi hə­min ge­cə­nin va­hi­mə­si­ni xa­tır­la­yır­lar. Xal­qı­mız, o cüm­lə­dən, İmiş­li ra­yon sa­kin­lə­ri bir ara­ya gə­lə­rək ta­ri­xin ən çə­tin sı­naq döv­rü ol­du­ğu­nu bil­dir­di­lər. Onu da qeyd edim ki, 20 Yan­var ha­di­sə­si həm Azər­bay­can­da, həm so­vet mə­ka­nın­da ge­dən pro­ses­lə­rin nə­ti­cə­si ki­mi mey­da­na çıx­mış­dır.

O za­man öl­kə­də ha­ki­miy­yət­siz­li­yin get­dik­cə vü­sət al­ma­sı, ida­rə­çi­li­yin zə­if­lə­mə­si insanların, ge­niş xalq küt­lə­si­nin mə­na­fe­lə­ri­nin ar­xa pla­na keç­mə­si ilə nə­ti­cə­lə­nir­di. Bu məsələlərin həl­lin­də bi­ga­nə­li­yin, öz­ba­şı­na­lı­ğın art­ma­sı be­lə bir eti­raz dal­ğa­sı­nın ya­ran­ma­sı­na gəti­rib çı­xar­mış­dır. Nə­ti­cə­də, bir tə­rəf­dən, Azər­bay­ca­na qar­şı olan haq­sız, əda­lət­siz tor­paq iddiası Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si­nin fə­al­laş­dı­rıl­ma­sı, di­gər tə­rəf­dən Azər­bay­ca­nın bir res­pub­li­ka ki­mi mə­na­fe­lə­ri­nin tap­da­lan­ma­sı xalq ara­sın­da bö­yük na­ra­zı­lı­ğa sə­bəb olur­du. Hə­min məsələlərin Azər­bay­ca­nın mə­na­fe­lə­ri nə­zə­rə alın­ma­dan in­ki­şaf et­mə­si bü­tün bu ha­di­sə­lə­ri da­ha da kəs­kin­ləş­dir­di. Öl­kə­də­ki və­ziy­yət 1989-cu ilin so­nun­da kri­tik həd­də gə­lib çat­dı. Bu hakimiyyət­siz­lik, anar­xi­ya, öz­ba­şı­na­lıq elə və­ziy­yət ya­rat­dı ki, bu qa­rı­şıq­lıq­da bir sı­ra qüv­və­lər pro­ses­lə­ri öz mə­na­fe­yi üçün is­ti­fa­də et­mə­yə ça­lış­dı­lar. Xü­su­si­lə , yan­var ayın­da Ba­kı­da törədilən qır­ğın­lar­la bir sı­ra pro­ses­lə­rə tə­sir edil­mə­yə ça­lı­şıl­dı. Am­ma bu­na bax­ma­ya­raq, 20 Yanvar ha­di­sə­si za­ma­nı Azər­bay­can xal­qı­nın ira­də­si, və­tə­nin, tor­paq­la­rı­nın bü­töv­lü­yü­nü qorumaq mə­sə­lə­sin­də dü­şün­cə­lə­ri vəh­dət­li­yi özü­nü gös­tər­di.

Öl­kə­mi­zin nü­ma­yən­də­lə­ri, yaş­lı ca­van nəs­li bir da­ha o dövr­kü möv­qe­yi ilə nü­ma­yiş etdir­di ki, han­sı­sa si­ya­si dai­rə­lə­rin is­tə­yin­dən ası­lı ol­ma­ya­raq, sa­də və­tən­daş­lar bu pro­ses­lə­rin müs­bət məc­ra­da in­ki­şaf et­mə­si­nə, Azər­bay­can xal­qı­nın hə­qi­qi mə­na­fe­lə­ri­nin qo­run­ma­sı­na tərəfdar­dır­lar. Tə­bii ki, bü­tün bun­lar­dan öt­rü can­la­rı­nı qur­ban ver­mə­yə tə­rəd­düd et­mir­lər. Azər­bay­can öv­lad­la­rı­nın at­dı­ğı bu ad­dım həm fa­ciə, di­gər tə­rəf­dən isə, hə­mi­şə qeyd et­di­yi­miz kimi, bir qəh­rə­man­lıq nü­mu­nə­si idi. Ey­ni za­man­da, bu mə­sə­lə Azər­bay­ca­na qar­şı tö­rə­dil­miş sovet qo­şun­la­rı­nın, er­mə­ni məkr­li qüv­və­lə­rin at­dı­ğı bu ad­dım­lar xal­qı­mı­zın ira­də­si­ni sar­sıt­ma­dı, ək­si­nə, ve­ri­lən it­ki­lə­rə bax­ma­ya­raq Azər­bay­can xal­qı öz qə­ti möv­qe­yin­dən dön­mə­di. Bu baxımdan 20 Yan­var ola­yı ta­ri­xi­mi­zə qan­lı hərf­lər­lə ya­zıl­mış şan­lı ha­di­sə­dir. Bu fa­ciə həm qəhrə­man­lıq abi­də­si, həm mil­li fa­ciə ki­mi se­vil­mə­yə la­yiq­dir.

 

YAP Sa­bun­çu ra­yon təş­ki­la­tı­nın apa­rat rəh­bə­ri Ma­naf Ma­na­fov:

 

- 20 Yan­var fa­ciə­si hər bir azər­bay­can­lı­nın yad­da­şın­da­dır. Bu fa­ciə bir çox ai­lə­lə­ri baş­sız qoy­du. İn­san­lar doğ­ma­la­rı­nı, qo­hum­la­rı­nı, ya­xın­la­rı­nı itir­di­lər. Di­gər tə­rəf­dən isə, Azər­bay­can xal­qı öz müs­tə­qil­li­yi­ni hər şey­dən üs­tün, uca tut­du. Xalq baş­dan-aya­ğa si­lah­lan­mış bir or­du­nun qar­şı­sı­na əli­ya­lın çıx­dı. Xal­qı­mız o gün­lər­də da­ha mü­tə­şək­kil idi. Ən şi­rin ne­mət olan ca­nı­nı müs­tə­qil­lik yo­lun­da ve­rən xal­qı­mız öz su­ve­re­ni­li­yi­ni qa­nı ba­ha­sı­na əl­də et­di. İm­pe­ri­ya qüv­və­lə­ri müx­tə­lif res­pu­li­ka­lar­da mil­lət­lə­ra­ra­sı ni­faq, düş­mən­çi­lik sa­lır keç­miş­də olan mü­na­qi­şə­lə­ri yeni­dən oya­dır­dı. Bu, Qor­ba­ço­vun Azər­bay­can­da baş­la­nan mil­li hə­rə­ka­tı boğ­maq ar­zu­sun­dan irə­li gə­lir­di. O za­man Azər­bay­ca­na rəh­bər­lik edən adam­la­rın xalq­dan uzaq düş­mə­si bu ha­di­sə­nin baş ver­mə­si­nə rə­vac ver­di. Xal­qın təş­ki­lat­lan­ma­sı işi­ni düz­gün qu­ra bil­mə­yən­lər xal­qı meydanlara ça­ğı­rır­dı.

Bu, bir ta­rix­dir ha­di­sə­lər hər kə­sin gö­zü önün­də baş ve­rib. O vaxt res­pub­li­ka­ya rəh­bər­lik edən şəxs ulu ön­də­ri­miz Hey­dər Əli­yev sə­viy­yə­sin­də ol­say­dı, ya­xud da, elə ön­də­ri­mi­zin özü olsay­dı, Qor­ba­çov özün­də o cə­sa­rə­ti tap­maz­dı. Xalq­la Hey­dər Əli­yev ara­sın­da olan bir­lik qaniçən­lə­ri qan tök­mək­dən çə­kin­di­rər­di. Azər­bay­ca­nın geo­si­ya­si şə­rai­ti bir çox öl­kə­lə­rin maraq­la­rı­nın bu əra­zi­də toq­quş­ma­sı­na gə­ti­rib çı­xa­rır­dı. Ta­rix bi­zə bir ne­çə il əv­vəl Hey­dər Əliyev şəx­siy­yə­ti­ni bəxş et­səy­di, tə­bii ki, bu qır­ğın­lar, Qa­ra­bağ dü­yü­nü ol­maz­dı. Ta­rix­də şəxsiy­yə­tin ro­lu bö­yük­dür. Xəs­tə ol­ma­sı­na bax­ma­ya­raq, Hey­dər Əli­yev Azər­bay­ca­nın Moskvada­kı nü­ma­yən­də­li­yi­nə gə­lə­rək rəs­mi şə­kil­də im­pe­ri­ya­nın baş­çı­sı­na öz eti­ra­zı­nı bil­dir­di.

Ulu ön­də­rin bu ad­dı­mı fa­ciə­nin acı­sı­nı ya­şa­yan xalq­da özü­nə inam ya­rat­dı. An­caq ci­na­yət olan yer­də cə­za da ol­ma­lı­dır. Bu fa­ciə­ni tö­rə­dən­lər öz qa­nu­ni cə­za­sı­nı al­ma­lı­dır. Xal­qın nif­rə­ti isə ən bö­yük cə­za­dır, on­lar bu cə­za­nı alıb­lar ala­caq­lar. An­caq onu da qeyd edim ki, 20 Yan­var xal­qı­mı­zın ta­ri­xi­nə şə­rəf­li bir gün ki­mi həkk olun­du. Ya­şın­dan ası­lı ol­ma­ya­raq, hər bir azərbaycan­lı şə­hid­lə­rin anım gü­nü­nü qü­rur­la, fəxr­lə anır. Və­tə­nin azad­lı­ğı, müs­tə­qil­li­yi uğ­run­da ca­nın­dan ke­çən soy­daş­la­rı­mı­zın mə­za­rı xal­qı­mı­zın zi­ya­rət­ga­hı­na çev­ri­lib. 20 Yan­var ta­ri­xin­də baş ve­rən ha­di­sə­lər xal­qı­mı­zın mil­li qü­rur his­si­ni da­ha da for­ma­laş­dır­dı. Al­lah şə­hid­­ rəh­mət elə­sin!

 

 

Kamalqızı Rəfiqə

 

Səs.- 2009.- 15 yanvar.- S.7.