Mi­ka­yıl Müş­fi­ həsr olun­muş ədə­bi-­dii ge­ ke­çi­ril­di

 

Azər­bay­can klas­sik ədə­biy­ya­tı­nın gör­kəm­li nü­ma­yən­də­si olan Mi­ka­yıl Müş­fiq bü­tün zaman­lar üçün diq­qət mə­kə­zin­də ol­du­ğun­dan müa­sir döv­rü­müz­də də onun ya­ra­dı­cı­lıq ir­si­nə məhəb­bət his­si son­suz­dur. Bil­di­yi­niz ki­mi, sə­nət­ka­rın 100 il­lik yu­bi­le­yi­nin döv­lət sə­viy­yə­sin­də qeyd edil­mə­si­lə bağ­lı sə­rən­cam im­za­lan­mış­dır. Sə­rən­ca­ma əsa­sən, bir çox mə­də­niy­yət ocaqlarında, təh­sil mü­əs­si­sə­lə­rin­də yu­bi­ley təd­bir­lə­ri ke­çi­ril­miş, ədə­bi-bə­dii kom­po­zi­si­ya­lar təşkil olun­muş­dur.

Dü­nən Sə­ba­il ra­yon 160 say­lı klas­sik gim­na­zi­ya­da Mi­ka­yıl Müş­fi­qin 100 il­lik yu­bi­le­yi­nə həsr olun­muş təd­bir ke­çi­ril­di. Təd­bi­ri gi­riş sö­zü ilə açan gim­na­zi­ya­nın di­rek­to­ru Fai­na Ələkbərova aça­raq, Azər­bay­can poe­zi­ya­sın­da yer tu­tan Mi­ka­yıl Müş­fiq ədə­bi ya­ra­dı­cı­lı­ğı­na diqqət ye­ti­rə­rək, onun 100 il­lik yu­bi­le­yi ilə əla­qə­dar ola­raq təh­sil mü­əs­si­sə­sin­də ədə­bi-bə­dii ge­cə təş­kil olun­du­ğu­nu bil­dir­di. O, ötən il res­pub­li­ka sə­viy­yə­sin­də təş­kil olu­nan sil­si­lə tə­bir­lə­rin keçiril­mə­si­ni vur­ğu­la­ya­raq, hə­min təd­bir­lə­rin da­va­mı ola­raq bu gün gim­na­zi­ya­nın şa­gird­lə­ri tərəfin­dən ha­zır­la­nan Mi­ka­yıl Müş­fiq ya­ra­dı­cı­lı­ğı­na həsr olun­muş ədə­bi-bə­dii kom­po­zi­si­ya­nın ya­ra­dı­cı kol­lek­ti­vi­nin əmə­yi­ni xü­su­si qeyd et­di. F.Ələk­bə­ro­va bil­dir­di ki, ədə­bi-bə­dii kompozisiya­nın re­jis­so­ru, Rus Dram Te­at­rı­nın akt­ri­sa­sı, res­pub­li­ka­nın əmək­dar ar­tis­ti Aleksandra Ni­ku­şi­na­dır. Onun re­jis­sor­lu­ğu əsa­sın­da ər­sə­yə gə­lən ədə­bi-bə­dii kom­po­zi­si­ya gimna­zi­ya­nın 10-cu e si­nif şa­gird­lə­ri­nin ifa­sın­da təq­dim olun­du. Kom­po­zi­si­ya­nın sü­jet xət­tin­də Mi­ka­yıl Müş­fiq şəx­siy­yə­ti­nə olan mü­na­si­bət də so­vet re­ji­mi­nin sərt il­lə­rin­də rep­res­si­ya qurbanına çev­ri­lən zi­ya­lı­ya olan təz­yiq­lər da­ya­nır. Müş­fiq ob­ra­zı­nı Rə­hi­mov İsa, Dil­bə­ri Qurbano­va Ley­la, Müş­fi­qin ana­sı­nı isə Qa­fa­ro­va Ay­dan təq­dim et­di.

Emo­sio­nal bir şə­kil­də ha­zır­lan­mış kom­po­zi­si­ya­da 10-cu e si­nif şa­gird­lə­ri­nin, de­mək olar ki, hər bi­ri bö­yük mə­ha­rət­lə öz üzər­lə­ri­nə dü­şən ob­raz­la­rı ya­rat­ma­ğa mü­vəf­fəq ol­du­lar. Xü­su­si­lə, qeyd edək ki, Müş­fiq ob­ra­zı­nın ya­ra­dı­cı­sı mək­təb­li ol­ma­sı­na bax­ma­ya­raq, xü­su­si us­ta­lıq göstərərək, bö­yük şai­rin hə­yat və fəa­liy­yə­ti­nin mü­əy­yən ştirx­lə­ri­ni nə­zə­rə çat­dır­dı. Ke­çir­di­yi psixo­lo­ji mə­qam­la­rı iş­ti­rak­çı­la­ra təq­dim edən Rə­hi­mov İsa Mi­ka­yıl Müş­fiq haq­qın­da­kı gerçəklik­lə­ri qı­sa bir za­man kə­si­yin­də təq­dim et­mə­yə na­il ol­du.

Ədə­bi-bə­dii kom­po­zi­si­ya iş­ti­rak­çı­lar tə­rə­fin­dən bö­yük rəğ­bət­lə qar­şı­lan­dı.

 

 

Zümrüd

 

Səs.- 2009.- 15 yanvar.- S. 12.