İlham Əliyev: "Azərbaycan dünya üçün etibarlı tərəfdaşdır"

 

Nazirlər kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası keçirilib

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası keçirilmişdir. İclası giriş nitqi ilə açan dövlətimizin başçısı bildirdi ki, 2008-ci il dünya tarixinə maliyyə böhranı kimi daxil olsa da, əvvəlki illər kimi, ötən il də Azərbaycan üçün uğurlu oldu. Prezident İlham Əliyev bunu Azərbaycanın inkişafı istiqamətində ciddi işlərin görülməsi ilə əlaqələndirdi. Əhalinin pul gəlirlərində 36 faiz artım qeydə alındığını deyən Prezident ökədə yoxsulluğun səviyyəsinin də aşağı düşdüyünü, minimum əmək haqqının və minimum pensiyanın 50 faiz artırıldığını bildirdi. Qeyd etdi ki, hazırda Azərbaycanda orta aylıq əmək haqqı 335 dollar, orta aylıq pensiya isə 120 dollar həddindədir. Uğurla həyata keçirilən ünvanlı sosial yardım proqramı 2009-cu ildə də davam etdiriləcəkdir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurlu icrası nəticəsində iqtisadiyyatın şaxələndirildiyini, yeni infrastruktur layihələrinin həyata keçirildiyini bildirən dövlət başçısı dedi ki, indi növbəti 5 il üçün yeni proqram hazırlanır. Son 5 ildə 766 min yeni yeri açılıb, onlardan 548 mini daimidir. Təkcə 2008-ci ildə 120 mindən çox yeni yeri yaradılıbdır.

Prezident İlham Əliyev Azərbaycanın inkişafını yalnız neft qaz amili ilə bağlamağın qəbuledilməz olduğunu, iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasətin, ölkənin milli maraqlarının qorunmasının demokratik islahatların dayandığını vurğuladı, Dünya Bankının 2008-ci ildə Azərbaycanı ilin ən islahatçı ölkəsi elan etməsini xatırlatdı. Dövlətimizin başçısı dedi ki, dünyada müşahidə olunan maliyyə böhranına baxmayaraq, 2009-cu ilin dövlət büdcəsi daha böyükdür. Bu ilin dövlət büdcəsinin xərcləri 15,4 milyard dollar, icmal büdcə isə 18,4 milyard dollardır. İndi Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Ölkəmizin enerji sahəsində əldə etdiyi uğurlar da mövqelərimizi möhkəmləndiribdir. Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib dünya üçün etibarlı tərəfdaşa çevrilibdir. İndi Azərbaycanın neft qazını dünya bazarına çıxaran 7 kəmər var onların hamısı işləyir. Ölkəmiz nəqliyyat sektorunda da ciddi tədbirlər görür, beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir.

Prezident İlham Əliyev 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqelərinin daha da gücləndiyini vurğuladı. BMT Baş Məclisində Azərbaycanın mövqeyini dəstəkləyən qətnamənin qəbulunu ölkəmizin siyasi diplomatik uğuru, Azərbaycan Ermənistan prezidentlərinin imzaladıqları Moskva bəyannaməsini bunun davamı kimi qiymətləndirdi. Bildirdi ki, bəyannamədə əksini tapan müddəalar ölkəmizin mövqeyini tam əks etdirir münaqişənin beynəlxalq hüquq normaları əsasında həllini hədəfləyir.

Dövlətimizin başçısı 2009-cu ildə ordunun büdcəsinin artırıldığını Azərbaycanın hərbi xərclərinin 2,3 milyard dollar təşkil edəcəyini bildirdi. 2008-ci ilin mühüm hadisələri sırasında prezident seçkilərini xatırladan Prezident İlham Əliyev dedi ki, bu seçkilərin nəticələri Azərbaycan xalqının mövcud hakimiyyətin siyasətini bəyəndiyini dəstəklədiyini göstərdi.

Sonra maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov 2008-ci ildə ölkənin sosial-iqtisadi inkişafından danışdılar.

Prezident İlham Əliyev yekun nitqində bildirdi ki, dünya maliyyə böhranının nəticələrinin Azərbaycanda minumuma endirilməsi 2009-cu ildə əsas hədəflərdən biridir. Dövlət başçısı bir daha ölkəmizin enerji siyasətinin uğurlarından danışdı, bildirdi ki, hazırda Azərbaycan qaz ixrac edən ölkəyə çevrilibdir. Ölkə daxilində isə qazlaşdırma 85 faizə çatdırılmışdır. 2009-cu ildə Azərbaycan qazının nəqli ilə bağlı tranzit sazişinin imzalanacağı təqdirdə, Yunanıstan Bolqarıstana qaz ixrac olunacaqdır. Hazırda Azərbaycanın qaz ehtiyatlarının minimum həcmi 2 trilyon kubmetr təşkil edir.

Prezident İlham Əliyev bank sektorunun inkişafı ilə bağlı ciddi tədbirlərin görülməsi, sosial proqramların icrası ilə bağlı tapşırıqlarını verdi. Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırıldığını, maliyyə böhranının təsir etdiyi, bununla da ixrac qabiliyyəti aşağı düşən müəssisələrə dövlətin yardım etdiyini bildirdi. Dövlət başçısı 2009-cu ildə nəzərdə tutulan bütün işlərin icrasının, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşmasının diqqətdə saxlanılmasının zəruriliyini bir daha vurğuladı.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2009.- 17 yanvar.- S. 2.