AV­RO­PA "NA­BUC­CO­NU" MÜ­ZA­Kİ­RƏ ET­Dİ

 

PRE­Zİ­DENT İL­HAM ƏLİ­YE­VİN BU­DA­PEŞT SAM­Mİ­TİN­DƏ İŞ­Tİ­RA­KI KƏ­MƏ­RİN RE­AL­LAŞ­MA­SIN­DA RƏS­Mİ BA­KI­NIN MA­RA­ĞI­NI OR­TA­YA QOY­DU

 

Ma­ca­rıs­ta­nın pay­tax­tı Bu­da­peşt­də öz işi­nə baş­la­yan "Na­buc­co" qaz kə­mə­ri­nin çə­ki­li­şi­nə həsr olun­muş sam­mit bü­tün dün­ya­nın diq­qət mər­kə­zin­də­dir. Zir­və top­lan­tı­sın­da Pre­zi­dent İl­ham Əli­ye­vin iş­ti­ra­kı isə bu bey­nəl­xalq la­yi­hə­yə­yə rəs­mi Ba­kı­nın ma­raq və diq­qə­ti­ni or­ta­ya qo­yur.

Qeyd edək ki, sam­mi­tin ge­di­şi­ni bü­tün ma­raq­lı tə­rəf­lər, o cüm­lə­dən Ru­si­ya da diq­qət­lə iz­lə­yir. "Ru­si­ya qa­zı ol­ma­sa, Na­buc­co bö­yük id­dia­la­ra və dü­şü­nül­mə­miş ad­dım­la­ra ba­riz bir abi­də ola bi­lər". Ru­si­ya baş na­zi­ri­nin bi­rin­ci müa­vi­ni, ey­ni za­man­da, "Qazp­rom"un da səd­ri olan Vik­tor Zub­kov sam­mi­tin ge­di­şi­ni məhz bu cür qiy­mət­lən­di­rib. Əs­li­nə ba­xan­da Ru­si­ya­nın pes­si­miz­mi üçün bu gün ye­tə­rin­cə əsas­lar da var. Çün­ki hə­lə ki, "Na­buc­co" kə­mə­ri­nə qaz ve­rə­cək döv­lət­lər-Azər­bay­can, Türk­mə­nis­tan və Qa­za­xıs­tan la­yi­hə­nin ma­liy­yə­ləş­mə­si­ni göz­lə­yir. İran da "Na­buc­co" ya qaz ver­mək is­tə­yir, am­ma Ame­ri­ka və Av­ro­pa­nın ya­xın gə­lə­cək­də bu­nun­la ra­zı­la­şa­ca­ğı su­al al­tın­da­dır. İraq da öz növ­bə­sin­də, "Na­buc­co" ya qaz ver­mək is­tə­yir, am­ma ora­da la­zı­mi inf­rast­ruk­tur və tə­mi­nat­lar yox­dur.

"Na­buc­co" la­yi­hə­si­nin il­kin qiy­mə­ti isə 8 mlrd av­ro­dur. Hə­lə ki, heç bir öl­kə və ya bank bu la­yi­hə­ni ma­liy­yə­ləş­dir­mə­yi üzə­ri­nə gö­tür­mə­yib. Çün­ki bank­lar da "Na­buc­co" ilə bağ­lı ən azı hər han­sı döv­lət­lə­ra­ra­sı sa­zi­şin im­za­lan­ma­sı­nı və re­al sa­tı­cı­lar­la alı­cı­la­rın or­ta­ya çıx­ma­sı­nı göz­lə­yir. Üs­tə­lik, si­ya­si prob­lem­lər də yox de­yil. Mə­sə­lən, Avs­tri­ya, Bol­qa­rıs­tan, Ma­ca­rıs­tan, Ru­mı­ni­ya ilə bir­gə kon­sor­siu­mun ya­ra­dı­cı­la­rın­dan olan Tür­ki­yə bir sı­ra tə­ləb­lər irə­li sü­rür. Tür­ki­yə­nin Baş na­zi­ri Rə­cəb Tay­yib Ər­do­ğan isə "Na­buc­co"ya ver­dik­lə­ri dəs­tə­yin öl­kə­si­nin Av­ro­pa Bir­li­yi­nə üzv­lü­yü mə­sə­lə­sin­dən ası­lı ola­ca­ğı­na işa­rə edib. Tur­ki­yə­nin tə­ləb­lə­rin­dən bi­ri də odur ki, "Na­buc­co"dan ke­çə­cək qa­zın 15 fa­zi­ni öz eh­ti­yac­la­rı­na sərf et­mək is­tə­yi­dir.

An­caq heç də hər kəs "Na­buc­co"dan bəd­gü­man de­yil. BBS ra­dio­su­nun əmək­da­şı Bryus Pan­nie­rin fik­rin­cə, iş­ti­rak­çı öl­kə­lə­rin nü­ma­yən­də­lə­ri ilə təx­mi­ni söh­bət­lər­dən, de­mək olar ki, "bu də­fə mə­sə­lə tam cid­di­dir". Av­ro­pa bu qış da Ru­si­ya-Uk­ray­na mü­ba­hi­sə­si üzün­dən qaz­sız qa­lan­dan son­ra ar­tıq ye­tə­rin­cə qə­rar­lı­dır. B.Pan­nie­rin Bu­da­peşt­dən ver­di­yi son mə­lu­mat­la­ra gö­rə, sam­mit­də kon­sor­siu­mun ya­ra­dı­cı­la­rı-Avs­tri­ya, Ma­ca­rıs­tan, Tür­ki­yə, Ru­mı­ni­ya, Bol­qa­rıs­tan və hət­ta Al­ma­ni­ya­nın da ener­ji na­zir­lə­ri­nin iş­ti­ra­kı, "Na­buc­co"nun po­ten­si­al ix­ra­cat­çı­la­rı qis­min­də Mi­sir, İraq, Azər­bay­can, Qa­za­xıs­tan, hət­ta Türk­mə­nis­ta­nın da yük­sək sə­viy­yə­də təm­sil olun­ma­sı, ha­be­lə, la­yi­hə­ni dəs­tək­lə­yən­lə­rin - ABŞ, Av­ro­pa Bir­li­yi, Av­ro­pa Ye­ni­dən­qur­ma və İn­ki­şaf Ban­kı nü­ma­yən­də­lə­ri­nin də ak­tiv­li­yi bu­nu de­mə­yə əsas ve­rir. "Mən ina­nı­ram ki bu sam­mi­tin əsas məq­sə­di "Na­buc­co" kə­mə­ri­nin ti­kil­mə­si üçün va­cib olan ra­zı­laş­ma­nı im­za­la­yıb, ma­liy­yə­ləş­mə­si­ni tə­min et­mək üçün ən­gəl­lə­ri ara­dan qal­dır­maq­dır. Sam­mi­tə qa­tı­lan­la­rın ara­sın­da Av­ro­pa Ye­ni­dən­qur­ma və İn­ki­şaf Ban­kı və baş­qa Av­ro­pa ma­liy­yə ins­ti­tut­la­rı­nın nü­ma­yən­də­lə­ri də var. Bu üz­dən mən göz­lə­yi­rəm ki, ye­kun­da ve­ri­lən açıq­la­ma­lar­dan bi­ri o ola­caq ki, kə­mə­ri tik­mək üçün la­zım olan ma­liy­yə­ni ayır­ma­ğa ha­zı­rıq və işə baş­la­ya bi­lə­rik" - de­yə B.Pan­ni­er bil­di­rib. B.Pan­ni­er qeyd edir ki, ar­tıq Bu­da­peşt­də olan Tür­ki­yə­nin ener­ji na­zi­ri Hil­mi Gü­lə­rin baş­çı­lıq elə­di­yi nü­ma­yən­də he­yə­ti­nin üzv­lə­ri də, qey­ri-rəs­mi söh­bət­lər­də "Na­buc­co" nu Av­ro­pa Bir­li­yi­nə üzv­lük mə­sə­lə­sin­də alət ki­mi gör­mə­dik­lə­ri­ni vur­ğu­la­yır­lar. Üs­tə­lik "Na­buc­co"nun ya­ra­dı­cı­la­rı olan Ma­ca­rıs­tan, Bol­qa­rıs­tan, Ru­mı­ni­ya, Avs­tri­ya ki­mi öl­kə­lə­rin nü­ma­yən­də­lə­ri, Av­ro­pa Bir­li­yi­nin, Av­ro­pa Ko­mis­si­ya­sı­nın ener­ji ko­mis­sa­rı ma­raq­lı tə­rəf­lə­ri re­al la­yi­həy­lə bağ­lı or­taq məx­rə­cə gə­tir­mək üçün çox ça­lı­şır­lar.

Kon­sor­siu­mun rəs­mi say­tın­da­kı biz­nes pla­na gö­rə isə "Na­buc­co" kə­mə­ri Tür­ki­yə-Gür­cüs­tan, Tür­ki­yə-İran sər­hə­din­də­ki iki nöq­tə­dən baş­la­ya­caq və Avs­tri­ya­ya qə­dər uza­na­caq. 3 min km uzun­lu­ğun­da­kı ana kə­mə­rin 2 min km-i Tür­ki­yə­dən, qa­lan his­sə­si isə Bol­qa­rıs­tan, Ru­mı­ni­ya, Ma­ca­rıs­tan və Avs­tri­ya­dan ke­çə­cək. La­yi­hə­nin ti­kin­ti­si­nə ar­tıq 2010-cu il­dən baş­la­nıl­ma­lı­dır və 2013-cü il­də ba­şa çat­ma­lı­dır. 8 mlrd av­ro­luq la­yi­hə­nin xər­ci­nin 30 fa­zi­ni bə­ra­bər şə­kil­də kon­sor­siu­mun ya­ra­dı­cı­la­rı ödə­yə­cək. Qa­lan 70 fa­zi isə kre­dit­lə bank­lar­dan alı­na­caq. Kə­mə­rin ke­çi­ri­ci­li­yi 2014-cü ilin so­nun­da il­də 30 mlrd kub m-ə ça­ta­caq. Bu kə­mə­rə Azər­bay­can, Türk­mə­nis­tan, Qa­za­xıs­tan, gə­lə­cək­də isə Mi­sir, İraq və İran qa­zı vu­ru­la­caq.

Mə­lum ol­du­ğu ki­mi, "Na­buc­co" qaz kə­mə­ri la­yi­hə­si ilə bağ­lı mü­za­ki­rə­lər­də bir sı­ra öl­kə ilə ya­na­şı Azər­bay­can da iş­ti­rak edir. Tür­ki­yə, Bol­qa­rıs­tan, Ru­mı­ni­ya, Ma­ca­rıs­tan, Avs­tri­ya və Al­ma­ni­ya Ru­si­ya­dan yan ke­çə­cək al­ter­na­tiv ya­na­caq marş­rut­la­rı­nın in­ki­şa­fı­nı öz öl­kə­lə­ri­nin ener­ji təc­hi­za­tın­da mü­hüm ad­dım he­sab edir. İn­for­ma­si­ya agent­lik­lə­ri­nə is­ti­na­dən Bu­da­peşt sam­mi­ti­nin əsas məq­sə­di kə­mə­rə si­ya­si və ma­liy­yə dəs­tə­yi­nin təs­diq­lən­mə­sin­dən iba­rət­dir. "Na­buc­co" kə­mə­ri iki mər­hə­lə­də in­şa edi­lə­cək. Eh­ti­mal­la­ra gö­rə 2010-cu il­də baş­la­yan bi­rin­ci mər­hə­lə­də kə­mər va­si­tə­si­lə An­ka­ra ilə Avs­tri­ya­nın Ba­um­gar­ten şə­hə­ri bağ­la­nı­la­caq. Plan­la­ra əsa­sən, bu vaxt işə sa­lı­nan bo­ru ilə təq­ri­bən 8 mlrd kub m qaz ötü­rü­lə­cək.

Avs­tri­ya­nın nü­fuz­lu "Die Pres­se" gün­də­lik qə­ze­ti­nin həf­tə­so­nu bu­ra­xı­lı­şın­da­kı mə­qa­lə­də isə qeyd olu­nur ki, Azər­bay­can Av­ro­pa­nın ma­raq­la­rı­nın mər­kə­zin­də nə­həng qaz ya­taq­la­rı­na ma­lik döv­lət ki­mi da­ya­nır. Av­ro­pa Bir­li­yi­nin xa­ri­ci əla­qə­lər üz­rə ko­mis­sa­rı Be­ni­ta Fer­re­ro-Vald­ner Av­ro­pa­nın ener­ji mə­sə­lə­lə­rin­də Qaf­qaz re­gio­nu ilə da­ha yax­şı mü­na­si­bət­lə­rin qu­rul­ma­sı­nın tə­rəf­da­rı­dır. Azər­bay­ca­nın Av­ro­pa­nın ma­raq­la­rı­nın mər­kə­zin­də nə­həng qaz ya­taq­la­rı­na ma­lik döv­lət ki­mi da­yan­dı­ğı­nı vur­ğu­la­yan mü­əl­lif qeyd edir ki, 2007-ci il­də ener­ji re­surs­la­rın tran­zit və ix­ra­cı sa­yə­sin­də öl­kə­də iq­ti­sa­di ar­tım 35 fa­iz, ötən il isə 24,7 fa­iz olub. Av­ro­pa Bir­li­yi­nin ali ida­rə­çi­lik or­qa­nı Av­ro­pa Ko­mis­si­ya­sı "Na­buc­co" qaz kə­mə­ri­ni ta­ma­mi­lə prio­ri­tet la­yi­hə elan edib. "Av­ro­pa öl­kə­lə­rin­də ener­ji­da­şı­yı­cı­la­rı­na bö­yük tə­lə­bat və ma­raq var­dır. Bu sə­bəb­dən də biz bu la­yi­hə­nin müm­kün qə­dər sü­rət­lə ger­çək­ləş­mə­si­nə ça­lı­şı­rıq". Ya­zı­da Be­ni­ta Fer­re­ro-Vald­ne­rin bu fi­kir­lə­ri də əks olu­nub. Av­ro­pa Bir­li­yi­nin ener­ji tə­mi­na­tın­da Ru­si­ya­dan ası­lı ol­du­ğu ya­zı­lan mə­qa­lə­də re­gio­nun neft-qaz tə­mi­na­tın­da müx­tə­lif mən­bə və kə­mər­lər­dən is­ti­fa­də olun­ma­sı va­cib amil ki­mi vur­ğu­la­nır. Xa­tır­la­daq ki, "Na­buc­co" la­yi­hə­si­nin mü­hən­dis­lik iş­lə­ri­nə ötən ay­dan eti­ba­rən start ve­ri­lib. La­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­si za­ma­nı tex­ni­ki de­tal­la­rı, mü­hən­dis­lik fəa­liy­yət­lə­ri­ni İn­gil­tə­rə­nin "Pen­sen Qrup" şir­kə­ti əla­qə­lən­di­rə­cək. La­yi­hə­də iş­ti­rak edən öl­kə­lə­rin bu iş­lər­də iş­ti­rak et­mək is­tə­yən yer­li şir­kət­lə­ri isə, bu ilin ilk ya­rı­sın­dan pro­se­sə qo­şu­la bi­lər.

Onu da qeyd edək ki, ha­zır­da hər il Ru­si­ya­dan alı­nan 125 mlrd kub m qaz Av­ro­pa­nın qa­za tə­lə­ba­tı­nın yal­nız dörd­də­bir his­sə­si­ni ödə­yir. Məhz bu­na gö­rə, öl­kə­mi­zin həm is­teh­sal­çı, həm də Or­ta Asi­ya ba­za­rın­dan Av­ro­pa­ya qaz­da­şı­ma­la­rın­da va­cib tran­zit öl­kə ol­ma­sı də­fə­lər­lə qeyd olu­nub. Son il­lər isə Av­ro­pa­nın əsas ya­na­caq növ­lə­rin­dən sa­yı­lan qa­za tə­lə­ba­tı get­dik­cə ar­tır. Mü­tə­xəs­sis­lə­rin fik­rin­cə, 20 il ər­zin­də "köh­nə qi­tə­nin" qa­za olan il­lik tə­lə­ba­tı­nın 600 mlrd kub m-ə ça­ta­ca­ğı göz­lə­ni­lir. Mə­lum ol­du­ğu ki­mi, in­di Av­ro­pa öl­kə­lə­ri bu tə­lə­ba­tın xey­li his­sə­si­ni Ru­si­ya­dan al­dı­ğı "ma­vi ya­na­caq" he­sa­bı­na ödə­yir. La­kin bu­na bax­ma­ya­raq, ha­zır­da al­ter­na­tiv mən­bə­lə­rə kəs­kin eh­ti­yac du­yu­lur. Bu eh­ti­ya­cı isə qon­şu öl­kə­lə­rin qaz eh­ti­yat­la­rı he­sa­bı­na ödə­mək müm­kün­dür. O da mə­lum­dur ki, möv­cud nəql marş­rut­la­rı bö­yük qaz həcm­lə­ri­ni Av­ro­pa ba­zar­la­rı­na çı­xar­maq iq­ti­da­rın­da de­yil. Qa­za tə­lə­ba­tın kəs­kin şə­kil­də ar­ta­ca­ğı təq­dir­də bu sa­hə­də hər han­sı bir çə­tin­li­yin ya­ran­ma­ma­sı üçün ar­tıq bir ne­çə il­dir ki, Av­ro­pa­da araş­dır­ma­lar, təd­qi­qat­lar apa­rır.

XXI əs­rin əv­vəl­lə­rin­də xa­ri­ci şir­kət­lə­rin Ru­si­ya­da­kı neft-qaz la­yi­hə­lə­rin­də iş­ti­ra­kı­nın xey­li də­rə­cə­də çə­tin­ləş­mə­si, bu öl­kə­də­ki neft və qaz ya­taq­la­rı­nın çə­tin əra­zi­lər­də yer­ləş­mə­si, tex­no­lo­ji qıt­lıq və s. amil­lər Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­mi­na­tın­da keç­miş so­vet nə­hən­gi­nin ro­lu­nun get­dik­cə azal­ma­sı­na sə­bəb ol­muş­dur. Bu da Av­ro­pa öl­kə­lə­ri­ni al­ter­na­tiv ener­ji yol­la­rı­nın ax­ta­rı­şı­na sövq et­miş­dir. Di­gər tə­rəf­dən, Af­ri­ka öl­kə­lə­rin­də­ki ma­ye qaz eh­ti­yat­la­rı­nın nəq­lin­də­ki çə­tin­lik­lər, təh­lü­kə risq­lə­ri və di­gər amil­lər tə­bii qaz mən­bə­lə­ri­ni mü­əy­yən­ləş­dir­mək və onu da­ha əl­ve­riş­li marş­rut­la nəql et­mək ide­ya­sı­nın ger­çə­kəş­di­ril­mə­si­nə tə­kan ver­di. "Ma­vi ya­na­ca­ğa" kəs­kin eh­ti­yac du­yan Avs­tri­ya, Ma­ca­rıs­tan, Ru­mı­ni­ya, Bol­qa­rıs­tan və Tür­ki­yə il­kin ola­raq beş mən­bə - Mi­sir, İraq, İran, Azər­bay­can və Xə­zə­rin sağ sa­hi­lin­də yer­lə­şən Türk­mə­nis­tan və Qa­za­xıs­ta­nın üzə­rin­də da­yan­dı­lar.

Son nə­ti­cə­də isə Mi­si­rin ma­ye qaz eh­ti­yat­la­rı­nın nəq­lin­də­ki mə­lum prob­lem­lər, elə­cə də, bir sı­ra si­ya­si amil­lər­lə əla­qə­dar ola­raq İran və İraq va­ri­ant­la­rı gün­də­lik­dən çı­xa­rıl­dı. Bu hal­da Azər­bay­can və di­gər Xə­zər­ya­nı öl­kə­lər olan Türk­mə­nis­tan və Qa­za­xıs­tan­da­kı tə­bii qaz eh­ti­yat­la­rı­nın id­xa­lı ide­ya­sı qə­ti­ləş­di. Bu­nun­la da, Ru­si­ya­dan yan keç­mək­lə Tür­ki­yə əra­zi­sin­dən Av­ro­pa­ya­dək uza­nan ye­ni qaz nəq­li marş­ru­tu - "Na­buc­co" bo­ru kə­mə­ri­nin çə­ki­li­şi ide­ya­sı qə­ti­ləş­di­ril­di. Bu da tə­sa­dü­fi de­yil­di. Çün­ki Tür­ki­yə­nin qaz­pay­la­yı­cı şə­bə­kə­si Av­ro­pa­da ən nə­həng sis­tem­dir və bu­ra­dan "köh­nə qi­tə­yə" ki­fa­yət qə­dər "ma­vi ya­na­caq" nəql et­mək müm­kün­dür.

Bəs, gö­rə­sən, son za­man­lar dün­ya­nı bü­rü­müş ma­liy­yə böh­ra­nı­nın "Na­buc­co" la­yi­hə­si­nə bu və ya di­gər də­rə­cə­də tə­si­ri ola bi­lər­mi? Eks­pert­lər bu ami­li is­tis­na edir­lər. On­la­rın fik­rin­cə, nef­tin qiy­mə­ti bir­ja­lar­da mü­əy­yən olun­sa da, qa­zın də­yə­ri döv­lət­lə­rar­sı sa­ziş­lər­lə tən­zim­lə­nir. Neft­dən fərq­li ola­raq Av­ro­pa­nın qa­za olan tə­lə­ba­tı­nın dur­ma­dan art­dı­ğı bir şə­ra­it­də, elə­cə də, qa­zın qiy­mə­tin­də kəs­kin sıç­ra­yış­la­rın qey­də alın­ma­ma­sı və s. sə­bəb­lər üzün­dən is­tə­ni­lən hal­da bu la­yi­hə­nin re­al­la­şa­ca­ğı şüb­hə do­ğur­mur. Di­gər tə­rəf­dən, mü­tə­xəs­sis­lə­rin bir ço­xu bu fi­kir­də­dir­lər ki, son ma­liy­yə böh­ra­nı "Na­buc­co"nun re­al­laş­ma­sı üçün ka­ta­li­za­tor ro­lu­nu da oy­na­ya bi­lər. Be­lə ki, kə­mə­rin ti­kin­ti­si üçün va­cib olan me­tal və me­tal mə­mu­lat­la­rı­nın qiy­mə­ti­nin kəs­kin şə­kil­də ucuz­laş­ma­sın­dan ya­rar­lan­ma­ğa ça­lı­şan iş­ti­rak­çı şir­kət­lər in­şa­at iş­lə­ri­ni sü­rət­lən­di­rə də bi­lər. Bu isə ti­kin­ti­nin hət­ta vax­tın­dan xey­li əv­vəl ba­şa çat­dı­rıl­ma­sı­na sə­bəb olar.

Gö­rün­dü­yü ki­mi, XXI əs­rin ən nə­həng qaz ix­rac marş­rut­la­rın­dan sa­yı­lan "Na­buc­co"nun son də­rə­cə mü­hüm stra­te­ji əhə­miy­yə­ti var­dır. Hər şey­dən əv­vəl, adı­çə­ki­lən kə­mər iq­ti­sa­di ba­xım­dan sər­fə­li qaz mən­bə­lə­rin­dən is­ti­fa­də et­mək­lə Av­ro­pa öl­kə­lə­ri üçün ye­ni qaz təc­hi­za­tı dəh­li­zi aça­caq. Di­gər tə­rəf­dən, kə­mə­rin ke­çə­cə­yi öl­kə­lə­rin tran­zit ro­lu ar­ta­caq və hə­min döv­lət­lər bu amil he­sa­bı­na kül­li miq­dar­da və­sa­it əl­də edə­cək. Bü­tün bun­lar­la ya­na­şı, la­yi­hə­nin re­al­laş­dı­rıl­ma­sı Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­mi­na­tı­na mü­hüm töh­fə ver­mək­lə, böl­gə­də si­ya­si və iq­ti­sa­di əmək­daş­lı­ğın da möh­kəm­lən­mə­si­nə əhə­miy­yət­li tə­kan ve­rə­cək. La­yi­hə­nin Azər­bay­can üçün əhə­miy­yə­ti son də­rə­cə bö­yük­dür.

Be­lə ki, "Na­buc­co" kə­mə­ri­nin işə düş­mə­si ilə öl­kə­miz əsas ix­rac marş­ru­tu­na sa­hib ol­maq­la öz qa­zı­nı Av­ro­pa ba­za­rı­na sər­bəst çı­xar­maq im­ka­nı əl­də edə­cək. Ey­ni za­man­da, mü­hüm tran­zit öl­kə­si­nə çev­ri­lən Azər­bay­ca­nın Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­mi­na­tın­da­kı ye­ri və ro­lu əhə­miy­yət­li də­rə­cə­də ar­ta­caq.

 

 

H.Qa­sı­mov

 

Səs.- 2009.- 28 yanvar.- S.4.