2 Fevral Gənclər Günüdür
Azərbaycanda gənclər
qurumlarının formalaşmasında, 1994-cü ildə Gənclər
və İdman Nazirliyinin yaradılmasında, eləcə də,
1997-ci ildə fevralın 2-nin gənclər günü elan
edilməsində xalqımızın ulu öndəri Heydər
Əliyevin rolu xüsusidir. Həmin dövrdə dövlət
tərəfindən maliyyələşdirilən gənclər
qurumunun yaradılması, heç şübhəsiz, müstəqil
respublikamızın gənc nəslinin formalaşmasına xidmət
göstərdi. İdmançılarımızın yüksək
nailiyyətləri, elmi və yaradıcı gənclərimizin
uğurları, onların ölkənin ictimai-siyasi və
sosial-iqtisadi həyatında fəal iştirakı qəbul
edilmiş qərarların düzgün olmasını göstərir.
YAP Gənclər
Birliyinin sədri Ramil Həsənov:
- 1996-cı ildən
ölkəmizdə gənclərlə bağlı
irimiqyaslı layihələr həyata keçirilməkdədir.
1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən
2 Fevral Gənclər Gününün elan edilməsi ilə
bağlı qərar qəbul edilib. Həmin müddətldən
ötən dövr ərzində dövlətin gənclər
siyasəti uğurla həyata keçirilir. Bu isə ölkənin
ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin
fəallığının artmasına gətirib
çıxarıb. Dövlətin idarəetmə
strukturlarında gənclərə xusisi yer verilir. Ölkədə
sosial-iqtisadi islahatların aparılmasında, problemlərin
aradan qaldırılmasında, onların işlə təmin
ediməsində gənclərin müstəsna rolu olub. Tələbə-gənclər
bu sahədə xüsusilə, fərqləniblər.
Azərbaycanda əhalinin
65 faizini gənclər təşkil etdiyi üçün
onların problemlərinin həlli daha önəmlidir. Gənc
oğlan və qızların maddi vəziyyətinin
yaxşılaşması dövlətin diqqətində
olduğundan, bu istiqamətdə yüksək səviyyədə
tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin
aspirantların, ali və orta ixtisas, peşə məktəbi
tələbələrinin, lisey şagirdlərinin təqaüdlərinin
artırılması ilə bağlı imzaladığı sərəncam
Azərbaycanda gənclərə göstərilən diqqət
və qayğının bariz nümunəsidir. İpoteka siyasəti
ilə bağlı Prezident İlham Əliyevin
atdığı addım MDB-də analoqu olmayan tədbir idi. Bu,
aztəminatlı gənc ailələrin ev almaq
imkanlarını yaxşılaşdırdı. YAP Gənclər
Birliyi olaraq, dövlətin həyata keçirdiyi gənclər
siyasətini dəstəkləyir, islahatların tətbiqində
fəal iştirak edirik. YAP ulu öndər Heydər Əliyevin
yaratmış olduğu partiyadır. Bu partiyada təmsil olunan
hər bir gənc Heydər Əliyev ideyalarına sadiqdir. Partiyaya
üz tutan hər bir gənc atdığı addımın mahiyyətini
dərk etməli və bu istiqamətdə fəaliyyət
göstərməlidir.
Respublika Gənclər Mərkəzinin
sədri Ramiz Alıyev:
- Bu gün ölkəmizdə
gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. Gənclərə göstərilən
diqqət və qayğının dövlət
proqramlarında da geniş əks edilib. "Azərbaycan Gəncliyi
Dövlət Proqramı"nın (2005-2009-cu illər)
Dövlət Gənclər Siyasətinin ən mühüm tərkib
hissəsidir. Ölkə rəhbərliyi tərəfindən
tariximizin yaşadılması və milli-mənəvi dəyərlərimizin
qorunmasına çox böyük diqqət yetirilir. Bu istiqamətdə
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın həyata keçirdiyi əvəzsiz
tədbirləri buna bariz nümunədir.
Gənclərimizin hər
biri böyük mənəvi potensiala malikdir və bu
potensialdan səmərəli istifadə etməlidir. Bugünkü
müasir gənclik Azərbaycan dövlətinin daim diqqətindədir.
1997-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən
2 fevral tarixinin gənclər günü elan edilməsi ilə
bağlı qərar qəbul edildi. Bu qərar Azərbaycan gənclərinin
həyatında mühüm rol oynadı. Ölkənin
ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin
fəal iştirakı, gənc nəslin beynəlxalq səviyyəli
idman yarışlarında, bir sıra elmi konfranslarda ölkəmizi
uğurla təmsil edirlər.
Cəmiyyətin
aparıcı qüvvəsi olan gənclərə dövlət
səviyyəsində qayğı göstərilir.
Sevinc NƏZƏROVA
Səs.- 2009.- 30 yanvar.- S.7.