Türkiyə universitetlərinin magistratura pilləsinə sənəd qəbulu başlayır

 

2010-2011-ci tədris ili üçün Türkiyə üniversitelərinin magistraturalarına sənəd qəbuluna start verilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Şərq"ə verilən məlumata görə, Türkiyənin ali təhsil müəssisələrinin magistraturalarına Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsini bitirmiş ya cari ildə bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2010-cu il tarixinədək yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən aşağı olmayan vətəndaşlar qəbul oluna bilərlər.

Dövlət hesabına təhsil alan magistrantlar magistrlar, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər. TQDK-dan o da bildirilib ki, Türkiyə universitetlərinin magistraturalarına qəbul olunmaq istəyən bakalavrlar Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini müvəffəqiyyətlə keçdikdən sonra mayın 11-14-ü müddətində TQDK-ya şəxsiyyət vəsiqəsini hərbi mükəlləfiyyati olanlar hərbi xidmət haqqında sənədini təqdim edib qeydiyyatdan keçməlidirlər. Oeydiyyatdan keçən bakalavrlar ixtisaslaşma seçimi mərhələsində Azərbaycan Respublikasının ali məktəblərinin magistratura səviyyəsinə qəbul olunmaq üçün nəzərdə tutulmuş elektron ərzində magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının kodları ilə yanaşı, Türkiyə Respublikası ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının kodlarını da göstərə bilərlər. Türkiyə Respublikası ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarına müsabiqə Azərbaycan universitetlərinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının müsabiqəsi ilə birgə aparılacaq.

 

 

Anar

 

Şərq.- 2010.- 14 aprel.- S. 12.