"Ellər
vurğunu"
Dəmir
Gədəbəylinin növbəti kitabı işıq üzü görüb
Tanınmış şair və alim Dəmir
Gədəbəylinin "Ellər vurğunu"
adlı kitabı işıq üzü görüb. Kitabda
görkəmli şairimiz, Azərbaycan
poeziyasının sönməyən ulduzlarından biri Səməd Vurğuna
həsr olunmuş poema
yer alıb. Kitaba ön sözündə Qazax
Yazıçılar Birliyinin sədri, şair Barat Vüsal qeyd edir ki, coşqun
bir ilhamla
yazılmış bu poemanın hər
misrasında Səməd Vurğuna böyük məhəbbət, dərin bir sevgi
duyulmaqdadır.
S.Vurğunun uşaqlıq, gənclik və
müdriklik illərini özündə
əks etdirən "Ellər vurğunu" poeması böyük
şair barədə yazılmış
əsərlərdən öz üslub və şeriyyəti ilə seçilir.
Poemada gəncliyi sovet hakimiyyətinin ilk illərinə düşən,
komsomol, daha sonra Kommunist Partiyası sıralarında
şeirlərilə xalqın
sevgisini qazanan dahi şairin həyatı bədii lövhələrlə canlandırılır. İndiyədək oxuculara
və xalqa məlum olmayan
tarixi hadisə və olaylar
böyük ustalıqla təsvir olunur. Göz önünə
şairin Qazax
seminariyasındakı məktəb illəri gəlir. Nənəsi
Ayişənin qayğısı, seminariyada
oxuyarkən ilk sevgisi
və uğursuz sevginin
acı ağrıları poetik ifadəsini
tapır.
Poemanı maraqlı edən və bu vaxtadək yazılmış əsərlərdən
fərqləndirən cəhətlərdən
biri də Dəmir Gədəbəylinin
şairin böyük
qardaşı Mehdixan Vəkilova yazdığı
məktublardan bir neçəsini poemada verməsi və o dövrü, cərəyan
edən hadisələri
həmin məktublar əsasında təhlil etməsidir. Poemada Mircəfər Bağırovun
indiyədək düzgün
təhlilə möhtac
həyatı və fəaliyyətinə də
toxunulur.
Poema öz üslubu
etibarilə də poeziyamızın ənənələrini
ləyaqətlə əks
etdirir. Şair xüsusilə də Səməd
Vurğuna xas olan bir sıra üslub xüsusiyyətlərini daha da inkişaf
etdirmişdir. Səməd Vurğundan
götürülmüş şeir parçaları yerli-yerində istifadə
edilmişdir.
Müəllim özünü ustad
bildiyi Səməd Vurğuna vurğunluğunu
kitaba ön sözündə belə izah edir: "Öz misralarında bəşəri duyğu və dəyərlər yaşadan poeziyamızın
20-ci əsrdə ən
görkəmli şairləri
o tayda Şəhriyar,
bu tayda Səməd Vurğundur. 20-ci əsrin
30-cu illərindən bir şairtək
tanınan Səməd Vurğun öz yaradıcılığında türk poeziyasının böyük
ənənələrini yaşatmaqla onu daha da
inkişaf etdirmiş,
bəşəri səviyyəyə
çatdırmışdır. Uzun illər qəlbimdə yaşatdığım,
şeirlərini sevə-sevə öyrəndiyim əziz
ustadıma həsr etdiyim bu
poemada mən onun coşqun ömrünün
indiyədək xalqa məlum olmayan bir çox
səhifələrini açıb göstərməyə
çalışmışam. Bu arzu və istəyə nə dərəcədə
nail olmuşam, qiyməti
əziz oxucular verə bilər".
Bizcə, bu kitab Vurğun
vurğunları və
Vurğunun qədir-qiymətini bilənlər
üçün
dəyərli töhfədir.
Şərq.- 2010.- 10 avqust.- S.8.