Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunub
Dünən Mirzə Fatəli Axundov adına Miili
Kitabxanada yazıçı-dramaturq
Sabit Rəhmanın
100 illik yubileyi qeyd olunub.
APA-nın məlumatına görə, yubiley tədbiri Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə baş tutub. Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Sabit Rəhman yaradıcılınğından söz açıb.
Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev isə çıxışında
Sabit Rəhmanın komediya janrının ustadı olduğunu, yazıçı-dramaturq kimi
əvəzsiz xic'mətləri
olduğunu bildirib.
Nazir müavini onu da qeyd
edib ki, ilin sonuna qədər
Süleyman Rəhimov,
Yusif Səmədoğlu,
Sabir Əhmədov və Xanımana Əlibəylinin də yubileyləri Milli Kitabxanada qeyd olunacaq: "Qərara gəldik ki, bu şəxslərin yubiley tədbirləri məhz kitabxanada keçirilsin. Çünki onlardan qalan
yadigar məhz kitablarıdır".
Tədbirdə Sabit Rəhmanın
kitablarından, tərcümə
etdiyi əsərlərdən,
həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda "Sabit Rəhman
-100" biblioqrafiyası və filologiya
elmləri doktoru Bədirxan Əhmədovun
qələmə aldığı "Sabit
Rəhman: həyatı, mühiti,
yaradıcılığı" kitabı təqdim olunub.
Şərq.- 2010.- 8 dekabr.- S. 14.