BMT Novruzu beynəlxalq bayram elan edib

 

Baş Məclis Azərbaycan tərəfinin təklifini nəzərə alıb

 

BMT Baş Məclisi Novruz bayramını beynəlxalq bayram elan edib. Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyevin təşəbbüsü ilə bu qərar fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyası çərçivəsində qəbul edilib.

Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin açıqlamasında bildirilir ki, Azərbaycan xalqının milli bayramı olan Novruzun BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Gün kimi tanınması məqsədi ilə Azərbaycan XİN tərəfindən müvafiq qətnamə layihəsi hazırlanaraq ölkəmizin BMT yanındakı daimi nümayəndəliyinə təqdim edilib. Layihənin digər dövlətlərlə razılaşdırılması onun BMT- qəbul edilməsinə nail olmaq məqsədi ilə ölkəmizin qurum yanındakı nümayəndəliyi tərəfindən aparılan işlərin nəticəsi olaraq fevralın 23-də Baş Məclisin 64-cü sessiyasının "Sülh mədəniyyəti" adlı, 49-cu bəndinə uyğun olaraq qətnamə layihəsi Azərbaycanın təşəbbüsü ilə irəli sürülüb. Qeyd edək ki, Əfqanıstan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Albaniya Makedoniyanın da həmmüəllifi olduğu "Novruz Beynəlxalq Günü" adlı qətnamə layihəsi Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi səfir Aqşin Mehdiyev tərəfindən təqdim edilib. Qeyd edək ki, Baş Məclisdə aparılan müzakirələrdən sonra BMT Baş Məclisi Novruz bayramının Beynəlxalq Gün kimi tanınması ilə bağlı qərar qəbul edib.

  

 

Vüsalə

 

Şərq.- 2010.- 25 fevral.-S.3.