Şərq" qəzeti də
seçildi
Jurnalist Qadınlar Assosiasiyası qalibləri
mükafatlandırıb
Ötən ilə yekun vuran Jurnalist Qadınlar Assosiasiyası
(JQA) ötən gün
media qurumlarını və
ayrı-ayrı şəxsləri
mükafatlandırıb.
Muğam klubunda keçirilən təqdimetmə mərasimində
assosiasiyanın prezidenti
Sevinc Yusifova bildirib ki, rəhbərlik
etdiyi qurum milli mətbuatın inkişaf etdirilməsi, müstəqil KİV-in fəaliyyəti
üçün münbit
şəraitin yaradılması,
qadınlar arasında
liderlik keyfiyyətinin
aşılanması, milli
mətbuatın texniki
bazasının yaxşılaşdırılması
və dövlətlərarası
jurnalist mübadiləsi
sahəsində işlərini
davam etdirir: "Təşkilatın məqsəd
və məramına uyğun olaraq hər il "İlin ən yaxşı jurnalist qadını"nı seçir
və jurnalistikamıza
öz töhfələrini
verən mediaya dəstək olan diplomatlara, dövlət məmurlarına, hüquqi
şəxslərə mükafatlar
təqdim edirik. Bu gün də ənənəsinə sadiq
qalan JQA 2009-cu ilin
yekunlarına əsasən
müxtəlif nominasiyaların
qaliblərini elan edəcək. Bu addımı
atmaqla biz ictimaiyyətin
diqqətini medianın
mövcudluğuna cəlb
edərək müstəqil
mətbuatın inkişafının
vacibliyini və əhəmiyyətini cəmiyyətin
diqqətinə çatdırmaq
istəyirik. Qaliblər təşkilatın
idarə heyəti üzvlərinin, ekspertlər
qrupunun rəyləri və sosioloji sorğunun nəticələri
əsasında müəyyənləşdirilib".
Bundan sonra nominasiyaların qalibləri mükafatlandırıldı.
Prezident Administrasiyasının ictimai-siyasi
şöbəsinin müdiri
Əli Həsənov
"Azərbaycanda milli
mətbuatın inkişafındakı
xidmətlərinə görə"
diplomu ilə təltif olunub. ATƏT-in
Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel "Mətbuata açıq
diplomat", xarici işlər
nazirinin müavini
Hafiz Paşayev isə
"Mətbuata açıq
dövlət məmuru"
seçilib.
İlin yekunlarına görə, AzərTAc "İlin informasiya agentliyi",
ELTV, "Kəpəz TV", "Kanal F" "İlin
regional televiziyası", AzTV
"İlin televiziyası",
"Day.az" "İlin ən yaxşı xəbər portalı",
"Azərbaycan qadını"
jurnalı "İlin
ən yaxşı qadın jurnalı",
"Media forum" "İlin internet qəzeti", Təranə
Məhərrəmova ("Kaspi"
qəzeti), Gülşən
Əliyeva (İTV) "İlin
jurnalist qadını",
Samirə Mustafayeva
(ATV) "İlin xəbər
aparıcısı", "İdman Azərbaycan"
"İlin ən yaxşı idman kanalı", "Aktual xəbər" ("Xəzər
TV") "İlin ictimai-siyasi
verilişi" nominasiyalarında
qalib gəliblər.
"Türk
dünyası, türk
xalqlarının ortaq
tarixi haqqında maarifləndirmə, təbliğat
işlərinə görə"
mükafatı "Şərq"
və "Olaylar"
qəzetlərinə, "İlin
region qəzeti" mükafatı
"Mingəçevir işıqları"na,
"Reportyor işinə
görə" mükafatı
Vüsalə Rüstəmovaya
("Bizim yol" qəzeti), "Jurnalistikaya
verdiyi töhfələrə
görə" mükafat
Mətbuat Şurasının
sədri Əflatun Amaşova, "Qadın və sağlamlıq məsələləri, "Genefondumuzu
qoruyaq!" layihəsinin
təşkilində göstərdiyi
xidmətlərə görə"
mükafatı "Qazelli"
MMC-nin prezidenti Zərifə Həmzəyevaya,
"Mətbuata göstərdiyi
dəstəyə görə"
mükafatı "Azercell
Telekom" MMC-yə verilib.
Tədbir şirniyyat və çay süfrəsi ilə davam etdirilib.
Anar
Şərq.-
2010.- 5 mart.- S. 3.